İki uşaq anasının müəmmalı ölümü - VİDEO
Bədbəxt hadisə, intihar, yoxsa qətl?
BiG.AZ APATV-yə istinadən xəbər verir ki, Lerik rayonunun Çayrud kənd sakini Ağalizadə Elnarə İntiqam qızının ölümü müəmmalı olaraq qalmaqdadır. 22 yaşlı qadının başına gələnlərdən sizi xəbərdar etmək üçün gərək 4 il əvvələ gedək. 2018-ci ildə Elnarə həmkəndlisi Elvin Ağəlizadə ilə ailə həyatı qurur və Elvinin ata-anasının da yaşadığı evə gəlin köçür.
Mərhumun yaxınlarının dediyinə görə, Ağəlizadələr çox qapalı həyat tərzi sürən və evlərinə gediş-gəlişə imkan verməyən ailə olub. Elnarəyə də öz ata evinə heç vaxt tək getməyə icazə verməyib, daim nəzarətdə saxlayıblar.
Cehiz məsələsinə görə ailələr arasında ilk gündən münasibətlər pozulmuşdu və xüsusilə qaynanası Elnarəyə gün verib, işıq vermirdi.
Elnarə gəlin olduğu ailədə yaşadıqlarına dözə bilmədiyini qardaşından gizli saxlasa da, anası ilə bölüşüb.
Anasının sözlərinə görə, Elnarə hadisə baş verməmişdən 4 gün əvvəl deyib ki, "birdən bunlar başıma bir iş gətirsələr, məni öldürsələr, meyitimi onların evindən çıxartmayın". 30 aprel tarixində isə dəhşətli hadisə baş verib. Koma vəziyyətinə düşən Elnarə 10 gün ölümlə mübarizə aparır.
Paytaxt xəstəxanalarından da həkimlər dəvət olunur, bütün lazımi müayinə və müalicələr aparılır. Qardaşı Seyfəddin Rusiyada yaşasa da, özünü ilk günlərdən xəstəxanaya çatdırır və prosesə nəzarət edir. Onun sözlərinə görə, həkimlər Elnarənin ağciyər toxumalarının dağıldığını bildiriblər. Yaxınları Elnarənin paltarının cırılması, sırğasının düşməsi, üst-başının toz-torpaq içində olmasını əsas gətirərək bunun intihar olmadığını iddia edir.
Ailənin iddialarda adı çəkilən Elnarənin həyat yoldaşı Elvin Ağəlizadənin mövqeyini öyrənməyə çalışdıq. O, müsahibə vermək istəmədiyini bildirdi və şifahi olaraq qeyd etdi ki, məsələ ilə bağlı deyəcək heç bir sözü yoxdur və aidiyyət qurumlar tərəfindən araşdırma aparılır.
Elnarənin yaxınları isə ekspertizanın rəyinin hələ də təqdim olunmamasından və ümumiyyətlə araşdırmaların ləng getməsindən ciddi narahatlıq keçirirlər. Araşdırmaların hansı mərhələdə olduğunu öyrənmək üçün Baş prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalovla əlaqə saxladıq.
Kənan Zeynalov bildirdi ki, Ağalizadə Elnarə İntiqam qızının 10.05.2022-ci il tarixində ölməsi faktı ilə bağlı hazırda Lerik Rayon Prokurorluğunda araşdırma aparılır. Araşdırma zamanı Ağalizadə Elnarənin ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə tibbi ekspertizası təyin olunub, çoxsaylı şəxslərin izahatları alınıb və digər zəruri hərəkətlər həyata keçirilib. Hazırda araşdırma davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 2296 Tarix: 31 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 99 Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu
Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:
22:07 0 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
14:30 0 Rəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 143 Konfet kişinin ağzında partladı, öldü
Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya
13:40 0 ABŞ aviasiyasında xaosa səbəb olan nasazlığın təfərrüatı açıqlandı
ABŞ-də yüzminlərlə sərnişinin səfərinə təsir edən kütləvi aviasiya sistemləri nasazlığı Federal Aviasiya Administrasiyasının (FAA) köhnəlmiş telekommunikasiya şəbəkəsinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Buna Arkanzas və Texas ştatlarında yerləşən radar obyektlərindəki marşrutlaşdırıcıla
20:15 0 Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub
Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb
19:30 0 Yataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto
Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb. xəbər verir ki, universitetin açıqlamasında deyilir:. "Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universite
17:14 0 Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb
Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi
11:15 125