İlkin Süleymanovun məhkəməsi təxirə salınıb
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə bu gün keçilməli olan məhkəmə prosesi təxirə salınıb.
APA-nın xəbərinə görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə araşdırılan cinayət işi ilə bağlı baxış iclasının təxirə salınmasına səbəb işə baxan hakim heyətindən birinin əmək məzuniyyətində olması olub.
Proses qeyri-müəyyən müddətə qədər təxirə salınıb.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İ.Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 909 Tarix: 13 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşPentaqon keçmiş nazirin məxfi məlumatlara çıxışını məhdudlaşdırıb
Pentaqon ABŞ-ın keçmiş Hərbi Hava Qüvvələri naziri Frenk Kendallın gizli məlumatlara çıxışını və məxfi xarakterli vəzifələr tutmaq imkanını məhdudlaşdırıb. "Report" xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell X sosial şəbəkəsində məlumat verib
09.08.2026 168 Azərbaycanda 3 uşaq anası ZƏHƏRLƏNİB ÖLDÜ
Zərdab sakini Ucarda dünyasını dəyişib. -ın xəbərinə görə, Zərdab rayonunun Dəli Quşçu kənd sakini, 40 yaşlı Vüsalə Namət qızı İmanova zəhərlənmə diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Ağır vəziyyətdə xəstəxanaya daxil olan V. İmanova həyatını itirib. Məlumata görə, Ucar rayonunda həya
09.08.2026 218 Hindistanda eyni bölgədə pələng hücumunun 28-ci qurbanı: Fermeri öldürdü
Hindistanın Çandrapur şəhərində 55 yaşlı Rameş Kaşivara pələngin qurbanı olub. bildirir ki, bu barədə "Times of India" nəşri məlumat yayıb. Məlumata görə, fermer əkin sahəsini suvarmaq üçün tarlasına gedib. Lakin həmin axşam evə qayıtmayıb və bundan narahat olan ailə üzvləri onu axtarmağa başlayıblar
09.08.2026 201 Dostunu öldürdü, meyitini parçalayıb qalıqları zibilliyə atdı
Rusiyanın Sankt-Peterburq şəhərində kişi dostunu öldürərək, meyitini zibil qutularına atıb. yerli mediaya istinadla bildirir ki, hadisə Lunaçarski prospektində yerləşən mənzildə baş verib. İstintaqın məlumatına görə, o, cinayətdən sonra meyiti hissələrə ayıraraq qalıqları zibil konteynerlərinə atıb
09.08.2026 170 Börnhəmin dəftərxanası pablarda ayaqüstə içki içməyi qadağan etmək təklifi tənqid edib
Böyük Britaniyanın baş naziri Endi Börnhəmin dəftərxanası Londonun bələdiyyə orqanlarının pablarda və onların yaxınlığındakı küçələrdə ayaqüstə pivə içmək praktikasını məhdudlaşdırmaq tövsiyəsini tənqid edib. "Report" xəbər verir ki, bu barədə "Evening Standard" qəzeti məlumat yayıb
09.08.2026 156 Arvadını öldürmək üçün kobra aldı - Ömürlük CƏZA
Hindistanda bank əməkdaşı Surac Kumar həyat yoldaşı Utranı zəhərli kobra vasitəsilə öldürüb. xarici KİV-ə istinadla bildirir ki, əlilliyi olan Utra daha əvvəl də zəhərli ilan sancmasından sağ çıxıb. 2020-ci ilin martında onu gürzə sancıb. Bundan sonra qadın uzun müddət müalicə alıb və valideynlərini
09.08.2026 224 İrandan Azərbaycana gətirilən narkotiki satmaq istəyən şəxslər saxlanılıb
Bakının Sabunçu rayonunda 29 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, narkokuryerlik etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Sənan Mirzəyev və tanışı olan qadın saxlanılıb. Onlardan ümumilikd
09.08.2026 171 Bakıda neft çənlərində GÜCLÜ YANĞIN: Əraziyə FHN və polis qüvvələri cəlb olunub - FOTO
Bakının Xətai rayonunda baş verən yanğınla əlaqədar polis əməkdaşları da əraziyə cəlb olunublar. -ın əldə etdiyi məlumata görə, hadisə yerində yanğınsöndürmə və xilasetmə qüvvələrinin maneəsiz fəaliyyətinin təmin olunması məqsədilə polis tərəfindən zəruri operativ tədbirlər görülüb. 16:26. Bakının Xəta
09.08.2026 331 Nepalda bir il əvvəl itkin düşmüş alpinistlərin olduğu ehtimal edilən meyitlər aşkarlanıb
Nepal xilasediciləri ötən ilin noyabrında qar uçqunundan sonra beş alpinistin itkin düşdüyü Yalunq-Ri dağı ərazisində beş meyit aşkarlayıblar. Tapılan meyitlərin itkin düşmüş idmançılara aid olub-olmadığı hələlik müəyyən edilməyib. "Report" "Reuters"ə istinadən xəbər verir ki, itki
09.08.2026 163