Dindar arvadını evdə kişi ilə tutdu, qadının qardaşı isə... - Nərimanovda şok olay

Dindar arvadını evdə kişi ilə tutdu, qadının qardaşı isə... - Nərimanovda şok olayBakının Nərimanov rayonunda 1985-ci il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində Mahiri (adlar şərti verilib - red.) bıçaqlayıb.

BiG.AZ Teleqraf.com-a istinadən bildirir ki, hadisə ötən ilin martın 15-də Nərimanov rayonu, M.Araz küçəsində baş verib. Əli Mahirin həmin ünvanda yaşayan bacısı Südabənin yaşadığı mənzilə gəlmə səbəbini müəyyənləşdirərkən aralarında mübahisə baş verib.

Bu zaman Əli üzərində gətirdiyi bıçaqla Mahiri vurub. Yaralıya vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Əlinin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Cinayət işi hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan iclasda araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Əli ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Südabə onun doğma bacısıdır: "Zərərçəkmiş Mahiri əvvəllər tanımamışam, barəsində eşitməmişəm. Martın 15-də, saat 21:00 radələrində işdən çıxaraq evə getdim. Evdə istirahət etdiyim zaman bacımın həyat yoldaşı Cabir mənə zəng etdi. O, yaşadıqları mənzildə bacımı tanımadığı kişi ilə birlikdə evdə tutduğunu dedi. Bunu eşidən kimi evdə olan özümə məxsus bıçağı götürdüm, bacımın yaşadığı Nərimanov rayonundakı mənzilə getdim. İçəriyə daxil olduğum zaman orada qardaşım Vüqar, bacım Südabə, yeznəm Cabir və tanımadığım bir şəxs var idi. Qəzəbli şəkildə məsələni aydınlaşdırmaq məqsədi ilə bacımın üstünə doğru getdim. Amma qohumlarım araya girdi, ona yaxınlaşmağıma imkan vermədi. Ona görə də həmin tanımadığım şəxsə doğru getdim. Çox qəzəbli və həyəcanlı vəziyyətdə adını sonradan bildiyim Mahirin qarın hissəsinə bir dəfə bıçaqla vurdum. Bu anda qardaşım əlimdən bıçağı alaraq yerə atdı. Sanki birdən özümə gəldim və vəziyyətin yaxşı olmadığını gördüm".

Təqsirləndirilən şəxs qeyd edib ki, qohumlarından Mahiri xəstəxanaya çatdırmalarını xahiş edib: "Mən özüm isə mənzildə qaldım, polis əməkdaşlarının gəlməsini gözlədim. Törətdiyim əməldən çox peşmanam".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Mahirin sözlərinə görə, Südabə ilə onun həyat yoldaşı Baharın aralarında dostluq münasibətləri var: "Təqsirləndirilən şəxsi və onun qardaşını əvvəldən tanımamışam. Martın 14-də arvadım Südabəyə zəng edərək "Necə kamil namaz qılaq?" kitabını mənim vasitəmlə səhəri gün hədiyyə olaraq ona göndərəcəyini bildirdi. Martın 15-də, saat 15 radələrində həmin kitabı Südabəyə apardım. Həmin vaxt Südabənin həyat yoldaşı Cabir evə gəldi. Südabə Cabirin məsələni səhv başa düşəcəyindən qorxdu. Məndən qabları və bankaları saxladıqları yerə keçməyimi istədi ki, həyat yoldaşı evə keçdikdən sonra gedim. Əvvəlcə belə bir şey etmək istəməsəm də, Südabə təkid etdiyindən məcbur olaraq razılaşdım. Saxlanc yerinə keçdim, oranın qapısını bağladım".

Zərərçəkmişin sözlərinə görə, sonra Cabir saxlanc yerinin qapısını açaraq ondan orada nə etdiyini soruşub: "Mən isə ailəyə yaxın adam olmağımı bildirdim. Cabir məndən mənzilə keçərək gözləməyimi istədi. Südabə üçün kitab gətirməyimi deməyimə baxmayaraq Cabir buna inanmadı. Qayınlarına zəng edərək ora gəlmələrini istədi. Təxminən 25 dəqiqə sonra Südabənin qardaşı Vüqar gəldi. Vüqar nə baş verdiyini soruşdu. Südabə hadisəni olduğu kimi Vüqara dedi. Mənim sadəcə onun üçün həyat yoldaşımın göndərdiyi kitabı gətirdiyimi bildirdim".

Zərərçəkmiş qeyd edib ki, həmin vaxtı Vüqar Bahara zəng edib: "Arvadımla danışdı, Südabəyə kitab göndərib-göndərmədiyini soruşdu. Bahar isə kitab göndərdiyini bildirdi. Bundan sonra isə Südabənin kiçik qardaşı Əli mənzilə daxil oldu. Əli ilk olaraq Südabəyə doğru gəlmək istədiyi zaman Vüqar onu saxladı. Bu zaman Əli geriyə çəkildi və mənim üzərimə gəldi. Əlindəki bıçaqla qarın hissəmə bir dəfə vurdu. Vurduqdan sonra Əli məni dərhal xəstəxanaya aparmalarını orada olanlara bildirdi. Südabə və Vüqar məni xəstəxanaya aparmaq məqsədi ilə qapının qarşısına çıxartdıqları zaman Cabirin qardaşı Elmar gəldi. Onlar məni xəstəxanaya apardılar".

Zərərçəkmiş ifadəsinin sonunda Əli ilə barışdığını, onu bağışladığını deyib: "Müalicəm ilə bağlı lazımi köməklik də göstərilib. Bu səbəbdən Əliyə qarşı şikayətim yoxdur".

Əlinin barəsində 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunub.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2216   Tarix: 10 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.