Vəzifəli şəxslərlə ailə quran AZƏRBAYCANLI MÜĞƏNNİLƏR - FOTO - SİYAHI
Dəbdəbəli villaları, lüks avtomobilləri ilə daim gündəmdə olan şou əhli şəxsi həyatı ilə də hər kəsin diqqət mərkəzindədir. Onların ailə həyatı qurması, valideyn olması hər zaman müzakirələrə səbəb olan mövüzulardandır.
Bu dəfə BAKU.WS saytı olaraq vəzifəli şəxslərlə ailə həyatı quran müğənniləri araşdırdıq. Həmin şou nümayəndələrinin siyahısını siz oxucular üçün təqdim edirik:
Xalq artisti Brilliant Dadaşova əməkdar mədəniyyət işçisi Ədalət Hacıyevlə evlidir. Ədalət Hacıyev Səməd Vurğun adına Rus Dram Teatrının direktorudur. Dadaşova Ədalət bəylə 1988-ci ildə ailə həyatı qurub. Cütlüyün Cahad adlı bir oğlu var. O, 1990-cı il avqustun 9-da Bakıda doğulub.

Xalq artisti Zülfiyyə Xanbabayeva "Simurq" futbol klubunun keçmiş prezidenti Zaur Məmmədovla evlidir. Onların Dəniz adlı yeganə övladı var. Xalq artistinin qızı Dəniz bir neçə həftə əvvəl orta məktəbdən məzun olub.

2009-cu ildə ölkəmizi Avroviziya mahnı müsabiqəsində təmsil edən Aysel Teymurzadə Xalq artisti, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlovla evlənib. 2012-ci ildə ailə quran cütlüyün 3 övladı var. Aysel Teymurzadə Xalq artistinin ikinci həyat yoldaşıdır. Murad Adıgözəlov məşhur Adıgözəlovlar nəslinin nümayəndəsidir. Maestronun ilk evliliyindən də övladı var.

Müğənni Rilaya Hüseynzadə Andrey Sarıçevlə ailə qurub. Andrey Sarıçev Azərbaycan Mini Futbol Assosiasiyasının Vitse-prezidenti, həmçinin "Azfar Sport Events Promotion"ın baş direktoru, təsisçisi və tərəfdaşıdır. Cütlük toylarında etdiyi ehtiraslı tanqo rəqsi ilə ölkə mətbuatında gündəm olmuşdu. Rilaya Andreyin ikinci həyat yoldaşıdır. 40 yaşlı iş adamı bir dəfə evli olub. Onun ilk nikahından bir qızı və bir oğlu var. Andreyin Rilaya ilə olan evliliyindən də iki övladı var.

Azərbaycanlı müğənnilər arasında iş adamları ilə ailə quranlar ad az deyil. Onlardan biri Xalq artisti Aygün Bayramovadır. O, 2017-ci ildə iranlı iş adamı Fəraməz Gərmrudi ilə evlənib. Sənətçinin əri İranda Almaniyanın məşhur "KÖHEL" avtomobillərinin rəsmi distribüteridir. Aygün Bayramova həyat yoldaşından 12 yaş kiçikdir. Yerli mətbuatda yayılan bəzi məlumatlara görə, iş adamı Bakıda Hüseyn Cavid prospektində 2 milyon manata ev alıb, eyni zamanda onun bahalı avtomobilləri var. Gərmrudinin Bayramova ilə eşq hekayəsi onun Heydər Əliyev adına Sarayda gerçəkləşən konsertində başlayıb.

Xalq artiti Röya Ayxan "Çudo-Peçka" mağazalar şəbəkəsinin rəhbəri, iş adamı Çingiz Cəlilovun oğlu Anar Cəlilovla evli olub. Cütlük 2008-ci ildə ailə qurub. Onların bu evlilikdən Hüseyn adlı övladları dünyaya gəlib. 2014-cü ildə isə Anarla Röya həyat yollarını ayırıblar. Röya Anardan sonra bir daha evlənməyəcəyini açıqlayıb.

2010-cu ildə isə ölkəmizi Avroviziya mahnı müsabiqəsində təmsil edərək 5-ci yerin sahibi olan Səfurə Əliyeva mərhum Energetika naziri Natiq Əliyevin oğlu, iş adamı Fərhad Əliyevlə evlənib. Cütlük Bodrumda təmtəraqlı toyla ailə həyatı qurub. Onların 3 azyaşlı övladı var. Səfurə Fərhad Əliyevin ikinci həyat yoldaşıdır. Fərhadın ilk evliliyindən bir qızı var.


BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 9944 Tarix: 15 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya
"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs
16:10 118 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi
Draqan Vladisavljeviç Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrini
14:20 143 Maşınla səyahət edənlərin nəzərinə - BDYPİ xəbərdarlıq etdi
Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində avtomobillə səyahət edənlərə xəbərdarlıq edib. BİG.AZ xəbər verir ki, xəbərdarlıq deyilir:. "Bayramla əlaqədar qeyri-iş günlərində ölkə ərazisində avtomobillə səyahətlərin sayı artıb. Təəssüf ki, bu artım həm də bölgələrdə baş verən yol-nəqliyya
11:33 180 Kreml Trampın münaqişədən sonrakı Ukrayna barədə açıqlamasına münasibət bildirib
Coğrafi baxımdan Ukrayna artıq fərqli bir ölkədir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın münaqişə bitdikdən sonra Ukraynanın "bir az fərqli formaya" sahib olacağı ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib. Kremli
15:50 123 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
12:40 208 "Eşq olsun Azərbaycan Bayrağına!" - Video
Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım edilib. "Qafqazinfo" paylaşımı təqdim edir:. "Bu gün Azərbaycanın hər bir yerində Azərbaycan Bayrağı dalğalanır! Eşq olsun Azərbaycan Bayrağına. Paylaşımı buradan izləyin
10:00 198 Tramp Putin və Si Cinpinlə gözlənilən görüşündən danışdı: "Maraqlı olacaq"
ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı
15:10 136 Bakıda bayram ab-havası - Hərbçilər yürüş edir+ Fotolar
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Bakının mərkəzi küçə, prospekt və meydanlarında hərbi orkestrlərin müşayiəti ilə yürüşlər təşkil edilir. "Qafqazinfo" xəbər verir ki, saat 11:00-dan 13:00-dək hərbi qulluqçular aşağıdakı marşrutlar üzrə yürüş edəcəklər:. - Heydər Əliyev Sarayı - Bülbü
11:52 196 Günəşdə partlayışların kütləvi spamı: Nə baş verir?
Günəşdə mülayim gücdə partlayışların kütləvi spamı davam edir: ötən həftəsonu ərzində Günəşdə 57 partlayış qeydə alınıb, daha 10-u isə 9 noyabrın ilk səkkiz saatında baş verib. -ın xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyas
17:00 43