Xəzər TV-dən "Ata ocağı" ilə bağlı açıqlama

Xəzər TV-dən "Ata ocağı" ilə bağlı açıqlamaXəzər TV "Ata ocağı" serialının yeni mövsümdə davam edəcəyi barədə açıqlama yayıb.

OLAY yazır ki, sözügedən ekran işinin bu gün 1000 - ci bölümü efirə gedəcək.

Bundan əlavə, serialın rejissoru Rüfət Şahbazov hazırda çəkiliş meydançasında daimi olaraq 19 aktyorun iştirak etdiyini bildirib: "Lakin bir çox aktyorlar epizodik rollarda və qonaq qismində kamera qarşısına keçirlər".

"Ata ocağı"nın baş ssenaristi Valeh Əhmədov serialın belə uzunömürlü və sevilən olmasını komanda işinin mükəmməl olması ilə əlaqələndirib: "Həmişə deyirik ki, zəncirin ən zəif tərəfi nə qədər güclüdürsə, iş də bir o qədər zəif və ya güclü alınır. Çünki, komanda bir-birinə bağlıdır: hekayə tapılır, ssenari qurulur, planlama edilir, aktyorlara ötürülür, onlar mənimsəyir, oynayırlar və sonda montaj olunur. Serialdakı aktyorlarla uzunmüddətdir ki, işləyirik və buradakı ən qocaman sənətkarlar da gənc nəslin fikirləri ilə hesablaşır, onlara hörmət edir. Bu isə işin keyfiyyətinə çox təsir edir".

Uzunömürlü serial maraqlı ekranarxası hadisələrlə də yadda qalıb. Valeh Əhmədov bildirib ki, onun qızı da filmdə epizodik rolların birində çəkilib: "Ssenariyə görə, qızım itkin düşən uşağı canlandırırdı. O "Ata ocağı"nını atası Nazim kişiyə yaxınlaşıb, bilmədən "Nazim, narahat olma, buradayam" dedi. Halbuki, Nazim baba deməli idi".

Serial yeni mövsümdə də izləyicilərin qarşısına maraqlı hadisələr və bölümlərlə gələcək. "Ata ocağı"nın kreativ prodüseri Amiran Babayev bildirib ki, ekran işinin gələcək bölümlərində ilk mövsümlərdə rol alan bir çox tanınmış simalar yenidən kamera qarşısına keçəcəklər: "Bununla bağlı tamaşaçıları bir qədər intizarda saxlamaq istəyirik. Dəyərli sənətkarlarımızı yenidən "Ata ocağı"na çəkməyi planlaşdırırıq".

Son bölümlərdə qətl və qisasalma hadisələrinin çoxluq təşkili serialdakı dramatik xətlərin tamaşaçıların daha çox diqqətini çəkməsi ilə əlaqədardır:

"Beynəlxalq təcrübədə göstərir ki, bölümlərdə belə hadisələrin olması daha çox maraq kəsb edir. Yeni mövsümdə serialımızda yeni simalar da görəcəksiniz".
Xatırladaq ki, serialda rol alan ADMİU-nun tələbəsi Samir Qəfərli Vətən Müharibəsində şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 3531   Tarix: 20 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bacısı qızının ölümündən danışdı - "Övladları bilmir"

Xalq artisti Məleykə Əsədova bir müddət əvvəl İranda dünyasını dəyişən bacısı qızı Minanın faciəli həyat hekayəsindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Qonaqcanlı" verilişində söz açıb. M.Əsədova bildirib ki, bacısı 1992-ci ildə ailə qurub və həyat yoldaşı ilə Təbrizdə yaşayıb:

07.11.2026 259
.

Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..."

Xalq yazıçısı Çingiz Abdullayev etirafı ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə dəvət olunan yazıçı Əməkdar artist Nailə İslamzadəyə olan rəğbətindən danışıb. "40 il əvvəl Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb

03.11.2026 649
.

Bir araya gəlmələrinin SƏBƏBİNİ AÇIQLADI

Gürcü müğənni Dato Xalq artisti Aygün Kazımova ilə bir araya gəlmələrinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, müğənni "MTV Maqazin"ə açıqlamasında Aygün Kazımova ilə duet oxuyacaqlarını bildirib. O qeyd edib ki, hazırda bu barədə Pop Diva ilə görüşüb, danışıblar və mahnı axtarışındadırlar

00:08 237
.

"Yeraltı"nın cütlüyündən ilk birgə - Foto

Türkiyəli aktrisa Devrim Özkan ilk dəfə sevgilisi, aktyor Deniz Can Aktaşla birgə çəkilmiş fotosunu instaqram hesabında paylaşıb. Axşam.az xəbər verir ki, o, çimərlikdə birlikdə lentə alınan fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, cütlük "Yeraltı" serialından sonra sevgili olub. Onla

31.10.2026 550
.

Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik

01.11.2026 837
.

3 uşaq anası olan Aysel mini geyimdə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR

Müğənni Aysel Teymurzadə (Adıgözəlzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi instaqram hesabında yeni görüntülərini paylaşıb. O görünüşü ilə izləyicilərin marağına səbəb olub. Ayselin paylaşımına xoş sözlər yazıblar. Qeyd edək ki, ifaçı Xalq artisti Murad Adıgözəlzadə il

31.10.2026 891
.

"Kızılcık şerbeti"ndən ayrılır - Foto

"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə "Lider" obrazını canlandıran Murat Aygen vida edəcək. O, iki bölüm sonra layihədən ayrılacaq. Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır

31.10.2026 484
.

Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"

Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə

29.10.2026 826
.

Dekabrda evlənəcəklər

Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix

05.11.2026 426
.