"Qadın olsam, yəqin pozğun olardım" - Aktyor Rəşad Səfərovla MÜSAHİBƏ

"Qadın olsam, yəqin pozğun olardım" - Aktyor Rəşad Səfərovla MÜSAHİBƏOnunla söhbət çox maraqlı və baməzə alındı. Bu bəlkə də köhnə dostluğumuzdan irəli gəlirdi. Rəşad heç yerdə olmadığı qədər səmimiydi, şən idi. Lent.az Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Rəşad Səfərov ilə müsahibəni təqdim edir

İrəvan teatrı ömrümdən itən günlərim oldu...

- Rəşad, səni bir zamanlar İrəvan teatrının səhnəsində gözəl obrazlarda görürdük. Ordan nə üçün getdin?

- Getmədim, işdən çıxarıldım. Həm də heç bir səbəb olmadan. İrəvan teatrı mənim üçün çox əziz, çox önəmli teatr olub. Gəncliyim orda keçdi. Mən əslən irəvanlı olduğuma görə, bu teatrı özümün namusum, qeyrətim, doğma ocağım hesab edirdim. Amma günün birində teatrın rəhbəri İftixar Piriyev ən adi bir məsələyə görə məni qovdu. İcazə almışdım, iki günlük çəkilişlərə gedirdim Qobustana. Özünə demədən olmazdı təbii. Bir gün zəng etdi ki, tez dur gəl məşqə! Cibimdə pulum da yox idi ki taksiylə gələm. Gələn kimi şiddətli töhmət verib işdən çıxardı. Şiddətli töhmət o halda verilir ki, aktyor məsuliyyətsizlik edir, tamaşaya gəlmir, iş yoldaşları ilə yola getmir, hörmətsizlik edirsən. Öncə adi töhmət, xəbərdarlıq alır. Teatrın yükü çiynimdəydi. İcazə alıb getmişdim, qəsdən belə elədi. Cırdım atdım əmək kitabçamı da . İllərimi itirdim. Düzdür indi görəndə əl sıxışırıq, amma bu məndə xoşagəlməz iz buraxdı, yenə deyirəm illərimi itirdim. Teatrın yubileyinə də getmədim. Oranın qapısını açmaq ürəyimi ağrıdır. İftixar Piriyevin yol yoldaşlığı çox gözəl idi, bax bundan keçmədim. Amma niyə belə elədi onu anlamadım.
"Qadın olsam, yəqin pozğun olardım" - Aktyor Rəşad Səfərovla MÜSAHİBƏ- Sonra işə girməkdə əziyyət çəkdin?

- Yox problem yaranmadı.

- İlk o teatrda səhnəyə çıxmışdın?

- Yox, ilk dəfə tələbə ikən, I kursda səhnəyə çıxdım. Kütləvi tamaşalarda. Bələdiyyə teatrına hündürboylu oğlanlar lazım idi, əsgər rolunu oynamaq üçün. Bir neçə tələbə seçdilər, biri də mən idim. Sizə bir maraqlı hadisə də danışım. Öz şorgözlüyümdən (gülür).
Deməli, Bələdiyyə Teatrında kütləvi səhnədə əsgər rolunu oynamışam. Tamaşa bitib, aktyorlar səhnəyə çıxır. Öncə epizodik rollarda oynayanlar səhnəyə çıxıb baş əyir, sonra baş rol ifaçıları. Çıxdım, baş əydim, ön sırada oturmuş mini yubkalı bir qız göz vurub, əliylə "əla" işarəsi verdi. Mən də təəccüblə işarəylə "mən?" deyə soruşdum. Başıyla "hə" elədi. Baho, məndə bir lovğalıq yaranıb, gəl görəsən. Ürəyimdə deyirəm, məşhur aktyorlar qalıb kənarda, məni bəyəniblər. Qıza o qədər aludə olmuşam, gözüm onda, çıxdım hamıdan önə, baş əyirəm. Bir də nə görsəm yaxşıdı, pərdə bağlanıb, hamı səhnədən gedib, bir mən qalmışam kloun kimi baş əyirəm. Teatrın rəhbəri Xalq artisti Amaliya Pənahova yaman əsəbiləşmişdi mənə o gün. İndi gülərək xatırlayıram.

- Təbii ki gənc aktyor olaraq tanınmaq istəyirdin.

- Məşhurlaşmaqdan ötrü ürəyim gedirdi. Bir gün tamaşadan çıxmışam. Orta əsrlərin döyüşçüsü rolunda oynamışdım o gün. Epizodik rol idi. Mindim metroya, gördüm hamı mənə baxır. Ürəyimdə düşünürəm ki, deyəsən bu adamlar tamaşada olublar məni tanıdılar. Amma yox e, bir-iki stansiya getmişik, vaqona girən hamı diqqətlə mənə baxır. Düşündüm, "yəni bu qədər şöhrətli oldum bir tamaşayla?" Sonra gördüm, nəsə anormal diqqətdir bu. Pəncərədə öz şəklimi görüb, diksindim. Qrimi silməmişəmmiş, üzümdə bığ, saqqal, qan, yara izi, başda parik, dəliyə oxşayırdım, camaat da ona baxırmış (yenə gülür).
"Qadın olsam, yəqin pozğun olardım" - Aktyor Rəşad Səfərovla MÜSAHİBƏ- Aktyorluq həvəsi uşaqlıqdan yaranmışdı, yoxsa təsadüfən qəbul olundun?

- Uşaq olanda çarpayımın altında bir vanna oyuncağım var idi. Məktəbdən gəlib onları qoyurdum qarşıma, onlarla tamaşalar oynayırdım. Məktəbdə o qədər utancaq idim ki, lövhəyə çıxıb dərs danışa bilmirdim. Valideynlərim içimdəki aktyorluq həvəsimi haradan biləydilər? Deyirdilər uşaq dəli olub. Hərbçi ailəsində böyüyürdüm. Atam Əfqanıstan, sonra Qarabağda döyüşüb. Hətta, bir ayağını itirib. Kişinin ağlına gəlməzdi mənim arzum.

- Rəşad, səni daha çox mənfi obrazlarda və ya oliqarx kişi rollarında görürük. Yaraşır da. Yaxınlaşıb pul istəyənlər olur?

- O qədər. Sosial şəbəkələrdə kartının şəklini göndərib pul istəyirlər. Kişi verdiyini deməz, amma gücüm yetəndən edirəm. Halbuki bəzən özümün 20 manata ehtiyacım olur.

-Kişi aktyorlarımız qadınlara nisbətən daha çox maddi sıxıntılar çəkirlər.

-İndi vəziyyət xeyli düzəlib. Əvvəllər çətinliklər çox idi. İncəsənət və Mədəniyyət Universitetinin aktyorluq və rejissorluq fakültəsinə tələbə hazırlaşdırıram, pedaqoji fəaliyyətim var. Və sevinirəm ki, bütün tələbələrim daxil olurlar. Bu il hazırlaşdırdığım 37 nəfərin 36-sı qəbul olundu. İşini sevərək görəndə ruzini Allah göndərir. Düzdür gərgin əməyin bəhrəsində olur bu. Uşaqlardan istədiyimi almayınca əl çəkmirəm.
"Qadın olsam, yəqin pozğun olardım" - Aktyor Rəşad Səfərovla MÜSAHİBƏ-Bəs bu xarizmatik kişi obrazlarına görə eşq elanı alırsan?

- Olur, amma bu barədə necə danışım? Bir dəfə bir müxbir qız canlı yayımda məndən soruşur ki, heç xəyanət etmisən? Dedim, "indi buna burda, canlı yayımda cavab verim, sonra evə getməyim?"( gülür)

Bu yerdə müsahibim üzünə sənətindən irəli gələn bir mimika verib, pafosla deyir: "Mən sənətimə aşiqəm, bir də ailəmə".

Qadın olsam pozulardım

-Hansı rolu oynamaq istəməzdin?

-Yəqin sən "gey" rollarını deyirsən?

-Yox, ağlıma bu gəlməmişdi heç...

-Amma oynamışam və çox maraqlı alınıb. Təsadüfən oldu. Bir dəfə Gənclər teatrında tamaşa hazırlanırdı. 2009-cu ildə bu teatr bağlandı. "Pasport" tamaşasında baş rollardan birini oynayırdım, qızın qardaşı obrazında. Zarafatla başladım rolda əzilib büzülməyə, obraza fərqli rəng qatdım. Rejissor düşdü üstümə ki, sən bu obrazı elə belə də oynamalısan. Cinsi azlığın nümayəndəsi kimi. Nə qədər "yox" desəm də, olmadı, saqqızımı oğurladı, oynadım. Çox bəyənildi. Sən demə qanımda- canımda varmış (qəhqəhə çəkir)
"Qadın olsam, yəqin pozğun olardım" - Aktyor Rəşad Səfərovla MÜSAHİBƏ- Allah səni qadın yaratsa, necə yaşayardın?

- Demə-demə, qadın olsam yəqin pozğun qadın olardım, yıxılardı atamın evi (bu yerdə yenə qəhqəhə çəkir). Yəqin gözəl qadın olardım və heç dinc dayanmazdım. Zarafat bir yana, hələ mənə belə sual verilməmişdi. Təsir altına düşən adamam. Yəqin məni pozardılar (gülür).

- Empati qurmağı bacarırsan? 4 xanımla bir evdə yaşayırsan.

-Hə adətən edirəm. Evdə yoldaşım, mən, üç qızım və bir də Simbam var. Haskidir, ona it deməyə dilim gəlmir, balaca vaxtdan böyütmüşük, indi oturub çiynimizdə. Hətta Simbanı belə anlamağa çalışıram. İtin şampunu 18 manatdır, mənimki 3 manat 50 qəpik ( gülür). Böyük qızım rejissorluq fakültəsini bitirdi, bu il ən yüksək balla magistraturaya qəbul olundu, ikinci qızım rəssamlıq təhsili alır. Balaca qızım hələ məktəblidir. Ailənin bütün məsuliyyəti mənim üzərimdədir. Qısqanc adamam, həm də çox.

-Kişilər çox vaxt başqalarında bəyəndiklərini evdəkilərdə görmək istəmirlər

-Biz kişilər beləyik dana qadan alım. Bir az əzazil, sərt kişiyəm. Nə qədər ki, xanımı almamışıq romantika, sığal tumar, amma evə gələndən sona yeməkdən tük çıxsa, döyürük.

- Xanıma əl qaldırmısan?
- (düşünür) Deyəsən olmayıb. Nə bilim e, dünən yediyimi unuduram. Əsəbi adamam, son zamanlar əsəblərimə toxunan şeylərin də sayı çox alıb. Yəqin bu yaşla zamanla yaranan bir şeydir.

- Bəs özün yemək bişirə bilirsən?
"Qadın olsam, yəqin pozğun olardım" - Aktyor Rəşad Səfərovla MÜSAHİBƏ- Hə əla yemək bişirirəm. Kefimə düşəndə hamını mətbəxdən çıxarıb, özüm başlayıram bişirməyə. Əla xəngəl edirəm, qurudlu, beçəli. Ləvəngi bozbaş, saciçi, tabaka, balıq bişirirəm. Amma bunu dincəlmək, zövq almaq üçün edirəm. Yeməyi də sevirəm. Bu dünyadan özümüzlə nə aparırıq, heç nə. Bir canımızı. Yedin dadındı, qaldı yadındı. Yaşamaq üçün yemirəm, zövq almaq üçün yeyirəm. Buğa bürcü yeməyi sevir.

- Bildiyimə görə xanımın da aktyorluq ixtisasını bitirib.

- Həyat yoldaşım öz qrup yoldaşım idi. Həyat elə gətirdi ki, o işləyə bilmədi. Uşaqlarımız dünya gəldi. Evdə olmurdum, uşaqları nəzarətsiz qoymaq olmazdı. Hərdən xanımım deyirdi ki, işləsəm böyük aktrisa olardım. Təzəlikcə işləməyə başlayıb. Bu ay aktrisa kimi ilk maaşın alıb, o gün görürəm kartına şifrə filan qoyur. (Gülür) İşləsin. Qadın işləməlidir ki, səhəri gün əri olmayanda aciz qalmasın. Tələbələrimə də deyirəm, sevgi deyilən yalana görə karyeranızı qurban verməyin. Oxuyursan, kişinin uşaqlarına baxırsan, o ucalır, sən mətbəxdə çalışırsan. Sevgi nədir? Son nəticədə kişinin kirli corablarını yumaqdır də. Qaynatamın bir sözü var, deyir qadın ağlı, toyuq ağlı. Bu təhqir kimi anlaşılmasın. Qadınlar kişinin hər sözünə inanırlar, istədiklərinə görə inanırlar. İnanmaq lazım deyil. Sevgi yoxdu, bağlanmaq var. Kişilər adətən sənin istəklərini, arzularını əlindən alır. Bunu bu qədər kobud deyirəmsə, bu həyat təcrübəsinin verdiyi dərsdir. Qadınlar özləri ayaq üstə durmağı bacarmalıdırlar.

- Bu qədər dərslər aldığın həyatdan daha nə arzun var.

- O qədər çox var ki, heç bilmirəm hansını deyim. Aktyor dostlarla yığışanda zarafatla bir tost deyirəm. Deyirəm sizə şan, şöhrət çoxlu fəxri fərmanlar və sonda Fəxri Xiyaban arzulayıram (gülür). Ad almaq gözəl olardı.Aktyora bundan başqa nə qalır ki. Vaxtım keçir artıq. İllərim keçib bu sənətdə, düşünürəm ki, layiqəm. Amma bundan ötrü durum zəng edim, qapı döyüm, bunlardan qaçan adamam. Üfüqdə də belə bir şey görünmür. İstəyərdim unudulmayım, məndən sonra "yaxşı insan idi" desinlər, aktyor olaraq adım qalsın.
"Qadın olsam, yəqin pozğun olardım" - Aktyor Rəşad Səfərovla MÜSAHİBƏ


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2165   Tarix: 04 avqust 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi

Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi

03.11.2026 618
.

"Yeraltı"nın cütlüyündən ilk birgə - Foto

Türkiyəli aktrisa Devrim Özkan ilk dəfə sevgilisi, aktyor Deniz Can Aktaşla birgə çəkilmiş fotosunu instaqram hesabında paylaşıb. Axşam.az xəbər verir ki, o, çimərlikdə birlikdə lentə alınan fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, cütlük "Yeraltı" serialından sonra sevgili olub. Onla

31.10.2026 549
.

"Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm"

Əməkdar artist Bəsti Sevdiyeva qızının xaricdə təhsil alması və ailə həyatı qurması ilə bağlı maraqlı açıqlama verib. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, qızı xaricdə təhsil alıb və ailə qurduğu şəxs də onun tələbə yoldaşı olub:. "Qızı

14:00 160
.

Dekabrda evlənəcəklər

Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix

05.11.2026 426
.

3 uşaq anası olan Aysel mini geyimdə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR

Müğənni Aysel Teymurzadə (Adıgözəlzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi instaqram hesabında yeni görüntülərini paylaşıb. O görünüşü ilə izləyicilərin marağına səbəb olub. Ayselin paylaşımına xoş sözlər yazıblar. Qeyd edək ki, ifaçı Xalq artisti Murad Adıgözəlzadə il

31.10.2026 890
.

Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu

Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib

31.10.2026 779
.

"Bir səhər əllərini sonuncu dəfə tutdum"

Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc

01.11.2026 530
.

"Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm"

"Elə taksi sürücüləri var ki, onlarla evli kimiyəm. Hətta birinin evinə qonaq da getmişəm. Xaçmazda olanda zəng vurdum ki, gəlirəm. Getdim, gördüm ki, bizə gözəl süfrə açıblar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Kəşfet" proqramında danışıb. Avtomobilini

07.11.2026 232
.

Tacir Şahmalıoğlu Fədayə Laçının yolunu gözləyib: "Gəlmədisə, sağ olsun"

Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb. Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:. "Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki

27.10.2026 897
.