Atılmış uşaq 70 il eyni yerdə anasının yolunu gözlədi - FOTO
BiG.AZ Lent.az-a istinadən sizə çox maraqlı və eyni zamanda hüznlü bir həyat hekayəsini təqdim edir:
1928-ci ildə Mardin şəhərindən 14 km uzaqlıqda yerləşən Binebil kəndində doğulmuşdu Circis Kaplan. Bir Süryani ailənin övladıydı. Circis adını ona sonralar bütün ömrünü keçirəcəyi monastrda vermişdilər. Anası isə onu "Bahe" ( bulbul) deyə çağırırdı. Atası hamballıq edərək ailəni zorla dolandırırdı. Özündən böyük iki bacısı var idi və ömrünün ilk 2 ilini varlı olmasa da, xoşbəxt körpə olaraq yaşamışdı balaca bulbul.
Yaş yarımlıq olanda anası beşikdə yatan Baheni həyətdə tək qoyub iş dalınca evə girir. Bu zaman həyətdəki xoruz uşağa hücum edir. Bahenin üz gözü yaralanır, lakin dərd bununla bitmir, yalnız 4 yaşına çatanda valideynləri anlayırlar ki, xoruzun hücumu psixoloji zərbələr də vurub, uşaqda əqli inkişaf normal getmir. Bahe danışa bilmir və baş verənləri anlamaqda çətinlik çəkirdi. Elə o gündən yaşı artsa da, Bahenin ağlı balaca uşaq ağlı kimi qalır.
6 yaşı olanda Bahenin hambal atası ağır yük altında qalıb ölür. Ana evin yükünü çiyninə alsa da, öhdəsindən gələ bilmir. Uşaqlarını aclıqdan , səfalətdən qorumaq üçün atası evinə dönməyə qərar verir. Lakin qarşısına ailəsi tərəfindən qəddar şərt qoyulur. "Ağlı kəm övladına verməyə çörəyimiz yoxdur, onu gətirmə".
Ana qızlarını yanına alsa da, Bahedən göz yaşları içərisində ayrılmalı olur. Onu Mardindəki Süryani monastrının qapısı önündə qoyub son kəs boynuna sarılır. "Mən sənin ardınca gələcəm, Bahe. Unutma, sənin ananın adı Vediadır". Ana qapıdan aralanana qədər dəfələrlə eyni sözü təkrarlayır. "Biz qayıdacağıq".
Balaca Bahenin də ağlına elə bu sözlər ilişib qalır, inanır, bir gün anasının geri dönəcəyinə bütün qəlbiylə, saflığı ilə inanır. Onu tanıyanlar ömrü boyu dilindən iki kəlmədən başqa bir şey eşiməmişdilər. O gah "ana" deyirdi, gah da "Vedia".
Monastrdakı din xadimləri atılmış uşağa sahib çıxırlar. O, monastrın həyətində gah bağbanlıq edir, gah süpürgəçilik. Amma qapıya hər kölgə düşəndə, hər taqqıltı eşidəndə sevinib "Ana", deyə qaçırmış. Monastrdakılar da ona alışmışdılar, Lakin onun haqqında danışanda qəribə bir ifadə işlədirdilər: "Bahe bu monastrın daşıdır. Onun yoxluğu ilə monastrımızdan bir daş azalacaq".
Ürəyində yalnız sevgi olan bu saf adam hər kəsin gözünə nə üçün daş kimi görünmüşdü? Bilinmir.
Bahe anasının ona öyrətdiyi ərəb dilində danışır, nə türk, nə də süryani dilini qəbul etmək istəmirdi. Görünür dilini dəyişsə, anasının onu tanıya bilməyəcəyini düşünmüşdü. Bu ümidlə o 70 il ana yolu gözləyir.
Baheni görən hər kəs sanki qarşısında qoca görünən balaca saf uşaq olduğunu düşündüyünü deyir.
Bu hadisə Mardinin Kırklar Kilsəsinə tabe olan Delrulzafaran Monastrında baş verib və hadisəni kilsənin baş keşişi Qabriyel Akyüz danışıb. Onun sözlərinə görə, Bahe 70 il eyni saflıq, eyni həsrətlə anasının yolunu gözləyib və nəhayət 2014-cü ildə anasını gözlədiyi yerdə, kilsə qapısı ağzında həyatla vidalaşıb.

BiG.Az
Telegramda izləyin
Maraqlı Baxılıb: 2849 Tarix: 16 avqust 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTək səyahət üçün ən yaxşı şəhərlər - Siyahı
Təkbaşına səyahət etmək son illərdə sürətlə məşhurlaşsa da, düzgün istiqamət seçmək xüsusilə ilk dəfə yola çıxanlar üçün asan deyil. Beynəlxalq yük saxlama platforması "Radical Storage" tərəfindən hazırlanan "Tək Səyahət İndeksi" ("Solo Travel Index") Avropanın ən çox ziyarə
03.11.2026 621 Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
ABŞ-də aparılan yeni elmi araşdırma 65 yaş və yuxarı şəxslərdə tez-tez, qeyri-iradi və qısamüddətli gündüz yuxularının demans və yaddaş problemləri riski ilə əlaqəli olduğunu üzə çıxarıb. "Qafqazinfo" xəbər verir ki, "The Journals of Gerontology: Series A" jurnalında dərc olunan tədqiqa
05.11.2026 465 Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
Bəzi ət növlərinin yüksək doymuş yağ və duz tərkibi ilə ürək-damar sağlamlığına mənfi təsir göstərə biləcəyini vurğulayan mütəxəssislər xüsusilə 4 ət növünün istehlakında diqqətli olmağı tövsiyə edirlər. xəbər verir ki, yağlı ət hissələrinin və emal olunmuş məhsulların həddindən artıq istehlakı "pi
07.11.2026 232 Evdə eşitdiyiniz bu 5 səs təhlükə xəbərdarlığı ola bilər
Evdə eşidilən bəzi qeyri-adi səslər ciddi texniki nasazlıqların xəbərçisi ola bilər. Su borularından gələn döyüntü, elektrik rozetkalarından eşidilən xışıltı və ya kondisionerin qeyri-adi səs çıxarması bəzən yanğın, su basması və bahalı təmir işləri ilə nəticələnə biləcək problemlərə işarə edir. xaric
01.11.2026 699 Qaralmış gümüşü ovmadan təmizləyən üsul
Gümüşlərin zaman keçdikcə matlaşaraq qaralması çirk deyil, havadakı kükürd molekulları ilə təmas nəticəsində səthdə gümüş sulfid təbəqəsinin yaranmasıdır. Gümüşü bezlə və ya kimyəvi maddələrlə ovub təmizləmək metalı cızır və nazildir, elektrokimyəvi reaksiya fiziki sürtünmə olmadan qaralmanı saniyələ
01.11.2026 482 Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
Qış aylarının vazkeçilməz ləzzəti olan şabalıdı sobada və ya tavada bişirərkən qabığının ətinə yapışması və soyularkən parçalanması çətinlik yaradır. xəbər verir ki, şabalıdların lokum kimi yumşaq bişməsini və qabığının tək bir toxunuşla soyulmasını təmin edən əsas formul qənd imiş. Kəsilmiş şabalıdlar
07.11.2026 278 Milyonlarla dollarlıq maşınlar səhranın ortasında çürüyür
Bir vaxtlar sərvət və lüks simvolu olan milyonlarla dollarlıq avtomobillər indi toz və qumda çürüməyə məhkumdur. Ferrari, Lamborghini, Porsche və Bentley kimi dünyaca məşhur brendlərin avtomobillərə daha çox Dubaydakı dayanacaqlarda və tərk edilmiş ərazilərdə rast gəlmək mümkündür. Bu bahalı avtomobilləri
08.11.2026 306 İlon Mask və "Binance" qurucusu arasında gərginlik: Bir milyard dollarlıq xatırlatma
"Binance" kriptobirjasının qurucusu Çanpen Çjao amerikalı iş adamı və milyarder İlon Maskın "X" sosial şəbəkəsindəki reaksiyasından sonra 1 milyard dollardan çox dəyəri olan "SpaceX" səhmlərini satmaq ehtimalına eyham vurub. bu barədə RBC-ya istinadən xəbər verir. Məlumat
01.11.2026 567 Bu çətin kibrit çöpü tapmacasını yalnız dahilər 10 saniyədə həll edə bilər
Səhv riyazi tənliyi yalnız bir hərəkətlə düzəltməlisiniz, ancaq bunun üçün 10 saniyəniz var. 21 kibrit çöpündən ibarət tapmaca internetdə viral hala gəlib. Bu tapmaca, yalnız bir kibrit çöpünü hərəkət etdirərək səhv tənliyi düzəltməyinizi tələb edir. Hər kəs ilk cəhddə düzgün həlli tapmağı bacarmır
01.11.2026 713