Əminə ilə Pərviz arasında çaxnaşma daha da ALOVLANDI: "Musiqiyə qarışmasın, döyərəm" + ÖZƏL AÇIQLAMA + FOTO

Əminə ilə Pərviz arasında çaxnaşma daha da ALOVLANDI: "Musiqiyə qarışmasın, döyərəm" + ÖZƏL AÇIQLAMA + FOTOMüğənni Əminə Şirin ilə meyxanaçı Pərviz Bülbülə arasında gərginlik daha da böyüyüb.

Əminə: "Biz necə ki, söz sənətinə qarışmırıq, musiqi tərəfinə də Pərviz qarışmasın" deyərək bir daha qarşı tərəfə xəbərdarlıq edib.

BiG.AZ Oxu.Az-a istinadən xəbər verir ki, açıqlama verən Əminə Şirin Pərvizin "Şourum" verilişində onun ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirib.

"Pərvizdən duet barədə təklif gəlmişdi, bu mövzuda onunla danışmışdıq. Pərviz köhnə dostlarımızdandır, qələminə hörmət edirəm. Mən özüm də təb gəldikdə şeir yazıram, əruz vəznində qəzəl yazmağa da çalışıram. Biz bunları yazmağı Pərviz kimi şairlərdən öyrənmişik. Şeiriyyət baxımından onun qələminə heç kim bir söz deyə bilməz. Musiqi baxımından isə bizim hər zaman baxışımız fərqli olub deyə düşünürəm ki, mən öz sahəmdə qazandığım uğuru onunla bərabər davam edə bilmərəm.

O da öz qazandığı uğuru mənimlə davam edə bilməz. Çünki musiqi baxımından bizim düşüncələrimiz tamamilə ziddir. Amma onunla şeiriyyətə bağlı daha maraqlı işlər görə bilərik, maraqlı ritmlər üzərində Əliağa Vahidin qəzəlini deyə bilərik. Sözdə maraqlı duet edə bilərik, mahnıda dueti düşünmürəm. Çünki onun oxuduğu mahnıları mən toy xətrinə oxumuram.

Onu da qınamıram, bir dəfə Pərviz mənə çox gözəl bir söz dedi ki, "mən bu dünyaya gəlmişəm ki, əzizlərimi gözəl yaşadım. Ona görə mən baxmıram ki, bu mahnıya musiqiçi qulaq asanda nə deyər? Sadəcə, bunu ona görə edirəm ki, pul qazanım və əzizlərimə istədiyi həyatı yaşadım".

Mən isə elə düşünmürəm. Pulsuz da qalsam, mən o sənəti toya xatir sata bilmərəm. Onsuz da mənim mahnımı bəyənən toyuna da dəvət edir".

Əminə ilə Pərviz arasında çaxnaşma daha da ALOVLANDI: "Musiqiyə qarışmasın, döyərəm" + ÖZƏL AÇIQLAMA + FOTOƏ.Şirin Pərvizin musiqidən başı çıxmadığı üçün mahnılarındakı bayağılığı duya bilmədiyini qeyd edib:

"O özü bilmir axı ki, mahnılarında bayağılıq var. Musiqi baxımından özü o qərarı verə bilməz axı. Söz baxımından ola bilər, ancaq musiqi baxımından qərar verə bilməz ki, bu musiqi yaxşıdır və ya pisdir. Çünki o, musiqini bilənlərdən məsləhət almır. Mən bu günə kimi oxuduğum mahnılardan 99 faiz əminəm, yenə bir faiz ürəyimdə şübhə qalmasın deyə Vaqif Gərayzadədən soruşub, məsləhətləşirəm. Pərviz musiqi tərəfdən bu işi bilənlərlə məsləhətləşmir. O deyir ki, "a... əla, tıkka-tıkka, tıkka-tıka toylarımız olacaq. Türkan, getdik".

Müğənni Pərvizin "Soruşsanız, Əminə mənim mahnılarımın çoxunu bilir, onun isə Röya ilə duetindən başqa, mənim yadımda qalan xüsusi bir mahnısı yoxdur" sözlərini eşitdikdə isə təəccübünü gizlədə bilməyib:

"Doğrudan? Ona görə mənimlə görüşəndə "Ədalət görmədim" mahnıma deyirdi ki, nə qəşəng oxumusan? Deyirdi, ay Əminə, "Leysanlara düşdüm"ü nə gözəl oxumusan? Əksinə, Pərvin Röyadan sonrakı mahnılarımı bilməlidir. Çünki mən o mahnılarda sırf meyxananı müasirləşdirib oxumuşam. O boyda Aydın Xırdalanlının qəzəlini bilmir o? "Ədalət görmədim" mahnımı bilmir o?

Əvvəl elə o mahnıma görə görüşmüşdü mənimlə ki, sən nə gözəl notlara otuzdurmusan qəzəli. Pərviz, eləmə belə... Mən qələt edərəm, onun mahnılarını bilərəm, elə bir səhvə həyatımda yol vermərəm. Mən o mahnıları haradan bilim? Şair kimi, yenə deyirəm, sözümüz yoxdur, Allah qələminə qüvvət versin. Musiqiyə qarışmasın, döyərəm. Əminə dünya musiqilərinə qulaq asır, maariflənir, boş vaxtlarında kitab oxuyur. Elə bir boş vaxtım ola bilməz ki, durum Pərvizə qulaq asım.

Əminə ilə Pərviz arasında çaxnaşma daha da ALOVLANDI: "Musiqiyə qarışmasın, döyərəm" + ÖZƏL AÇIQLAMA + FOTOMeyxana deyişmə üçün yaranıb, maraqlı qafiyə, söz gətir, fikir qoy ortalığa. Əgər o qafiyə ilə mən səninlə deyişə bilməsəm, ümumiyyətlə, söz sənətinə qarışmaram. Bu gizli istedad məndə var. Dəfələrlə olub, oturmuşuq stol arxasında, qafiyə deyiblər, bədahətən mən də demişəm. Mənim sənin söz sənətindən az da olsa, başım çıxır. Amma sən mənimlə musiqi barədə danışa bilməzsən. Mənim oxuduqlarım da meyxanadır, mən onları müasirləşdirmişəm.

Bunu müasirləşdiririk ki, qoy bunu səhnədə də oxuyaq və normal musiqi tərbiyəsi ilə böyümüş insanlar dinləsinlər. Nəticə etibarilə də görürəm ki, bu bizdə alınır. Əgər söhbət meyxanadan gedirsə, mənim "meyxananın kralı" ilə də duetim var, bu yaxınlarda klip də çəkiləcək. Kim olduğunu demirəm, Pərviz özü yaxşı bilir kim olduğunu. Demək istəyirəm ki, Pərviz, qurtaraq bu söhbəti".

Qeyd edək ki, Əminə daha əvvəl elə həmin verilişdə meyxanaçı haqqında: "Pərviz Bülbülə gözəl şairdir, amma o da zamanəyə uyğunlaşmaq üçün bayağı sözlərdən istifadə edir. Əslində, heç hind musiqisinə də bənzəmir. Çünki Hindistanın gözəl musiqisi var. Bunun sözlərinin mənşəyi bəlli deyil", - deyə fikirlər səsləndirmişdi.

Pərviz isə sözügedən fikirlərə cavab olaraq: "Bayağı söz yoxdur, bayağı ifaçı, təqdimat var. Oxuyub, klip çəkdirdiyim "Söz" mahnısı bayağı olsaydı, onu təqdim etməzdim. Əminənin bir mahnısını tanıyıram. O da Röya ilə oxuduğu dueti. Bundan savayı, xüsusi olaraq yadımda qalan mahnısı yoxdur. Amma Əminədən soruşsanız, o, mənim daha çox mahnımı bilir. Təklif olsa, Əminə Şirinlə duet oxuyaram", - deyə bildirib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3123   Tarix: 19 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Bir səhər əllərini sonuncu dəfə tutdum"

Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc

01.11.2026 530
.

Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı

Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri

07.11.2026 209
.

"Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm"

Əməkdar artist Bəsti Sevdiyeva qızının xaricdə təhsil alması və ailə həyatı qurması ilə bağlı maraqlı açıqlama verib. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, qızı xaricdə təhsil alıb və ailə qurduğu şəxs də onun tələbə yoldaşı olub:. "Qızı

14:00 174
.

"Mən əməliyyatda olanda bacımın ürəyi gedib"

"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi

31.10.2026 518
.

"Başkalarının hayatı" da yayımlanmayacaq

"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını

31.10.2026 534
.

"Kızılcık şerbeti"ndən ayrılır - Foto

"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə "Lider" obrazını canlandıran Murat Aygen vida edəcək. O, iki bölüm sonra layihədən ayrılacaq. Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır

31.10.2026 484
.

Britni Spirs maddi dəstəyi dayandırdı, keçmiş əri borca düşdü

Müğənni Britni Spirsin keçmiş həyat yoldaşı, rəqqas Kevin Federlayn eks-arvadının maddi dəstəyi dayandırıldıqdan sonra ciddi borc problemi ilə üzləşib. "Page Six" nəşrinə istinadən xəbər verir ki, kredit kartı borcuna görə Federlayn barəsində məhkəmə iddiası qaldırılıb. Nəşrin əldə etdiyi məhkəm

01.11.2026 494
.

Röyanın tanınmaz halda GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO

Xalq artisti Röya Ayxan bu dəfə fərqli və sirli obrazı ilə diqqət çəkib. Mavi üz boyası, al-qırmızı saçları və qeyri-adi görünüşü ilə kamera qarşısına keçən sənətçi Halloween bayramına özəl maraqlı çəkiliş etdirib. Beauty, Beast & Bugs" adlandırılan layihə həm konsepti, həm də vizual həlli il

01.11.2026 799
.

Zaur və Günaydan Zəfər Günü ilə bağlı təbrik - VİDEO

Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım ediblər. BİG.AZ xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında video paylaşaraq Azərbaycanın şanlı Zəfər Gününü təbrik edib. Azərbaycanın tarixi Qələbəsinə həsr olunan görüntülərdə aparıcılar Zəfər Gününü

07.11.2026 217
.

Son Xəbərlər