Bakıda müştəridən taksi sürücüsünə şok narkotik iddiası: "Özündə deyildi, dedi ki, "uçuram" - FOTO
Bakıda çantasını taksi sürücüsü ilə başqa ünvana göndərən müştəri problem yaşayıb.
Bununla bağlı Oxu.Az-a müraciət edən müştəri "Bolt" sürücüsündən şikayətçidir:
"Bir saatdan çox vaxt keçdi, ancaq çanta ünvana çatdırılmadı. Sürücüyə zəng vurdum, cavab vermədi. Narahat olub, proqramdan harada olduğuna baxdım və gördüm ki, maşını dairəvi yolda saxlayıb. Başqa bir taksi sifariş edərək həmin yerə getdim. Görürəm ki, adam "hallanıb", özündə deyil, yanında da şpris var. Nə etdiyini soruşdum, mənə: "Gedirəm də, yoldayam, uçuram", - cavabını verdi".
Məsələ ilə bağlı Oxu.Az-ın "Bolt"a ünvanladığı sorğunu şirkətin Azərbaycandakı mətbuat xidmətinin rəhbəri Viktoriya Prilutska cavablandırıb. Qurum rəsmisi sürücülərin "Bolt" tərəfindən işə götürülmədiyini diqqətə çatdırıb:
"Onlar öz xidmətlərini göstərmək üçün platformamızdan istifadə edən müstəqil tərəfdaşlardır. Lakin insanların təhlükəsizliyi "Bolt"un əsas prioritetidir. Xidmətin keyfiyyətini və təhlükəsizliyini artırmaq üçün "Bolt" istifadəçilərinə aplikasiya vasitəsilə müştəri dəstəyimizə müraciət etməyi tövsiyə edirik".
Viktoriya Prilutska sözügedən sürücüylə bağlı məsələnin araşdırılacağını vurğulayıb:
"Bildirdiyiniz vəziyyətlə bağlı çox narahatıq və mütləq şəkildə araşdıracağıq. Yol hərəkəti qaydaları bütün sürücülər, velosiped istifadəçiləri və piyadalar üçün keçərlidir. Sözsüz ki, "Bolt" sürücüləri onlara əməl etməlidirlər. Sərxoş vəziyyətdə və ya maddə qəbul edərək avtomobil idarə etmək həm sürücü, həm də digər insanlar üçün təhlükəlidir. "Bolt", sürücülərinin bu cür davranışını qətiyyən qəbul etmir.
Avtomobillərin vəziyyəti, sürücülərin davranışı və ya onların idarəetmə tərzi ilə bağlı şikayətlər olduqda şirkət məsələni dərhal araşdırır. Əgər problem təsdiqini tapırsa, sürücünün "Bolt" platformasından istifadəsi bloklanır. Bu məsələdə də eyni addım atılacaq. Qaydalar və şərtlər veb-saytda bütün partnyor sürücülər üçün mövcuddur. Platforma ilə əməkdaşlığa başlayarkən sürücülər qaydalara və şərtlərə əməl edəcəklərini rəsmi şəkildə bildirirlər".
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev isə şikayətçinin əlində faktlar varsa, ərazi üzrə polis orqanlarına müraciət edə biləcəyini qeyd edib:
"Şəxs taksi xidməti göstərən şirkətə etibar edib onun xidmətindən istifadə edirsə və həmin vaxt hüquqları pozulursa, bu halda məsuliyyəti həmin taksi şirkəti daşıyır, ondan şikayətçi ola bilər. Əslində, vətəndaş belə halla üzləşəndə dərhal "102"yə zəng etməlidir. Əgər sürücünün narkotik maddə istifadə etdiyindən şübhələnmişdisə, DİN-in "Çağrı Mərkəzi"nə, eləcə də ərazidəki Dövlət Yol Polisi əməkdaşlarına müraciət edərək məlumat verməliydi. Belə olsa, hadisəyə yerində baxıla bilərdi. Ancaq üstündən bir neçə gün keçibsə, biz narkotik ittihamı ilə həmin şəxs barədə birbaşa ölçü götürə bilmərik. Bu, qarşı tərəfin hüquqlarının pozulması olar. Ortada fakt olmalıdır. İndiki halda iddialar şikayətçinin subyektiv fikirləridir. Əgər əlində faktlar varsa, buyurub pozulmuş hüquqlarının bərpası üçün ərazi üzrə polis orqanlarına müraciət edə bilər".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1024 Tarix: 19 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşKavelaşvili: Gürcüstan Abxaziya və Samaçablosuz mövcud ola bilməz
Gürcüstan Abxaziya və Samaçablosuz mövcud ola bilməz. "Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Mixeil Kavelaşvili 2008-ci il avqust müharibəsinin 18-ci ildönümü ilə bağlı çıxışında deyib. O, ölkənin ərazi bütövlüyünün bərpasının dövlət siyasətinin əsas istiqamətlərində
11:45 68 İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
Avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp arasında telefon danışığı olub. "Report" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumat yayıb. Telefon söhbəti zamanı Vaşinqton Zirvə Görüşünün ildönüm
08.08.2026 232 ADNOC tankeri Hörmüz boğazında hücuma məruz qalıb
Əbu-Dabi Milli Neft Şirkətinə məxsus gəmi (ADNOC) Hörmüz boğazından keçərkən raketlə vurulub. "Report" "Al Jazeera"ya istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin WAM dövlət informasiya agentliyi məlumat yayıb. "Hücum nəticəsində heç kim xəsarət almayıb, vəziyyət nəzarətə götürülüb"
08.08.2026 210 Azərbaycanda auditorlara fırıldaqçılığın aşkarlanması üsulları öyrədilib
Təzyiq, imkan və bəraət amillərinin eyni vaxtda mövcud olması fırıldaqçılığın başvermə ehtimalını artırır. "Report" xəbər verir ki, bu barədə Auditorlar Palatasında "Forenzik audit və risk əsaslı audit: fırıldaqçılıq sxemlərinin aşkarlanması və zərərin hesablanması" mövzusunda keçirilə
10:15 98 Soyuq çaya və yeməyə görə şişi qızdırıb arvadına "dağ basdı" - Yardımlıda DƏHŞƏT
Yardımlıda arvadına işgəncə verən ər həbs olunub. -ın xəbərinə görə, hadisə Abasabad kəndində baş verib. İttiham aktına görə, 31 yaşlı Elçin Mütəllibov (şərti adla) yeməyin hazır olmamasını bəhanə edərək, qeyri-rəsmi şəkildə bir yerdə yaşadığı zərərçəkən Gülnarı (şərti adla) təhqir edib və yumruqla so
12:10 28 Kuba üçün "Venesuela" planı hazırlanır?
ABŞ Prezidenti Donald Trampın komandası Vaşinqtonla əlaqələri fərqli məcraya yönəldə biləcək və Havanada hökumətə rəhbərlik edə biləcək fəaliyyətdəki və ya sabiq Kuba rəsmisinin axtarışındadır. xəbər verir ki, bu barədə "The New York Times" nəşri öz mənbələrinə istinadən məlumat yayıb. Məlumat
08.08.2026 173 Ukrayna bir ölkə ilə bağlı ABŞ-yə söz verib: Gəmilərini vurmayacaq
Ukrayna Qara dənizdə Qazaxıstan neftinin ixracı üçün istifadə edilən və Rusiya ilə əlaqəsi olmayan tankerlərə, həmçinin infrastruktura zərbə endirməmək barədə öhdəlik götürüb. xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə
08.08.2026 205 Almaniyada etirazlar: Merts hökumətinin istefası tələb edilir
Almaniyanın şərqindəki Saksoniyanın Plauen şəhərində Almaniya kansleri Fridrix Merts hökumətinin istefası tələbi ilə nümayiş başlayıb. "Projekt M1llion" etiraz hərəkatı bütün ölkə üzrə tərəfdarlarını səfərbər edərək təxminən 10 00 iştirakçının olduğunu elan edib. -ın xəbərinə görə, bu barəd
12:20 0 Kredit kartı şifrəsində "0" rəqəmi olanlara XƏBƏRDARLIQ EDİLDİ
Mütəxəssislər kart şifrələrində "0" rəqəminin istifadə edilməməli olduğunu vurğulayırlar. Təxmin edilməsi asan ardıcıllıqlarda və doğum tarixlərində tez-tez istifadə edilən bu rəqəm kiber dələduzların ilk hədəfi olur. xəbər verir ki, kiber təhlükəsizlik və bankçılıq mütəxəssisləri kredit v
11:01 193