"Yeni forma almayanlar o halda məktəbə buraxılacaqlar ki…" - Bakı Tikiş Evindən REPORTAJ + FOTO

"Yeni forma almayanlar o halda məktəbə buraxılacaqlar ki…" - Bakı Tikiş Evindən REPORTAJ + FOTOBu gündən məktəbli formaları satışa çıxarılıb. Bakı Tikiş Evi səhər saat 9-dan qapılarını alıcıların üzünə açıb. Mərkəzdə həm Oxu.Az-ın müxbirlərini, həm də müştəriləri qurumun satış müdiri Etibar Əzimov qarşılayır.

Onun sözlərinə görə, bu il yalnız ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan formalar hələlik sadəcə BTE-də satılır, ancaq yaxın günlərdə valideynlər "Bravo" marketlər şəbəkəsindən də bunları əldə edə biləcəklər. Məktəbli formalarının digər mağaza və iri ticarət mərkəzlərində satışı isə qadağandır.

Qurum rəsmisi işbazların hər il bu durumdan istifadə edib valideynləri tələyə salmasından gileylənir:

"Yeni forma almayanlar o halda məktəbə buraxılacaqlar ki…" - Bakı Tikiş Evindən REPORTAJ + FOTO"Çindən və başqa yerlərdən bənzər məhsulu gətirib satırlar, üzərinə də bizim emblemi yapışdırırlar. Ancaq diqqətlə baxsaq, görərik ki, parça eyni deyil. Alıcılar buna diqqət etməlidirlər. Bizim builki formalarımız yun və pambıqdan hazırlanıb. Keyfiyyəti yüksəkdir. "Sədərək" ticarət mərkəzində bizim məhsullar satılmayacaq. Bilsinlər ki, biz ora mal verməyəcəyik".

Etibar Əzimov formaların rəngindən də söz açıb:

"Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri"nin təsdiq edilməsi haqqında" Qərarda geyimlər dörd rəngdə (tünd-göy, tünd-boz, xaki, açıq-qəhvəyi) nəzərdə tutulub. Ancaq Bakı Tikiş Evində iki rəngdə (ağ köynək, göy şalvar və ətək, mavi köynək, boz şalvar, ətək) məktəbli formaları tikilir. Birinci dəstə ağ köynək, göy şalvar və ətək, ikinci dəstə isə mavi köynək, boz şalvar və ətək daxildir. Çünki əsas tələb bu rənglərədir, heç kim xaki rəngdə forma almır".

"Yeni forma almayanlar o halda məktəbə buraxılacaqlar ki…" - Bakı Tikiş Evindən REPORTAJ + FOTOAlıcılara nəzər saldıqda isə əksəriyyətin mavi dəstlərə meyil etdiyini görürük. Düzü, ilk gün olsa da, mərkəzdə alıcılıq qabiliyyəti elə də yüksək deyil. Gələnlər də dəstin bütün hissələrini yox, hələlik əsas iki hissəsini - köynək və şalvarı/ətəyi alıb gedirlər.

Valideynlərdən biri Oxu.Az-a verdiyi açıqlamada builki qiymətlərdən razı qaldıqlarını bildirir:

"Qiymətlər elə də baha deyil. Üstəlik, bütün məhsulları birdən almaq kimi məcburiyyət də yoxdur. Hissə-hissə ala bilərik. Ötən il formanı mağazaların birindən almışdıq və daha baha idi. İlk dəfədir ki, buraya gəlirik, məhsullardan çox razı qaldıq. Boz formaların keyfiyyəti yüksəkdir".

Nərgiz Mirzəyeva adlı müştəri də qiymətlərdən məmnun qaldığını deyir:

"Keçən il tamam fərqli mağazadan almışdıq, təkcə şalvar-köynəyə 80 manat pul vermişdik, ancaq keyfiyyəti yaxşı idi. İndi buradan göy forma aldıq, cəmi 39 manat pulumuz çıxdı, amma keyfiyyətinin necə olacağını hələ ki bilmirik".

"Yeni forma almayanlar o halda məktəbə buraxılacaqlar ki…" - Bakı Tikiş Evindən REPORTAJ + FOTOQeyd edək ki, bu il həm oğlan, həm də qızlar üçün polo uzunqol və qısaqol köynəklərin qiyməti 14 manat, şalvarlar 25 manat, jaket 27 manat, ətək isə 25 manat müəyyənləşib. Gödəkçələr isə formaya daxil deyil. Yuxarı siniflər üçün forma tikilişi nəzərdə tutulmayıb. Ümumilikdə isə birinci sinif şagirdlərindən başqa, digər bütün şagirdlər keçən ildən qalan paltarlarını, rənglər eynidirsə, bu il də geyinə bilərlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 9438   Tarix: 17 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mətbuat və Media və Yayım Şurasının kollektivi Zəfər abidəsini ziyarət edib

Azərbaycan Mətbuat Şurasının və Media və Yayım Şurasının kollektivi 8 noyabr Zəfər Günü münasibəti ilə Zəfər Parkında olublar. "Report" xəbər verir ki, ziyarət zamanı 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiraml

08.11.2026 261
.

Ərdoğanın səsləndirdiyi "Şuşa gözləyir bizi" şeirinin müəllifi kimdir? - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı "Şuşa gözləyir bizi" adlı şeiri səsləndirib. Türkiyə prezidentinin şeirin müəllifini qeyd etməməsi onun kimliyi ilə bağlı suallar yaradıb. -ın əldə etdiyi məlumata görə, şeirin müəllifi Əməkdar jurnalis

08.11.2026 217
.

"Euronews" Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş material hazırlayıb. "Report"un məlumatına görə, materialda Azərbaycan və Türkiy

08.11.2026 253
.

Paraqvayın sabiq prezidenti ev dustaqlığına məhkum edildi

Paraqvayın sabiq prezidenti Santyaqo Penya impiçment qərarından dərhal sonra Asunson şəhərindəki şəxsi iqamətgahında saxlanılıb. xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Bildirilib ki, Penyanın tutulması noyabrın 6-da axşam saatlarında - Senat tərəfindən vəzifədən uzaqlaşdırılmasından sonra onu əvə

08.11.2026 202
.

"Bülbülə bənzədiyi üçün "Xarıbülbül" deyirik" - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Türkiyə Lideri Rəcəb Tayyib Ərdoğan Şuşa qalası önündə foto çəkdiriblər. "Qafqazinfo"nun məlumatına görə, bu zaman Prezidentlər arasında maraqlı söhbət baş tutub. Belə ki, Türkiyə Prezidenti "Xarıbülbül" çiçəyini "Orkide"ni

08.11.2026 312
.

Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - Foto/Video+YENİLƏNİB

Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşada mətbuata bəyanatlarla çıxış ediblər. BİG.AZ AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti bəyanatla çıxış edib. Prezident İlham Əliyevin bəyanatı. - Hörmətl

08.11.2026 312
.

Tramp: "ABŞ seçkiyə görə 3 trilyon dollar itirdi"

"Demokratların Konqresə nəzarəti ələ keçirməsi ilə nəticələnən aralıq seçkisinə görə ABŞ 3 trilyon dollar itirib". xəbər verir ki, bunu Floridadakı Con Kennedi adına Kosmik Mərkəzdə çıxış edərkən ABŞ Prezidenti Donald Tramp deyib. Ölkə başçısı oktyabr ayında iş yerlərinin sayının 165 min artdığın

08.11.2026 184
.

Azərbaycan və Türkiyə prezidentləri Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - YENİLƏNİB+Foto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər. BİG.AZ AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri Memorialın önünə əklillər qoyublar

08.11.2026 307
.

İranda yanvar etirazları ilə bağlı üç nəfər edam edilib - Foto

İranda yanvar ayında keçirilən etirazlarla əlaqədar saxlanılan üç nəfər edam edilib. bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Məlumata görə, İranın məhkəmə orqanları yanvarın 8-də və 9-da Kərəc şəhərində baş verən etirazlarla əlaqədar həbs olunan Həsən Diyubənd

08.11.2026 197
.