Bu ərazidə yaşayanlara XOŞ XƏBƏR - VİDEO
M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14.9-cu kilometrliyində inşa olunan yerüstü piyada keçidi vətəndaşların istifadəsinə təqdim olunub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, sözügedən ərazidə piyadaların təhlükəsizliyini təmin etmək məqsədilə ötən ilin əvvəlindən yerüstü piyada keçidinin layihələndirilməsi, mart ayından isə keçidinin tikinti işlərinə başlanılıb.
Piyada keçidinin tikintisi layihəsi çərçivəsində tikinti sahəsinə düşən kommunikasiya xətlərinin köçürülməsi, yolun hər iki tərəfində yeni avtobus ciblikləri, iki ədəd avtobus dayanacağının, keçidin istismarına nəzarət edən işçilər üçün bir ədəd nəzarət otağının tikintisi işləri, həmçinin piyada keçidinin ətrafı üzrə tam şəkildə abadlaşdırılma işləri görülüb.
İki giriş-çıxışdan ibarət piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 40.5 metr, aşırım hissəsinin uzunluğu 34.5 metr, eni 3.5 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.
Keçiddə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb ki, bu da fasiləsiz nəzarətə imkan yaradır.
M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 18.5, 20, 21.5 və 25-ci km-lik hissələrində də yüngül konstruksiyalı keçidlər inşa edilir. Tikinti işlərinin bu il başa çatdırılması nəzərdə tutulur.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 822 Tarix: 09 iyul 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş9 Noyabr - Dövlət Bayrağı Günü: Üçrəngli bayrağımız müstəqilliyimizin, milli birliyimizin və dövlət suverenliyimizin rəmzidir
9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü xalqımızın milli qürurunu, azadlıq mübarizəsini və müstəqil dövlətçilik iradəsini təcəssüm etdirən mühüm tarixi gündür. Azərbaycan bayrağı hər bir vətəndaş üçün Vətənə bağlılığın, milli kimliyin, tarixi yaddaşın və dövlətə sədaqətin müqəddəs rəmzidir
10:47 199 Dövlət Bayrağımız - milli kimliyimizin, müstəqilliyimizin və qalib dövlətçilik iradəmizin əbədi rəmzi
Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli-mənəvi dəyərlərini, azadlıq və müstəqillik uğrunda mübarizəsini özündə ehtiva edən müqəddəs dövlət rəmzidir. Üçrəngli bayrağımızın tarixi Azərbaycanın milli dövlətçilik tarixinin ayrılmaz tərkib hissəsi olmaql
15:07 160 Mingəçevirdə gənc bıçaqlanıb
Mingəçevir şəhərində bıçaqlanma hadisəsi olub. xəbər verir ki, 199-cu il təvəllüdlü Elgün Rzayev bıçaq xəsarəti ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. İlkin məlumata əsasən, onu bıçaqlayan şəxsin 1991-ci il təvəllüdlü Vüsal Kazımlı olduğu deyilir. Faktla bağlı araşdırma başlanılıb
14:10 175 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı
Abşeron rayonunda kişi sevgilisini döyüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. İsmayıllı rayon sakini, 1993-cü il təvəllüdlü Fərid Əliyev (ad-soyad şərtidir-red.) boşandıqdan sonra qəsəbədə bir xanımla tanış olub. Məlum olub ki, xanım da boşanıb. Bir müddətdən sonra onla
12:40 215 Tehrandan 14 vətəndaşının Azərbaycanda "arzuolunmaz şəxs" elan edilməsinə reaksiya
"Prinsipcə, 14 İran vətəndaşının "persona non grata" (arzuolunmaz şəxs) adlandırılması məntiqli deyil, çünki bu insanlardan heç biri diplomat deyil və ya Azərbaycan Respublikasında olmayıb". -ın " nəşrinə istinadən xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüs
16:10 147 Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması öz nəticəsini verir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında çıxışında bildirib. O, Cənubi Qafqazda vəziyyət yaxşılaşdığını söyləyib
16:18 138 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi
Draqan Vladisavljeviç Azərbaycan Respublikasının "Dostluq" ordeni ilə təltif edilib. AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrini
14:20 156 Zəfərdən suverenliyə, suverenlikdən qüdrətli gələcəyə: Prezident İlham Əliyevin müraciətinin siyasi və tarixi mesajları
Azərbaycan xalqının dövlətçilik tarixində 8 Noyabr - Zəfər Günü milli iradənin, siyasi qətiyyətin, hərbi qüdrətin və tarixi ədalətin təntənəsi kimi xüsusi yer tutur. Bu günün əhəmiyyəti yalnız 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Qələbə ilə məhdudlaşmır. Zəfər Azərbaycanın uzun illər dava
11:37 167 Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı
Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey
14:30 197