Alim Qasımov: "Həyatım plan üzərində qurulmayıb, hər şey bədahətən baş verir"

Alim Qasımov: "Həyatım plan üzərində qurulmayıb, hər şey bədahətən baş verir"Ailəmiz beş nəfərdən ibarətdir. Amma Xalq artisti, görkəmli muğam ustadı Alim Qasımov avazına qulaq asdığım anda məndən ailəmizin neçə nəfərdən ibarət olduğunu soruşsalar, şübhəsiz, altı olduğunu deyərəm. Alim avazı, bəli, o avaz ki, evimizin bir parçası, ruhumuzun isə ən ali zirvəsidir.

Yaxşı yadımdadır, illər öncə Alim Qasımovun sazı bizə hədiyyə olunanda atam onu alıb ehmalca evimizin ən yüksək hesab etdiyimiz nöqtəsinə, "Qurani-Kərim"in yanına qoymuşdu. Uşaq olsam da, elə o andaca Alim sənətinin - muğamın müqəddəsliyinin fərqinə varmışdım.

Bu gün Alim Qasımovun doğum günüdür. Tez-tez tarix və şəxsiyyət məfhumlarından danışırlar. Elə doğum günündə bunu özümə borc bilərək demək istəyirəm ki, Alim tanrının və tarixin bizə bəxş etdiyi ən əziz şəxsiyyətlərdəndir. O, illərdir evimizin ən əziz parçası və ən hörmətli qonağıdır. Bu dəfə isə biz müqəddəs avazın sahibi ilə həmsöhbətik.

Bu gün 65 yaşı tamam olan Xalq artisti, səsi və sənəti ilə hər kəsin sevimlisinə çevrilən sənətkar Alim Qasımovun "Report" a müsahibəsini təqdim edirik:

- Alim Qasımovun həyatından kitab yazılsaydı, həmin ömür kitabının adı nə olardı?

- Hər işim düzələcək - mən öləndən sonra olardı (gülümsəyir).

- Niyə söhbətimizə ölümdən danışmaqla başladınız?

- Ona görə ki, qızım, məni tanıyanlar bilir. Yəqin ki, yazını oxuyanlar da nə demək istədiyimi başa düşəcək.

- 30 il sonra Şuşada, Cıdır düzündə qızınız Fərqanə xanımla "Xarıbülbül" festivalında ifa etdiniz. Hansı hissləri keçirdiniz?

- 30 il sonra Şuşada ifa etmək hər şeydən öncə olduqca məsuliyyətli idi. "Xarıbülbül" festivalında iştirak edəndə böyük qürur və sevinc hissi yaşadım. Cıdır düzündə elə əlvan, müqəddəs bir yerdə ifa etmək, doğrudan da insanı çox qürurlandırır. Orada kövrəlməmək, o gözəlliklərə heyran olmamaq mümkün deyil. Elə o zaman o gözəlliklərə baxıb söylədim ki, Cıdır düzü əlvandır, Qarabağ Azərbaycandır!

- Müsahibələrinizin birində gücünüz çatdığı qədər tamahınızla mübarizə apardığınızı bildirmisiniz. Sizcə, günümüzdə tamahı ilə baş edə bilməyənlər çoxdur?

- Bəli, hər zaman tamahımla mübarizə aparmağa çalışmışam. Bu, indi də belədir. Nə deyim, vallah, mən öz üzərimə düşəni etməyə çalışıram. Amma bəli, tamahı ilə mübarizə aparanlar da var, aparmayanlar da.

- "Xatirədir" mahnınız ən çox sevilən ifalarınızdandır. Dinləyicilər sanki bu üsulla öz xatirələrini tərpədirlər. Alim Qasımovun yaddaşında hansı xoş, yaxud kədərli xatirələr var?

- Həyatım başdan sonacan bir xatirədir. Konsertlərim, konsertdə iştirak edənlərin üzündəki təbəssüm, sonda bütün zalın necə ürəkdən alqışlamaları görmək elə mənim ən xoş xatirələrimdəndir. "Xatirədir" mahnısından söz açmışkən, mən onu təqdim etdikdən, insanların reaksiyasını gördükdən sonra oturub mahnıya bir dinləyici kimi yenidən qulaq asdım. Ondan sonra "Xatirədir"in fəlsəfəsinin anladım. Ona qədər mən də anlamamışdım.

-Sizin kimi yerdə bardaş qurub, ifa edənlər yoxdur. Necə oldu ki, bu formada ifa etməyə başladınız?

- Bardaş qurub ifa etmək planımız yox idi. Ümumiyyətlə, həyatım plan üzərində qurulmayıb. Hər şey bədahətən baş verib. Bir dəfə bizi Belçikaya konsertə dəvət etmişdilər. Məşq zamanı gördüm ki, səhnəyə stul qoyulmayıb. Onlar stul gətirənə qədər biz yerdə oturduq. Xoşuma gəldi, o konserti də elə oturan yerdə verdik. Daha sonralar da elə oturub oxumağa başladıq.

- "Yaxşı ki, Azərbaycanda yaşamışam. Çünki bu eşqi, bu halı ola bilsin ki, qəriblikdə tuta bilməzdim", - müsahibənizdəndir, görünür, həm də Vətən aşiqisiniz...

- Doğrudur, Azərbaycandan kənarda yaşamaq istəməmişəm. Çünki həmişə düşünmüşəm ki, bu eşqi qəriblikdə yaşaya bilməzdim. Vətəni sevmək, ananı sevməkdir. Ona görə də Vətən anamız qədər doğmadır.

- Yaxın zamanlarda konsert verməyi düşünürsünüz?

- Bəli, amma tarixi hələ məlum deyil.

- Bəs Qarabağda necə, orada konsert verməklə bağlı planınız var?

- Bəli, düşünürük, Allahın izni ilə işğaldan azad edilmiş torpaqlarımızın hər birində konsert verəcəyik.

- Vaxtilə Alim muğam mərkəzi fəaliyyət göstərirdi, daha sonra təmir məqsədi ilə fəaliyyəti dayandırıldı, mərkəzin aqibəti necə oldu?

- İnşallah, sözgedən muğam mərkəzinin yenidən fəaliyyət göstərməsi ilə bağlı ümidim var. Allahın izni ilə, o binadan yenidən gözəl bir məktəb alınacaq. İnanıram ki, bu işdə xalqımızın və dövlətimiz də mənə dəstək olacaq.

- Alim Qasımov doğum günündə bundan sonrakı həyatı üçün özünə nə arzu edir?

- Doğum günümdə ailəmə, doğmalarıma, əzizlərimə uzun, sağlam ömür diləyirəm. Hər kəsə imanlı olmağı arzulayıram. Arzu edirəm ki, xalqımız hər zaman firəvan, sülh içində yaşasın.

- "Report" İnformasiya Agentliyi adından doğum gününüzü təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı və fəaliyyətinizdə uğurlar arzulayırıq.

- Diqqətiniz üçün minnətdaram. Təşəkkür edirəm!


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 978   Tarix: 14 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bir araya gəlmələrinin SƏBƏBİNİ AÇIQLADI

Gürcü müğənni Dato Xalq artisti Aygün Kazımova ilə bir araya gəlmələrinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, müğənni "MTV Maqazin"ə açıqlamasında Aygün Kazımova ilə duet oxuyacaqlarını bildirib. O qeyd edib ki, hazırda bu barədə Pop Diva ilə görüşüb, danışıblar və mahnı axtarışındadırlar

00:08 233
.

Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi

Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" əsərini ifa edərək ona yeni nəfəs verib. xəbər verir ki, MTV maqazin sözügedən ifa haqqında Polad Bülbüloğlundan özəl açıqlama alıb. Xalq artisti pop ulduza təşəkkürün

06.11.2026 447
.

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Şukşina məlumat verib. Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məluma

07.11.2026 201
.

"Ən bahalı müğənnisən, sənin yerinə utandım"

"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"

30.10.2026 900
.

Anasının evində əşyalara əl vurulmasını qoymur

Aparıcı Kamilə Babayeva bir müddət əvvəl vəfat edən anasının evindən görüntülər paylaşıb. Axşam.az xəbər verir ki, aparıcı anasının yoxluğundan sonra evdəki əşyaların yerini dəyişmədiyini bildirib. O, anasının sağlığında hər şeyi necə qoyubsa, elə də saxladığını qeyd edib. K.Babayeva anasının eyvanda

07.11.2026 368
.

Atası ilə fotosunu paylaşıb bunları yazdı

Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad

01.11.2026 826
.

Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia

Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. BİG.AZ -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırov

02.11.2026 836
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31.10.2026 778
.

Səmavi yenidən gündəmdə: "İlahi" adlı yeni mahnısını təqdim etdi

Bir müddət öncə ifası və yaradıcılığı ilə ölkə mediasında geniş müzakirələrə səbəb olan müğənni Səmavi yeni mahnısını dinləyicilərinə təqdim edib. İfaçının yeni layihəsi "İlahi" adlanır. Mahnı artıq "YouTube" platformasında yayımlanıb və Səmavinin yaradıcılığını izləyənlər tərəfində

02.11.2026 684
.