"3 qardaşım xərçəngdən rəhmətə gedib"
"Çətin idi. Anamın son nəfəsinə çata bilmədim. Bu da pandemiyaya görə oldu. Yollar bağlı idi. Bir gün sonra səhər mənə zəng vurdular ki, ananın vəziyyəti ağırdır, artıq gəlməlisən. Mən gedənə qədər yolda (red. Bakıdan Balakənə) anam rəhmətə getdi. Dedilər ki, ananınızın nəşini götürmək lazımdır. Qış idi, hava tez qaralır, soyuq idi, yağış yağırdı, yol uzaq idi".
Axşam.az xəbər verir ki, bunu Əməkdar artist Nailə İslamzadə "O üz" proqramında qonaq olarkən söyləyib.
O, pandemiya səbəbindən anasının son anlarında yanında ola bilməməsindən təsirləndiyini vurğulayıb:
"Postda dayanan şəxsə dedim ki, tez getməliyəm, anamın dəfninə çatmalıyam. Dedi ki, sizin adınız portalda yoxdur. Belə hadisələr oldu, anamın son nəfəsinə çata bilmədim. Bu, mənə çox pis təsir etdi. Bəlkə də anamın mənə deyiləsi sözü vardı.
O ki, qaldı anamın yasına, qardaşlarım da rəhmətə getmişdi, ona görə bütün işlər mənim üzərimdə idi. Anam başı bağlı, namaz qılan qadın idi. Yaşlı idi. Deyirdi ki, ölsəm, yasım urvatlı olsun. Hər şeyin yerli-yerində olmasını xoşlayırdı. Vacib deyildi ki, yeməyi gəlib hamı evdə yesin. Yeməklər bişdi, paylandı. Hər şeyi necə lazımdır, öz qaydasında etdim ki, anamın ruhu şad olsun. Mənə elə gəlir ki, anamın ruhu bütün bunları gördü, hiss etdi".
N.İslamzadə üç qardaşını xərçəngdən itirdiyini deyib:
"Bizim böyük ailəmiz olub. Dörd qardaşın bir bacısı olmuşam. Hamıdan kiçik evdə mən idim. Uşaqlığım çox gözəl keçib. Qardaşlarımın hamısı yaxşı oxuyurdular. Böyük qardaşım 11 yaş məndən böyükdür. Üç qardaşımın üçü də rəhmətə gedib. Böyük qardaşım isə Moskada professordur. Elmi konfranslara gedir, oradan mənə paltarlar gətirirdi. Əlinin içində baxırdılar mənə. Ailəmizin imkanları geniş olmayıb. Atam müəllim olub, anam isə beş uşaq böyüdüb. Hamısını oxudub, təhsil verib. Amma heç zaman məhrumiyyətlər yaşamamışam evdə.
Əvvələr Balakənə gedəndə hamı həyətə yığışardı, şənliklər olardı, kabab çəkilir, masalar qurulardu. İndi isə bunların heç biri yoxdur. 3 qardaşım xərçəngdən rəhmətə gedib. O qədər boşluq var ki, Balakənə gedib valideyinlərimin və qardaşlarımın qəbrini ziyarət edirəm, dualar oxuyub, gül qoyuram. Balakən məni çox çəkir. Amma ora gedəndə qəmgin oluram. O vaxtları xatırlayıram, amma artıq yoxdur".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMurad Adıgözəlzadə və Ayselin qızı - VİDEO
"Avroviziya" təmsilçilərimizdən olan Aysel Teymurzadə qızı Leyla ilə bağlı paylaşım edib. Bizim.Media xəbər verir ki, müğənni övladının rəqs festivalındakı çıxışını sosial şəbəkə hesabında yayımlayıb. İfaçı qızının görüntüsünə "Mənim sevgim, Leyla" şərhini yazıb. Qeyd edək ki, Ayse
07.11.2026 496 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia
Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. BİG.AZ -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırov
02.11.2026 838 "Ən bahalı müğənnisən, sənin yerinə utandım"
"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"
30.10.2026 901 "Kızılcık şerbeti"ndən ayrılır - Foto
"Kızılcık şerbeti" serialında gözlənilməz ayrılıq yaşanacaq. Axşam.az xəbər verir ki, ekran işinə "Lider" obrazını canlandıran Murat Aygen vida edəcək. O, iki bölüm sonra layihədən ayrılacaq. Qeyd edək ki, serialın baş rollarını Seray Kaya və Emre Dinler paylaşır
31.10.2026 484 Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR
Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik
01.11.2026 837 Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB
Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən
31.10.2026 765 Anasının evində əşyalara əl vurulmasını qoymur
Aparıcı Kamilə Babayeva bir müddət əvvəl vəfat edən anasının evindən görüntülər paylaşıb. Axşam.az xəbər verir ki, aparıcı anasının yoxluğundan sonra evdəki əşyaların yerini dəyişmədiyini bildirib. O, anasının sağlığında hər şeyi necə qoyubsa, elə də saxladığını qeyd edib. K.Babayeva anasının eyvanda
07.11.2026 375 Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi
Ulduz futbolçu Kriştiano Ronaldonun özəl təyyarəsində çalışan qadın pilotu işdən çıxardığı iddia olunur. Bu qərarın arxasında isə həyat yoldaşı Corcina Rodrigesin dayandığı bildirilir. xəbər verir ki, Ronaldonun təyyarəsində pilot kimi çalışan Sofiya Vens adlı qadınla futbolçu arasındakı yaxın münasibə
03.11.2026 799 Bir araya gəlmələrinin SƏBƏBİNİ AÇIQLADI
Gürcü müğənni Dato Xalq artisti Aygün Kazımova ilə bir araya gəlmələrinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, müğənni "MTV Maqazin"ə açıqlamasında Aygün Kazımova ilə duet oxuyacaqlarını bildirib. O qeyd edib ki, hazırda bu barədə Pop Diva ilə görüşüb, danışıblar və mahnı axtarışındadırlar
00:08 237