FHN-dən hava ilə əlaqədar XƏBƏRDARLIQ: Daşqın və sel keçəcək
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
FHN-dən BiG.AZ-a daxil olan müraciətdə deyilir:
"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində arabir güclənən küləkli hava şəraitinin davam edəcəyi, şimal və qərb rayonlarından başlayaraq havanın yağıntılı keçəcəyi, yağışın ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, intensiv yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Bundan əlavə, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Eləcə də güclü küləyin baş verən yanğınların söndürülməsi ilə bağlı yaratdığı çətinlikləri nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Həmçinin, yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Bununla yanaşı, ildırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, daldalanmaq üçün hündür ağacların altında gizlənməmək və bu məqsədlə çökək yer seçmək, avtomobildə olduqda hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1619 Tarix: 22 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşABŞ İranın maliyyə şəbəkəsini HƏDƏFƏ ALDI
ABŞ İranın qlobal maliyyə sistemi vasitəsilə yüz milyonlarla dollar köçürməsinə kömək etdiklərinə görə banklara, valyutadəyişmə məntəqələrinə və vasitəçilərə qarşı yeni sanksiyalar tətbiq edib. xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Tommi Piqottun bəyanatında bildirilib. B
09.08.2026 171 ABŞ dronları lazerlə vuracaq: 400 milyon dollarlıq MÜQAVİLƏ
ABŞ Silahlı Qüvvələri ölkənin "AeroVironment" texnologiya şirkəti ilə 400 milyon dollar dəyərində "Locust" dron əleyhinə lazer sistemlərinin tədarükünə dair ilk müqaviləni imzalayıb. bildirir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən xəbər verib. Agentliyi
09.08.2026 173 Fidan Qafqaz ölkələri ilə də Məkkə sazişinə oxşar anlaşmanın imzalanması ehtimalını istisna etməyib
Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan birgə müdafiə haqqında Məkkə sazişi tipli sənəd Qafqaz ölkələri ilə də imzalana bilər. "Report" xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu" Agentliyinin "Editör Masası" proqramında deyib. "Türkiyəni
09.08.2026 129 Almaniyada etirazlar: Merts hökumətinin istefası tələb edilir
Almaniyanın şərqindəki Saksoniyanın Plauen şəhərində Almaniya kansleri Fridrix Merts hökumətinin istefası tələbi ilə nümayiş başlayıb. "Projekt M1llion" etiraz hərəkatı bütün ölkə üzrə tərəfdarlarını səfərbər edərək təxminən 10 00 iştirakçının olduğunu elan edib. -ın xəbərinə görə, bu barəd
09.08.2026 171 Todd Blanş bir səslə vəzifə sahibi oldu
ABŞ Konqresinin Senatı Todd Blanşın ölkənin baş prokuroru və Ədliyyə Nazirliyinin rəhbəri postuna təyinatını minimum səs çoxluğu ilə təsdiqləyib. xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb. Bildirilib ki, respublikaçıların çoxluq təşkil etdiyi Senat Blanşın namizədliyin
09.08.2026 167 Zülqədr: ABŞ-nin siyasəti dəyişməsə, Hörmüz boğazı açılmayacaq
ABŞ İrana qarşı siyasətini, atdığı addımları dəyişməsə, Hörmüz boğazı açılmayacaq. "Report" ISNA-ya istinadən xəbər verir ki, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Məhəmməd Baqir Zülqədr deyib. "Amerika davranışını düzəltməyənə qədər Hörmüz boğazı açılmayacaq", - o bildirib
09.08.2026 190 CENTCOM Hörmüz boğazında 53 ticarət gəmisinin istiqamətini dəyişdirib
ABŞ Silahlı Qüvvələri İran limanlarının blokadası bərpa olunandan bəri humanitar yardım daşıyan 35 gəminin Hörmüz boğazından keçməsinə icazə verib. "Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) "X" sosial şəbəkəsində bəyanat yayıb. "Amerikal
09.08.2026 144 Ukrayna bir həftə ərzində Rusiyanın "kölgə donanması"nın 12 gəmisini vurub
Ukrayna dronları bir həftə ərzində Qara və Azov dənizlərində Rusiyanın "kölgə donanması"nın 12 gəmisini vurub. "Report" xəbər verir ki, bu barədə Ukraynanın Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi teleqram kanalında bildirib. Məlumata əsasən, gəmilər avqustun 1-8-
09.08.2026 177 BTV-də yeni təyinat: Asim Abdullayev baş redaktor müavini oldu
BTV-də yeni kadr təyinatı həyata keçirilib. Asim Abdullayev BTV Xəbərin baş redaktor müavini təyin olunub. BTV xəbər verir ki, bununla bağlı BTV-nin baş direktoru Sahil İmanov müvafiq qərar imzalayıb. Qərara əsasən, Abdullayev Asim Asif oğlu BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib. BT
09.08.2026 177