Siyavuş Novruzov: "İran ordusunun 70%-dən çoxu azərbaycanlılardır, müharibə ola bilməz"
"Hesab etmirəm ki, İranla diplomatik əlaqələrin kəsilməsi kimi ciddi addım atmağa ehtiyac var. Hələlik elə mərhələ deyil ki, səfirliklər bağlansın, səfirlər geri çağırılsınlar. İran tərəfi də məsuliyyətini dərk edib, bu addımlarına son qoymalıdır. Azərbaycanı təhdid etməyin heç bir əsası yoxdur. Hazırkı şəraitdə hər bir dövlət yalnız təhlükəsizliyi üçün çalışmalıdır, nəinki başqa bir dövlətləri təhdid etməyə. Sadəcə, hər kəs mövqeyini ortaya qoyur. İranın etdiyi hərəkətlər, təbii ki, bəlli hərəkətlərdir. Dəfələrlə qeyd etmişik, heç bir əsas olmadan Araz çayı kənarında hər hansı hərbi təlimin keçirilməsinə ehtiyac yoxdur. Hərbi təlim o ərazidə keçirilir ki, oradan təhlükə gözlənilir. Azərbaycan tərəfindən isə İrana qarşı hansısa təhlükə yoxdur".
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.
Deputat bildirib ki, İran Sərhəd Qoşunlarının təlimini keçirsəydi, başadüşülən olardı:
"Ağır texnikanın sərhədə yığılması, Araz çayı üzərində körpülər salınması və s. - İran bütün bunlarla güc nümayişi göstərir. Digər tərəfdən, binanın malası qurumamış, mala işləri gedən yerdə dərhal, tələm-tələsik konsulluq açdılar. Bilinmir ki, o bina ticarət mərkəzidir, hansısa obyektdir, yaxud Baş Konsulluğun açılışıdır. Orada heç nə yox idi, üç şar asmışdılar... Konsulluğun tələsik açılmasından aydındır ki, bu da Azərbaycan tərəfinə göndərilən bir mesajdır.
İranın "Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir" mesajının ardınca İrandan silah almaq məqsədilə Ermənistanın dövlət büdcəsindən vəsait ayrıldı. Bütün bunlarla tərəflər mövqelərini ortaya qoyurlar. Azərbaycan sülh sazişinə hazırlaşır, beş baza prinsipi əsasında Ermənistanla sülhün bağlanması istiqamətində addımlar atır, Ermənistandan Zəngəzur dəhlizinin açılması öhdəliyini yerinə yetirməsini, sərhədlərin dəqiqləşdirilməsini, həmin sərhədlər əsasında bir-birinin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasını tələb edir. Bununla İrana hansı ziyan dəyir ki, bu cür addımlar atır, başım çıxmır".
Deputat İranla Azərbaycan arasında müharibə ehtimalını isə belə dəyərləndirib:
"Bu, qeyri-mümkün məsələdir. İran ərazisində kifayət qədər azərbaycanlı yaşayır. İran ordusunun 70%-dən çoxu azərbaycanlılardır. Belə halda Azərbaycanla heç bir müharibə ola bilməz".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 895 Tarix: 26 oktyabr 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBağlanan universitetin müəllimləri narazıdır - İşsiz qalıblar-Video
Bakı Qızlar Universitetinin onlarla müəllimi, eyni zamanda texniki işçisi işini itirmək təhlükəsi yaşayır. "Qafqazinfo" -a istinadən xəbər verir ki, universitetdə oxuyan tələbələrin digər özəl universitetlərə köçürülməsi haqda qərar verilib, lakin qərar bir çox müəllimlərə, eləcə də texnik
10:15 191 20 manatlıq ödəniş ləğv olundu
Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödəniş ləğv edilib. "Qafqazinfo" xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı "Media haqqında" qanuna dəyişikliklərdə əksini tapıb. Qeyd edək ki, jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsin
13:49 209 48 bal necə 50 oldu? - Sertifikasiyada cavab gözləyən suallar
"Müəllimlərin sertifikatlaşdırılması təhsildə keyfiyyətin yüksəldilməsi və pedaqoqların bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Lakin belə bir sistemə etimadın formalaşması üçün imtahanın keçirilməsi ilə yanaşı, nəticələrin hesablanması və apellyasiy
15:40 171 Moskva: Yerevan şantaj yolu ilə üstünlük qazanmağa çalışır
Yerevan Rusiya ilə münasibətlərdə şantaj yolu ilə üstünlük əldə etməyə çalışır. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev "YouTube" platformasında yayımlanan brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya-Ermənista
10:54 136 Polşadan Ukraynanın hava məkanı ilə bağlı yeni təklif
Polşa Ukrayna səmasında raketlərin zərərsizləşdirilməsi məsələsini müzakirə etməlidir. xəbər verir ki, bunu Polşanın xarici işlər naziri PAP agentliyinə açıqlamasında deyib. Nazirin sözlərinə görə, əsas məsələ raketlərin sonradan Polşa ərazisi üzərində vurulmasındansa, onların Ukrayna səmasında zərərsizləşdirilməsini
11:17 155 Zərdabdakı yanğını kənd sakini törədibmiş
Zərdabda qəsdən yanğın törədən şəxs saxlanılıb. "Qafqazinfo" xəbər verir ki, Zərdab rayonunun Hüseynxanlı kəndi ərazisində qəsdən yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmalarla yanğının kənd sakini Ə.Quliyev tərəfindən törədildiyi məlum olub. Hadis
12:53 185 ABŞ-da vətəndaşlıq əldə etmək üçün doğuş məqsədli səfərlər qadağan olundu
ABŞ Prezidenti Donald Tramp ABŞ vətəndaşlığı əldə etmək məqsədilə doğuş üçün ölkəyə səfər etməyi qadağan edən sərəncam imzalayıb. xəbər verir ki, Tramp bu qərarını ABŞ-da doğulan uşaqlara qeyd-şərtsiz vətəndaşlıq verilməsini nəzərdə tutan Konstitusiya düzəlişindən yüz minlərlə insanın sui-istifadə etməs
10:47 148 Şirkətlər niyə bağlanır? Problemin görünməyən tərəfləri
"Azərbaycanda şirkətlərin fəaliyyətini dayandırması və ləğv edilməsi ilə bağlı xəbərlər son dövrlərdə daha çox diqqət çəkir. Mən hesab edirəm ki, bu prosesə yalnız ayrı-ayrı hüquqi şəxslərin taleyi kimi baxmaq düzgün deyil.Şirkətlərin bağlanması iqtisadiyyat üçün əhəmiyyətli indikatorlardan biridi
15:30 177 Dənizdə batan qardaşlardan biri Azərbaycan çempionu imiş
Bir neçə gün öncə Buzovnada, dənizdə batan qardaşlardan biri robototexnika və texnologiya yarışının qalibi imiş. BİG.AZ -a istinadən xəbər verir ki, Milli Aviasiya Akademiyasının Aerokosmik fakültəsinin tələbəsi olmuş Ruslan Həmidov 2026-ci ildə Azərbaycanda keçirilən "World Robot Caspian Cup"
06.08.2026 406