Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni mərhələyə çıxır

Azərbaycan-Gürcüstan əməkdaşlığı yeni mərhələyə çıxırAzərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin oktyabrın 24-də Gürcüstana səfəri, səfər zamanı müzakirə olunan məsələlər və əldə olunmuş razılaşmalar iki ölkənin münasibətlərində yeni mərhələdir. Eyni zamanda, artıq strateji tərəfdaşlığın həqiqətən də müttəfiqliyə çevrilməsinin əlamətləri aşkar şəkildə ortadadır. Bu gün Gürcüstanla Azərbaycanın arasında çoxşaxəli və dərinləşməkdə olan dinamik xarakterli əməkdaşlıq var. Xüsusilə də Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında çox önəmli bir mövqedə yerləşməsi, eləcə də Gürcüstanın da bölgədə əlverişli coğrafi mövqeyə malik olması Azərbaycanı və Gürcüstanı bir-birinə təbii şəkildə müttəfiq edib. Azərbaycan Prezidentinin də çox haqlı olaraq dediyi kimi bu gün dünyanın ehtiyacları xüsusilə də enerji daşıyıcılarına olan ehtiyaclar Azərbaycan və Gürcüstanın arasında müttəfiqliyin təbii olaraq dərinləşdirilməsini tələb edib və yeni əməkdaşlıq istiqamətlərini qaçılmaz bir səviyyəyə çıxardır.
Bu səfərdə Azərbaycan, Ermənistan, Gürcüstan formatında yeni bir əməkdaşlıq ideyası irəli sürülib. Əvvəllər də belə təkliflər olub, lakin müxtəlif səbəblərdən o reallaşmayıb. Belə şəraitdə Azərbaycan çox haqlı və çevik bir şəkildə yeni ideya ortaya qoydu ki, bu da Azərbaycan, Ermənistan, Gürcüstan əməkdaşlıq formatıdır. Əgər bu formatın verdiyi imkanlara Azərbaycan qədər Ermənistan da həssas yanaşa bilsə, həm bölgəmizdə sülhün bərqərar olma prosesi tezləşər, həm də həqiqətən Mərkəzi Asiya ilə Avropanın arasında çox önəmli rol oynayan Azərbaycan-Gürcüstan körpüsü daha real nəticələr verməyə başlayar.
Səfər zamanı Azərbaycanın enerji daşıyıcılarının dünyanın indiki tələbatının artımı şəraitində yeni səviyyələrdə ixracın reallaşması və bu ixrac reallaşmasında Azərbaycan-Gürcüstan əməkdaşlığının yeni perspektivləri müəyyən olundu. Qeyd olundu ki, Azərbaycanın indiyə qədər Gürcüstanla yaxşı münasibətlərdə olması və işgüzar əməkdaşlıq qurması hər iki ölkənin nəqliyyat infrastrukturlarının geniş şəkildə əlaqələndirilməsinə və istifadəsinə imkan verib. Ancaq buna baxmayaraq dünyanın indiki enerjiyə olan tələbatlarının artması, Rusiya enerjisinin Avropada bazarlarının demək olar ki, sıfıra yenməsi Azərbaycan enerji daşıyıcılarının qərbə çatdırılmasında Gürcüstanın rolunu önəmli dərəcədə artırır. Bu əməkdaşlıq Gürcüstanın özü üçün də olduqca vacibdir və bu gün Azərbaycan-Ermənistan, Azərbaycan-Gürcüstan əməkdaşlığının strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinin Azərbaycan qədər Gürcüstanın özü üçün də böyük önəmi var. Ona görə ki, Gürcüstan da qərb inteqrasiyasına meyllidir, qərbin siyasi inteqrasiya layihələrində fəal iştirak etmək istəyir, eyni zamanda qərbin enerji sisteminin bir parçası olmağa can atır ki, bunu da Azərbaycanın köməyi olmadan həyata keçirmək praktik şəkildə mümkünsüzdür.
Azərbaycanın Xəzər dənizindəki infrastrukturlardan eləcə də neft-qaz kəmərlərindən, Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından istifadə məsələsində Gürcüstanla əməkdaşlıqda yeni perspektivlərin açılması da bu səfər zamanı geniş şəkildə vurğulandı.
Azərbaycan-Gürcüstan əməkdaşlığı indiki şəraitdə əhəmiyyətli bir mərhələyə çıxır və Rusiyanın müəyyən hakimiyyət strukturlarından Azərbaycanın mənafelərinə qarşı atılan addımlar bu əməkdaşlığı müəyyən qədər gücləndirməklə bərabər eyni zamanda Azərbaycan-Gürcüstan əməkdaşlığının müəyyən sınaq və imtahan altına da soxur. Bu təhlükənin sonunun isə necə olacağını isə yaşayıb görəcəyik.

Metin Hüseynov - politoloq


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 649   Tarix: 26 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.