Finlandiya baş naziri internetə sızdırılan videosu barədə: "Narkotik çəkməmişdim" - VİDEO

Finlandiya baş naziri internetə sızdırılan videosu barədə: "Narkotik çəkməmişdim" - VİDEOFinlandiyanın Baş naziri Sanna Marinin dostları ilə əyləndiyi video sosial şəbəkələrə sızdırılıb. Videoda baş nazirin dostları ilə rəqs etdiyi, mahnı oxuduğu, rahat və komplekssiz əyləndiyi anlar əks olunub.

Şəbəkə istifadəçiləri onun narkotikin təsiri altında olduğunu iddia ediblər.

Baş nazir bununla bağlı açıqlama verib.

Marin yayılan videolarda narkotikin təsiri altında olmadığını bildirib. Həmçinin gizlədəcək heç bir şeyinin də olmadığını əlavə edib.

"Rəqs edirdim, mahnı oxuyurdum, bayram edirdim, qanuni işlərlə məşğul idim... Narkotik istifadə etməmişdim. Alkoqoldan başqa heç nə qəbul etməmişdim", - deyə o, sadəcə yüngül spirtli içki içdiyini qeyd edib.

O, həmçinin əlavə edib ki, bunlar şəxsi videolar olduğu üçün açıq şəkildə yayılacağını düşünməyib.

"Mən bilirdim ki, məni çəkirlər, amma inanırdım ki, videolar özəl olduğu və qapalı məkanda çəkildiyi üçün yayımlanmayacaq", - deyə Marin vurğulayıb.

Bildirilir ki, yayılan videoda baş nazir Finlandiyanın bir neçə ictimai xadimi ilə birlikdə görüntülənib. Onların arasında deputat İlmari Nurminen və aparıcı Tinni Vikstrem də olub.

Sızdırılan kadrlarda Marinin bir neçə dostu ilə şən rəqs etdiyi görünür. Fonda isə insanların kokain haqqında nəsə danışdıqları eşidilir. (Oxu.az)


BiG.Az
Telegramda izləyin
Maraqlı   Baxılıb: 1175   Tarix: 18 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Sahiblərinin əhvali-ruhiyyəsi itlərə necə təsir edir?

İtlər sahiblərinin davranışlarına və emosional vəziyyətinə müxtəlif cür reaksiya verirlər. İnsanların keçirdiyi hər bir emosiya heyvanlar üçün fərqli məna daşıya bilər. xəbər verir ki, itlər insanların üz ifadələrini alimlərin əvvəllər düşündüyündən daha yaxşı tanıya bilirlər. Üstəlik, sahibinin emosiona

08.11.2026 229
.

İtin ölümünün yaxınlaşdığını göstərən 8 əlamət

İtlər ağrılarını və səhhətlərində yaranan problemləri sahiblərinə sözlə ifadə edə bilmirlər. Buna görə də onların davranışlarında baş verən dəyişikliklərə xüsusi diqqət yetirmək lazımdır. Heyvan yaşlandıqda və ya ağır xəstələndikdə iştahasını itirə, daha çox yata, insanlardan uzaqlaşa və ya əksinə, sahibini

01.11.2026 589
.

Qaralmış gümüşü ovmadan təmizləyən üsul

Gümüşlərin zaman keçdikcə matlaşaraq qaralması çirk deyil, havadakı kükürd molekulları ilə təmas nəticəsində səthdə gümüş sulfid təbəqəsinin yaranmasıdır. Gümüşü bezlə və ya kimyəvi maddələrlə ovub təmizləmək metalı cızır və nazildir, elektrokimyəvi reaksiya fiziki sürtünmə olmadan qaralmanı saniyələ

01.11.2026 482
.

Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər

Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric

01.11.2026 699
.

Payızda yarpaqların rəngini dəyişən görünməz proses

Payız fəslinin gəlişi ilə ağacların yaşıl yarpaqları sarı, narıncı, qırmızı və hətta bənövşəyi rənglərə bürünür. Təbiətdə müşahidə olunan bu dəyişiklik sadəcə mövsümi gözəllik deyil, ağacların qışa hazırlaşması ilə bağlı mürəkkəb biokimyəvi prosesin nəticəsidir. Qaynarinfo xəbər verir ki, Türkiyəni

06.11.2026 392
.

Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı

Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi

07.11.2026 231
.

Yay fəsli uzanır... 6 ay davam edəcək

Uzunmüddətli müşahidələr göstərir ki, yay hər il bir gün uzanır. Qlobal istiləşmə səbəbindən Avropa tədricən ənənəvi mövsümi dövrünü itirir. Yay uzanır, yaz və payız isə qısalır. xarici mediaya istinadən bildirir ki, bu barədə İspaniya Milli Meteorologiya Agentliyi (AEMET) məlumat yayıb. 1980-ci illərdə

08.11.2026 201
.

14-cü mərtəbədən yıxılan kişi sağ qaldı

Rusiyanın paytaxtı Moskvada yaşayış binasının 14-cü mərtəbəsindən yıxılan kişi möcüzə nəticəsində sağ qalıb. yerli mediaya istinadla xəbər verir ki, hadisə bu gün səhər saat 8 radələrində Marşal Rokossovski bulvarında baş verib. Məlumata görə, kişi binanın 14-cü mərtəbəsindən yıxılaraq avtomobilin damın

01.11.2026 485
.

Misir piramidalarının daşdan tikilmədiyi iddia olunur: Fizik yeni nəzəriyyə irəli sürdü

Misir piramidalarının necə inşa edildiyi ilə bağlı əsrlərdir davam edən müzakirələrə yeni bir nəzəriyyə əlavə olunub. Belçikalı nüvə fizikası professoru Gi Demortye hesab edir ki, Xeops piramidasının nəhəng blokları daş karxanalarından gətirilməyib, tikinti yerində xüsusi qəliblər vasitəsilə hazırlanıb

07.11.2026 240
.