İlham Əliyev: "Növbədə olan bütün şəhid ailələri yaxın gələcəkdə evlərlə təmin ediləcək"
Müharibədən sonra bir çox şəhid ailələrinə və müharibə əlillərinə dövlət tərəfindən mənzillər verildi və hesab edirəm ki, bu il Bakı şəhərində bu məsələ artıq tam həll olunacaq. Keçən il 3 min mənzil və fərdi ev verilmişdir, bu il 1500 mənzil və ev verilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki nitqində bildirib.
"Bütövlükdə, Birinci və İkinci Qarabağ müharibələrinin şəhid ailələrinə və müharibə əlillərinə 12 min 500 mənzil verilib. Ermənistanda nə qədər verilib? Sıfır! Bir koma da verilməyib, bir daxma da verilməyib. Yəni, əlbəttə, biz Ermənistanla özümüzü heç cür müqayisə etmək istəmirik. Amma bu, reallıqdır. İndi dünyada o qədər müharibələr olub - bizim bölgəmizdə, bizim coğrafiyaya yaxın ola yerlərdə, başqa yerlərdə. Hansı ölkə bunu edir? Mənə desinlər, mən eşitməmişəm. Ona görə etmirik ki, bununla öyünək, ona görə edirik ki, bunu mənəvi borc bilirik, edirik və edəcəyik. Bütün şəhid ailələri, hansılar ki, hələ növbədədir, yaxın gələcəkdə evlərlə təmin ediləcək", - deyə dövlətimizin başçısı vurğulayıb.
Reabilitasiya mərkəzləri yaradıldığını və ən müasir texnologiyalarla təchiz edildiyini diqqətə çatdıran Prezident deyib: "Minlərlə xidmət göstərilir, müharibə əlilləri üçün, veteranlar üçün, şəhid ailələri üçün məşğulluq marafonları keçirilir. Ümumiyyətlə, bu kateqoriyadan olan insanları fəal işə cəlb etmək üçün böyük işlər görülür. Bu, bəlkə də unudulur, bəlkə də bunu daha çox göstərmək lazımdır və qiymətləndirmək lazımdır, özü də bizim qarşımızda bu boyda işlər ola-ola".
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 735 Tarix: 15 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBu günün "İftar menyusu"
Axşam.az "İftar menyusu"nu təqdim edir:. Noxudlu şorba. Ərzaqlar:. 1 armudu stəkan əriştə. 1 armudu stəkan qaynadılmış noxud. 1 armudu stəkan qaynadılmış yaşıl mərcimək. 6.5 stəkan isti su (1300 ml). 1 çay qaşığı duz. Qatılaşdırmaq üçün:. 5-6 xörək qaşığı qatıq. 1 xörək qaşığı un. 1 yumurt
27.02.2026 248 Hoteldəki faciəyə görə ayrıca cinayət işi ayrılıb - Mehdiyevlər dindirilib
Məlumat verdiyimiz kimi, Binəqədi rayonunda 4 gəncin elektrik cərəyanı vurması nəticəsində həyatlarını itirmələri ilə bağlı "Lake Hotel"in icarədarı 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, həmin hadisə ilə bağlı başqa cinayət işi d
27.02.2026 289 Banqladeşdə 5,5 bal gücündə zəlzələ baş verib
Banqladeşdə 5,5 maqnitudalı zəlzələ qeydə alınıb. BİG.AZ DW-yə istinadən xəbər verir ki, məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. Bildirilib ki, yeraltı təkanların ocağı 35 kilometr dərinlikdə yerləşib. Zəlzələnin episentri Khulna şəhərindən 26 kilometr cənub-qərbdə müəyyən edilib. İlki
27.02.2026 224 Alimlər insanın gələcək sağlamlığını müəyyən edən onilliyi açıqladı
Alimlərin fikrincə, 36-46 yaş arası onillik insanın ümumi sağlamlığı üçün həlledici əhəmiyyət kəsb edir. Qaynarinfo "Your Tango" xəbər verir ki, bu barədə 2025-ci ildə aparılmış bir tədqiqat məlumat verib. Sağlamlıq məşqçisi Den Qo bildirib ki, alimlər onilliklər ərzində yüzlərlə insanı müşahid
27.02.2026 105 İran ssenarisi və Türkiyənin bufer zona strategiyası
Türkiyənin ABŞ-ın mümkün müdaxiləsindən sonra İranla sərhəddə yarana biləcək güc boşluğunu doldurmaq məqsədilə hərbi plan üzərində işlədiyi iddia olunur. İrəli sürülən versiyaya görə, Ankara miqrant axınının qarşısını almaq üçün sərhəd-keçid məntəqələrindən kənarda, İran ərazisində bufer zona formalaşdırmağ
27.02.2026 189 Bakıda evdən meyit tapıldı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə -a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Bak
27.02.2026 207 ABŞ vətəndaşlarına İsraili tərk etməyə çağırıb
ABŞ-ın İsraildəki səfiri Mike Huckabee ölkədə işləyən ABŞ səfirliyinin əməkdaşlarına İranla mümkün hərbi eskalasiya təhlükəsi səbəbilə "bu gün" İsraili tərk etmələrini tövsiyə edib. Huckabee əməkdaşlara göndərdiyi elektron məktubda dərhal uçuş bronlaşdırmağı və mümkün olan hər hansı istiqamət
27.02.2026 193 "Uniklinika"da nöqsanlar aşkarlanıb
Bir neçə gün əvvəl Bakı şəhərində fəaliyyət göstərən "Uniklinika" adlı özəl tibb müəssisəsinin külli miqdarda vergi borcu yarandığına dair məlumat yaymışdıq. Belə ki, vergi uçotuna "Unikal-A" MMC adı ilə alınan "Uniklinika"nın dövlətə 245 min 734 manat vergi borcu mövcuddur
27.02.2026 270 Nura ilə Roza barışdı
Müğənnilər Nura Suri ilə Roza Zərgərli illər sonra barışıb. Axşam.az xəbər verir ki, ifaçılar gözəllik salonunda bir araya gəliblər. Onların birlikdə videosunu stilist Fərid Bağırov yayımlayıb. Qeyd edək ki, ifaçılar arasında qalmaqala səbəb kitab yazmaq olub. Belə ki, Roza Zərgərli kitab çıxardıqda
27.02.2026 246