Yıxıldığı atla fotosunu paylaşıb bunları yazdı
"Doğulmağımız və ölməyimiz Allahın əlindədir. Verilən ömrün öhdəsindən gəlmək isə öz əlimizdə. Bernard Şou deyib ki, bir yolun çətinlikləri yoxdursa, o yol səni heç yerə apara bilməz. Mənim çaparlıq həvəsim də buna bənzəyir. Çətinlikləri, qəzaları olan bir sevgidir. Amma bu bağlılığın geri dönüşü yoxdur".
Axşam.az xəbər verir ki, bu sözləri ötən gün atdan yıxılaraq xəsarət alan nəğməkar-şair Cəlal Qurbanov sosial şəbəkədə yazıb. O, yıxıldığı atla fotosunu paylaşaraq bunları qeyd edib:
"Heyvanlar insanın ən etibarlı dostudur. Büdrəsəm də, yıxılsam da, dura bilməsəm də, onlara həmişə dost olacağam. Bu, Qarabağın havasına, suyuna öyrəşmiş, adına Xallı dediyim həmin atdır. Mənim kimi yerində dayana bilmir, macəra sevir. Ayağı qum boşluğuna düşüb yıxılan atımızın vəziyyəti yaxşıdır, itlər də bizə heç bir zaman təhlükə yaratmayıb. Onlar sadəcə bizim yaratdığımız həyəcana qoşulub bələdçilik etmək istədilər.
Bəlkə sınaqlar ətrafını daha yaxşı tanımaq, etdiklərinin hesabatını görmək üçündür. Və mən sayənizdə illərimin hesabatını 1 gündə verdim. Xəbəri eşidib xəstəxanaya tələsənlər, içəri buraxılmayacağını bilə-bilə istidə məndən xəbər gözləyənlər, bir ailə olduğumuz şəhid yaxınları! Məni ayaqüstə saxlayan sizin dualarınızdır! Siz mənim ən böyük qazancım oldunuz, bu həyatı boşuna yaşamadığıma əmin oldum. Hər zaman yanımda olan dostlarım, doğmalarım, şəhidlərin yadigarı olan balalarım! Mənə sevginin, diqqətin də bumeranq olaraq qayıtdığını sübut etdiniz. İndi tez ayağa qalxıb, özümə missiya seçdiyim yolumu davam etdirmək arzusundayam. Mənə dəyər verən hər kəsə yaxşı ki, varımsınız deyirəm. 2 gün ərzində məni şəxsən tanımayan insanların da dəstək və dualarını hiss etdim. Xoşniyyətli insanlara, başqalarının problemlərinə həssaslıqla yanaşan, laqeyd olmayan, sağlamlıq arzulayan hər kəsə ürəkdən minnətdaram. Allah hər birinizi təhlükələrdən, bədbəxt hadisələrdən qorusun!"
Qeyd edək ki, Cəlal Qurbanov bu gün saytımıza açıqlamasında səhhətinin yaxşı olduğunu və palataya köçürüldüyünü bildirib.

BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşTacir Şahmalıoğlu Fədayə Laçının yolunu gözləyib: "Gəlmədisə, sağ olsun"
Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb. Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:. "Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki
27.10.2026 897 Xoşqədəm TANINMAZ HALDA - FOTO
Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni görüntülərini paylaşıb. Fotoda aparıcının çəki alması və dəyişimi diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:
00:06 366 Çimnaz Sultanovanın əsl ölüm səbəbi ilə bağlı yeni iddia
Mərhum aktrisa Çimnaz Sultanovanın vəfatı ilə bağlı səsləndirilən fikirlər yenidən müzakirələrə səbəb olub. BİG.AZ -a istinadla xəbər verir ki, psixoloq Samirə Bağırova aktrisanın estetik müdaxilələrə tez-tez müraciət etdiyini iddia edərək onun səhhəti ilə bağlı diqqətçəkən açıqlama verib. Samirə Bağırov
02.11.2026 838 Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi
Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" əsərini ifa edərək ona yeni nəfəs verib. xəbər verir ki, MTV maqazin sözügedən ifa haqqında Polad Bülbüloğlundan özəl açıqlama alıb. Xalq artisti pop ulduza təşəkkürün
06.11.2026 448 "Bir səhər əllərini sonuncu dəfə tutdum"
Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc
01.11.2026 530 "Mən əməliyyatda olanda bacımın ürəyi gedib"
"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi
31.10.2026 518 Bacısı qızının ölümündən danışdı - "Övladları bilmir"
Xalq artisti Məleykə Əsədova bir müddət əvvəl İranda dünyasını dəyişən bacısı qızı Minanın faciəli həyat hekayəsindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Qonaqcanlı" verilişində söz açıb. M.Əsədova bildirib ki, bacısı 1992-ci ildə ailə qurub və həyat yoldaşı ilə Təbrizdə yaşayıb:
07.11.2026 259 Bir araya gəlmələrinin SƏBƏBİNİ AÇIQLADI
Gürcü müğənni Dato Xalq artisti Aygün Kazımova ilə bir araya gəlmələrinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, müğənni "MTV Maqazin"ə açıqlamasında Aygün Kazımova ilə duet oxuyacaqlarını bildirib. O qeyd edib ki, hazırda bu barədə Pop Diva ilə görüşüb, danışıblar və mahnı axtarışındadırlar
00:08 237 3 uşaq anası olan Aysel mini geyimdə AĞILLARI BAŞDAN ALDI - FOTOLAR
Müğənni Aysel Teymurzadə (Adıgözəlzadə) sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, sənətçi instaqram hesabında yeni görüntülərini paylaşıb. O görünüşü ilə izləyicilərin marağına səbəb olub. Ayselin paylaşımına xoş sözlər yazıblar. Qeyd edək ki, ifaçı Xalq artisti Murad Adıgözəlzadə il
31.10.2026 891