Nahidə Orucova: "Aktyora "TikTok" lazım deyil, insan gərək özünə hörmət etsin" - MÜSAHİBƏ

Nahidə Orucova: "Aktyora "TikTok" lazım deyil, insan gərək özünə hörmət etsin" - MÜSAHİBƏ"TikTok"da normal adam görə bilmirsən. Kim nə giclik etmək istəsə, gedir "TikTok"da edir. Olmaz belə. Pis tərəfi də odur ki, aralarında aktyorlar da var. Onlara yaraşdırmıram: Sən onsuz da efirdə, səhnədəsən, aktyora "TikTok" lazım deyil. Pul hamıya lazımdır, əsas gərək insan özünə hörmət etsin".

Bunu Oxu.Az-la söhbətində Əməkdar artist, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Nahidə Orucova deyib. Aktrisa qeyd edib ki, heç özünün də sosial şəbəkəyə vaxtı qalmır:

- "Instagram"dan istifadə edirəm. Ancaq sosial şəbəkələrdən istifadə etmək üçün çox vaxtım olmur. Bütün gün qaçaqaçda oluram. Tamaşaların məşqindən qaçıram çəkilişə, çəkilişdən sosial tədbirlərə... Artıq evə çatanda çox yorğun oluram.

- İzləyiciləri çox olan bloqerlərin, eləcə də modellərin film və seriallarda rol alıb özlərini aktyor adlandırmalarına necə baxırsınız?

- Mən onları aktyor adlandırmıram. Bu sənəti gərək təməlindən öyrənəsən. İncəsənətin çox xırdalıqları var, bunları bilmədən necə aktyor olmaq mümkündür? Səhnə danışığı, etikası, aktyor sənəti - bunlar hamısı universitetdə öyrənilir. Qabaq elə aktyorlarımız olub ki, onlar universitet bitirməyiblər, ancaq onlarda fitri istedad olub. İllər ötdükcə, onlar səhnədə işlədikcə universiteti bitirib o diplomu alıblar. Qıraqdan baxanda, bəlkə də, çoxuna asan gəlir, ancaq bizim sənət çox qəlizdir. Mən səni inandırmasam ki, bu rolun içindəyəm, uğurlu alınmaz. Səni inandırmaq üçün də o məktəbi keçməliyəm.

- Özünüz tələbə yetişdirməyi düşünürsünüz?

- İstəyərdim, tələbələrim olsun. Əvvəl cavan idim, buna hazır deyildim. Ancaq teatr, yaradıcılıq, karyera düşünürdüm. İndi isə özümü tələbə yetişdirməyə hazır hiss edirəm. Görək, inşallah. Hələ ki, teatrdan başım açılmır.

- Bir çox gənclər teatrda iş tapa bilmədiklərindən gileylənirlər. Bu barədə nə düşünürsünüz?

- Teatrımızın bədii rəhbəri və direktoru bizim səhnədə bir çox gənclərə yol açır. İncəsənət Universitetindən və Konservatoriyadan istedadlı gəncləri seçərək teatra gətirir. Burada səs, boy, görünüş, istedad - hər biri nəzərə alınır. Və biz də sözsüz ki, gələn gənclərin əlindən tutub səhnədə addımlamağı öyrədirik. Bunu özümüzə borc bilirik.

Aktrisa ilə söhbətimiz zamanı qolundakı gips diqqətimizdən qaçmır.

- Nahidə xanım, qolunuzun gipsə salınmasına səbəb nədir? Necə baş verdi hadisə?

- Tamaşada əlim sınıb. Hələ bir ay gipsdə qalacaq. Tamaşadan öncə hazırlıqlar zamanı durdum ki, səhnəyə çıxım, ayağım ilişdi, yıxıldım. Tamaşanı da elə o cür oynadım. Çünki hələ ağrını hiss etmirdim, ancaq tamaşadan sonra evə gəldikdə başladım ağlamağa. Göz-nəzər dəydi (gülür). Tezliklə sağalmalıyam, qarşıda çoxlu tamaşalarımız var, 90%-də iştirak edirəm.

Siz də var olun ki, hər zaman aktyorların fəaliyyətini işıqlandırırsınız. Ancaq bəzi saytlar var ki, ancaq pis şeyləri qabardıb yazırlar, bu bizi əsəbiləşdirir. Onlar bilmirlər ki, bizim sağlamlığımızla oynayırlar. Biri var, müğənni və ya başqa kimsə haqda yazasan, biri də var aktyor. Aktyorlar kövrək insanlar olurlar.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1166   Tarix: 18 iyun 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Səyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB

Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"

17.09.2021 4147
.