"Rəfiqəsinin ərini içirdib, evə salıb uşaq peydahlamaq..." - Afətdən ŞOK AÇIQLAMA
"Əslində, Flora Kərimova mənə yaxşılıq edir, onun sayəsində daha çox sevilirəm, daha çox şənliklərə dəvət alıram".
BiG.AZ məlumat verir ki ,bu sözləri Yenisabah.az-a müğənni Afət Fərmanqızı deyib.
"Mən paylaşım edib Rusiyaya köçdüyümü dedikdən bir ay sonra 60 yaşlı müğənniliklə məşğul olan amma bu sahədən xəbəri olmayan kənar bir qadının diktəsiylə Flora Kərimova məni məhkəməyə verdi. Fevral ayında Rusiyaya köçmüşəm, məhkəmə məni may ayında axtarışa verib. Mən məhkəməyə gələ bilməyəcəyimə dair əsaslar gətirsəm də, nəzərə alınmadı. Əgər 5-6 maddə pozuntusuyla iş icraata götürülürsə, burada qərəz olduğunu sezirik. Bir məsəl var, "oğru elə bağırdı, doğrunun bağrı yarıldı", təhqir elədi, indi də nə deyib məhkəməyə verir?!
O, bildiyimə görə, həmçinin, rus vətəndaşıdır, bundan başqa, hətta Polşa vətəndaşlığı olduğu da deyilir. O, gəlsin, Rusiyada məni məhkəməyə versin, burada çəkişək.
O, sənədlərdə "Ələkbər qızı" yox, "Ələkbərovna"dır. Deməli, Rusiya passportu ilə məhkəmələrə müraciət etməsi açıq-aydın ortalığa çıxır.
Bunlar hamısı 60 yaşlı bir qadının işidir. Səbəb də münasibətim korlandığı köhnə dostlarımla barışmağımdır. O da bunu götürə bilmədi. Bununla da məni məhkəməyə verdirdi. Xalq artistini qabağa verib, məndən qisas alacağını düşünür. Mənim Bakıda yaşamadığımı deyənlərə səslənirəm: Mənim guya Ana Yurdum Bakı idimi ki?! Azərbaycanın bütün oliqarxları hamısı Moskvada - mən yaşadığım yerdə yaşayır", - deyə müğənni qeyd edib.
Afət Fərmanqızı məsələnin siyasi çalarlı olub-olmamasına da toxunub:
"Mən siyasət adamı deyiləm, hakimiyyətə sevgi, məhəbbətimiz var. Atama 70-ci illərin axırında Heydər Əliyev ilk hakimiyyəti dövründə "Xalqlar Dostluğu" ordeni verib. Ucqar kəndlərin birində bir müəllimin fəaliyyətini Heydər Əliyev bu cür dəyərləndirmişdi. Hazırki hakimiyyəti də sevirik. Bunu vəzifə, və ya nəsə üçün demirəm. Mənim Azərbaycanda heç kimim yoxdur. Hamısı xarici vətəndaşlardır. Siyasi nüans Flora Kərimovaya aiddir. O, əvvəl, müxalifət, heç bir dəyər görməyəndə indi də məcburi antimüxalifət olub".
Müğənni mövqeyini bu fikirləriylə sonlandırıb:
"Xalq artistini mənim əleyhimə qaldıran həmin 60 yaşlı müğənniliklə məşğul olan amma bu sahədən xəbəri olmayan özünəoxşayan başqa birini haqqımda danışdırır. O da guya Moskvada ucuz yerlərdə toy oxuduğumu bildirir. Mənə məkanın ucuz olub-olmamasının nə dəxli var, pul danışılıb, razılaşdırılır. Tiktok-da ucuz məkan məsələsini mənim ayıbım kimi səsləndirir. Əsl ayıb, rəfiqəsinin ərini içirdib, evə salıb uşaq peydahlamaqdır. Sakitləşsin, əks təqdirdə, gələn dəfə həmin prosesin necə dəqiqliklə olmasını mətbuata danışacağam".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşRöyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Xalq artisti Röya Ayxanın evindən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, pop ulduzun dəbdəbəli villasından paylaşdığı kadrlarda makiyaj üçün xüsusi olaraq ayrılmış otaq izləyicilərin diqqətini çəkib. Müğənninin şəxsi istifadəsi üçün nəzərdə tutulan bu məkanın görünüş
10:45 194 3 uşaq anası olan Aysel mini geyimdə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR
Müğənni Aysel Teymurzadə (Adıgözəlzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi instaqram hesabında yeni görüntülərini paylaşıb. O görünüşü ilə izləyicilərin marağına səbəb olub. Ayselin paylaşımına xoş sözlər yazıblar. Qeyd edək ki, ifaçı Xalq artisti Murad Adıgözəlzadə il
31.10.2026 890 Bu foto Flora Kərimovanı təsirləndirdi
Xalq artisti Flora Kərimova ailəsi ilə bağlı maraqlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi qızı Zümrüd və oğlu Oktay ilə süni intellekt vasitəsilə hazırlanan fotosunu izləyiciləri ilə bölüşərk bunları yazıb:. "Oğlum, qızım və mən. Süni zəka ilə hazırlanan heç bir şeyi sevməsəm də, bu rəsmd
31.10.2026 489 Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı
Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri
07.11.2026 208 Murad Adıgözəlzadə və Ayselin qızı - VİDEO
"Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə qızı Leyla ilə bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni övladının rəqs festivalındakı çıxışını sosial şəbəkə hesabında yayımlayıb. İfaçı qızının görüntüsünə "Mənim sevgim, Leyla" şərhini yazıb. Qeyd edək ki, Ayse
07.11.2026 488 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia
Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. BİG.AZ -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırov
02.11.2026 837 Tacir Şahmalıoğlu Fədayə Laçının yolunu gözləyib: "Gəlmədisə, sağ olsun"
Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb. Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:. "Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki
27.10.2026 897 Gülay Zeynallı görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTO
Müğənni Gülay Zeynallı sosial mediada görünüşü ilə diqqət çəkib. xəbər verir ki, müğənninin "instagram" hesabında yeni görüntüləri yayımlanıb. Paylaşımda Gülay gözəlliyi və fit görünüşü ilə hər kəsi heyran edib. Sözügedən fotoları təqdim edirik:
00:10 296 79 yaşlı müğənni gənc qalma sirrini açıqladı
Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn
01.11.2026 501