Bakının sovetdən qalma "təhlükə qutuları": ekspert köhnə liftlərlə bağlı çıxış yolu göstərdi - VİDEO
Bakıda son zamanlar liftlərlə bağlı bədbəxt hadisələrin sayı artıb. Bu isə köhnə və nasaz vəziyyətdə olan liftlərin kifayət qədər çox olduğunu göstərir. Aidiyyəti qurum tez-tez texniki baxış keçirildiyini, sakinlər isə problemin uzun müddətdir davam etdiyini deyir. Çox uzağa getmək lazım deyil, elə son bir neçə ay ərzində baş verən hadisələrə nəzər salsaq ancaq bunu demək olar ki, görünən kəndə nə bələdçi???
Lift köhnə olduğundan sakinlər istifadə etməyə qorxur.
Bakıda binalara müasir standartlara uyğun liftlər quraşdırılsa da, hələ də köhnə liftlər qalmaqdadır. Sakinləri belə bir sual düşündürür ? İstismar müddəti bitmiş liftlər nə zamanlar yeniləri ilə dəyişdirİləcək ? Çünki bəzi liftlər sakinləri mənzilə yox ölümə aparır. Bir çox binalardakı istismar müddəti bitən bu "təhlükə qutuları" insanların mənzillərinə sağlam şəkildə çatmalarını şübhə altında qoyur.
Bu gün mənzil başına çatmağımıza mane olan səbəb təkcə köhnə binalardakı istismar müddəti bitən və təmir yolu gözləyən liftlər deyil. Yeni tikililərdə də anoloji hal mövcuddur. Bu cür yaşayış binalarında liftlərin təhlükəsizliyinə nəzarət binanı idarəedən Mənzil Müştəriləri Müştərək Cəmiyyətlərinin səlahiyyətindədir. Son dövrlər yeni tikililərdə baş verən lift qəzalarının sayının artması isə adıçəkilən qurumun səlahiyyətlərini hansı səviyyədə icra etməsindən xəbər verir.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin sözlərinə görə sərnişin liftlərində ağır tikinti məhsullarının daşınması da liftin istismar müddətinin tez başa çatmasına səbəb ola bilər. Buna görə də faciələrin yaşanmaması üçün liftlərə vaxtaşırı baxış keçirilməli, nasaz hissələr dəyişdirilməlidir.
Paytaxtda köhnə liftlərin təmiri və ya yeniləri ilə əvəz olunması məsələsinə gəlincə, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan "Lifttəmir" İstehsalat Birliyindən "XəzərXəbər"ə bildirilib ki, təşkilat paytaxtdakı 5342 ədəd liftə müqavilə əsasında texniki xidmət göstərir. Liftlər hər ay növbəli şəkildə Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agenliyinin müfəttişliyi ilə birgə texniki baxışdan keçirilir və yalnız texniki təhlükəsizliyə cavab verən liftlərin növbəti il üçün istismarına icazə verilir. O da əlavə edilib ki, 2019-2021-ci illər ərzində paytaxtda 1206 lift yenisi ilə əvəz olunub və bu proses mərhələli şəkildə davam edir.
Bakıdakı lifltlərin necə faizi istismara yararsızdır sualına isə İstehsalat Birliyindən cavab verilməyib.(xəzərxəbər)
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1051 Tarix: 09 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlət suverenliyimizin rəmzidir
9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, azadlıq mübarizəsini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən mühüm tarixi gündür. Azərbaycan bayrağı hər bir vətəndaş üçün Vətənə bağlılığın, milli kimliyin, tarixi yaddaşın və dövlətə sədaqətin müqəddəs rəmzidir
10:47 199 Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql
15:07 160 Mingəçevirdə gənc bıçaqlanıb
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb
14:10 175 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
12:40 215 Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya
"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs
16:10 147 Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib
16:18 138 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi
Draqan Vladisavljeviç Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrini
14:20 156 Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə: Prezident İlham Əliyevin müraciətinin siyasi və tarixi mesajları
Azərbaycan xalqının dövlətçilik tarixində 8 Noyabr - Zəfər Günü milli iradənin, siyasi qətiyyətin, hərbi qüdrətin və tarixi ədalətin təntənəsi kimi xüsusi yer tutur. Bu günün əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə ilə məhdudlaşmır. Zəfər Azərbaycanın uzun illər dava
11:37 167 Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey
14:30 197