Azərbaycan-Gürcüstan əlaqələri daha da inkişaf edir

Azərbaycan-Gürcüstan əlaqələri daha da inkişaf edirOktyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana işgüzar səfərə gəlib. Səfər çərçivəsində Mçxeta rayonundakı Muxrani sarayında "Qarabağ xanlığının irsi" sərgisi ilə tanışlıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər.
Qeyd edilib ki, bu gün Gürcüstan regionda Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. İki ölkəni mehriban qonşuluq və tarixi dostluq münasibətləri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Gürcüstan ilə qarşılıqlı faydalı əlaqələrin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir. Ölkələrimizi hər şeydən əvvəl Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və TRASEKA kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri birləşdirir.
Oktyabrın 24-də Prezident İlham Əliyevin Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə bu ölkəyə səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Təbii ki, dövlətimizin başçısının Gürcüstana bu səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verəcəkdir.
Hazırda Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə münasibətlər yüksək səviyyədədir. Azərbaycanda 695 Gürcüstan investisiyalı şirkət fəaliyyət göstərir. Ümumilikdə Gürcüstan Azərbaycana 259 milyon ABŞ dolları, Azərbaycan isə Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırıb. Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi, ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırmağa imkan verib. Bu ilin 9 ayında qarşılıqlı ticarət dövriyyəsi bir milyard dollara yaxınlaşıb.
Azərbaycanla Gürcüstan arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallaşdırılması regional sülhə və sabitliyə xidmət edir. İki ölkə arasında strateji tərəfdaşlıq əlaqələrinin müttəfiqlik səviyyəsinə yükəlməsi, ikitərəfli layihələrin həyata keçirilməsi təkcə ölkələrimiz və region üçün deyil, ümumilikdə Avropa üçün çox mühüm əhəmiyyət daşıyır. Xüsusilə vurğulamaq lazımdır ki, enerji və nəqliyyat sahəsində reallaşdırılan yeni layihələrlə Avropa İttifaqına qaz ixracı artırılacaq və 2027-ci ildə ildə 20 milyard kubmetrə çatdırılacaq. Təbii ki, dünyada enerjiyə tələbat artdığı bir zamanda Azərbaycan və Gürcüstan arasında əlaqələr iki ölkənin bir cəbhədə duraraq öz maraqlarını təmin etməsinə imkan verir.
Azərbaycanın ixrac istiqaməti Gürcüstandan keçir. Həyata keçirilən irimiqyaslı layihələrin sayəsində ölkəmiz elektrik enerjisi ixracını artıracaq, işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerji gücü 10 gvt, Xəzərdə isə 157 gvt təşkil edəcək. Bakı Tbilisi-Qars dəmir yolu vasitəsilə yük daşımaları 5 milyon tona kimi artırılacaq. Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ötürmə qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər artırmağı planlaşdırır.
Dövlətimizin başçısının bildirdiyi kimi, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri demək olar ki, müttəfiqlik səviyyəsinə yüksəlib. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Gürcüstana növbəti işgüzar səfəri ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə böyük töhfələr verəcək.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 703   Tarix: 26 oktyabr 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Pərvin arıqlaması ilə diqqət çəkdi - Fotolar

Aktrisa Pərvin Abıyeva xeyli çəki atması ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Paylaşımlarda onun nəzərəçarpacaq dərəcədə arıqladığı diqqətdən yayınmayıb. Pərvin bir neçə gün əvvəl də yeni görünüşünü nümayiş etdirərək bu nəticən

11:53 268
.

Ər-arvadın yanaraq ölməsinə görə həbs edilən var - Evdən 15 min də oğurlanıb

Dünən səhər saatlarında Tərtər şəhərində ər və arvadın yanaraq öldüyü hadisənin qəsdən törədilməsi bəlli olub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisənin rayon sakini 1987-ci il təvəllüdlü Vüqar Baxşəliyev tərəfindən törətdiyi üzə çıxıb. Məlum olub ki, o, sübh saatlarında 1941-c

10:14 204
.

Plastik düyü iddiaları nə dərəcədə doğrudur?

"Son vaxtlar sosial şəbəkələrdə "plastik düyü" ilə bağlı müxtəlif iddialar yayılır. Lakin elmi baxımdan bu iddiaların əsası yoxdur. Ümumiyyətlə, düyünün plastikdən hazırlanması həm iqtisadi, həm də texniki cəhətdən məntiqsizdir. Plastik qranulların istehsalı təbii düyünün becərilməsi v

14:37 158
.

Bir səhv bütün vəsaitinizi itirməyinizə səbəb ola bilər

"Son vaxtlar "faizsiz kredit", "dövlət proqramı", "hesabınıza pul köçürəcəyik" kimi vədlərlə vətəndaşların bank kartı məlumatlarını ələ keçirməyə çalışan dələduzların sayı artır. Unutmayın ki, bank kartınızın nömrəsi, son istifadə tarixi, CVV kodu və bankdan göndərilə

14:28 163
.

Sabah 39 dərəcə isti olacaq

Avqustun 8-i gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-25 isti, gündüz 31-3

15:03 142
.

18 yaşında universitet professoru oldu - 306 illik rekord

ABŞ-də yaşayan Natan Tomas cəmi 18 yaş 346 günlüyündə universitet professoru kimi fəaliyyətə başlayaraq, "Ginnesin Rekordlar Kitabı"na düşüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Ginnesin Rekordlar Kitabı" təşkilatı açıqlama yayıb. Bildirilir ki, Tomas 2023-cü ilin avqustund

06.08.2026 269
.

Moskva: Yerevan şantaj yolu ilə üstünlük qazanmağa çalışır

Yerevan Rusiya ilə münasibətlərdə şantaj yolu ilə üstünlük əldə etməyə çalışır. xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Aleksey Fadeyev "YouTube" platformasında yayımlanan brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya-Ermənista

10:54 136
.

Paşinyan: Xalqı mövcud olmayan seçim qarşısında qoymaq olmaz

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin Avrasiya İqtisadi Birliyinə (AİB) və ya Avropa Birliyinə (AB) üzvlüyü ilə bağlı referendum keçirilməsinin nəzərdə tutulmadığını bildirib. xəbər verir ki, bu barədə "Sputnik" agentliyi məlumat yayıb. Paşinyan qeyd edib ki, vətəndaşlardan hazırd

11:06 151
.

Paşinyan: Ermənistan eyni vaxtda Aİ və Aİİ-yə üzv ola bilməz

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkənin eyni vaxtda həm Avropa İttifaqına (Aİ), həm də Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv olması mümkün deyil. xəbər verir ki, hökumət başçısı Ermənistanın Aİ-yə üzvlüyə tam hazır olmasının ölkənin avtomatik şəkildə quruma qəbul ediləcəyi anlamın

10:50 138
.

TOP MP3