Avtomobil sahiblərinin NƏZƏRİNƏ: Sığorta tarifləri ARTIRILACAQ
Azərbaycanda avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə tariflərin artırılması gündəmdə olan mövzulardandır. Artıq bəzi sığorta şirkətləri avtomobillərin icbari sığorta tariflərinin artırılacağını təxmin etdikləri üçün müraciət edənləri sığorta etməkdən imtina edirlər. Müştərilərə isə bunu proqramın işləməməsi ilə izah edirlər.
Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev "Report"a bu məsələyə aydınlıq gətirərkən bildirib ki, son dövrlər daha çox aktuallıq qazanmış və hər bir avtomobil sahibini düşündürən bu məsələ ilə bağlı hazırda ciddi iş aparılır:
"Hazırda onu qeyd edə bilərik ki, tariflərdə nəzərdə tutulan müvafiq dəyişiklik əsasən zərərli seqmentə, daha dəqiq desək, hadisə tarixçəsində daha çox qəza qeydə alınmış sürücülərə şamil ediləcək. Bu dəyişiklik məsuliyyətli sürücülərə təsirsiz ötüşəcək. Daha detallı məlumatları prosesin növbəti gedişatında paylaşa bilərik".
İcbari Sığorta Bürosundan (İSB) öncə məlumat verildiyi kimi, Azərbaycanın sığorta sektorunda risk əsaslı sığorta haqqının hesablanması üsulunun tətbiqi planlaşdırılır:
"Mərkəzi Bank sığorta sektoruna bir nəzarət qurumu olaraq bu sahədə hüquqi bazanın inkişaf etdirilməsi və onun beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün müntəzəm olaraq işlər aparır.
Xüsusi ilə tarif dərəcələrinin təkmilləşdirilməsi və risk əsaslı sığorta haqqı hesablanması qaydalarının tərtib edilməsi istiqamətində müvafiq olaraq işlər aparılmaqdadır".
Həmçinin bildirilib ki, risk əsaslı sığorta haqqının hesablanması üsulu dünya təcrübəsində də geniş istifadə olunur:
"Bu üsul tətbiq olunduqdan sonra sığorta haqqı hesablanarkən nəqliyyat vasitəsinin istehsalat tarixi, sürücünün yaşı, təcrübəsi və ya hadisələrin baş verdiyi məkanlarla bağlı statistik göstəricilər nəzərə alınacaq. Bu şəkildə, yəni risk əsaslı sığorta haqlarının hesablanması üsuluna keçilməsi həm ədalətli şəkildə sığorta haqlarının ortaya çıxmasına, həm də ümumi sığorta haqlarının yığımında müsbət dinamikanın yaranmasına səbəb ola bilər".
Xatırladaq ki, "İcbari sığortalar haqqında" qanun 2011-ci ildə qüvvəyə minib və sığorta haqları, tarifləri və sığorta təzminatları bu qanunla tənzimlənir. Könüllü sığortanın növləri üzrə haqlar şirkətlərin daxili qaydalarına əsasən tənzimlənir. 2011-ci ildən bu günə kimi icbari sığorta tarifləri dəyişməyib. Buna uyğun olaraq sığorta təzminatları da dəyişilməz qalır.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 358,771 milyon manat məbləğində sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 93,418 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 48 % azdır.
4 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 26 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 53 manat olub.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 1100 Tarix: 31 may 2022
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaşİtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. "Report" xəbər verir ki, bu barədə "Reuters" tənzimləyicini
12:30 99 Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin fotosu
Ağstafada sursatın partlaması nəticəsində 1986-cı il təvəllüdlü Rəsul Şahin oğlu İbrahimov həlak olub. sözügedən şəxsin fotosunu əldə edib:
22:07 0 Azərbaycanda tərəvəz istehsalının 4 illik proqnozları açıqlanıb
Gələn il Azərbaycanda tərəvəz istehsalının 1 milyon 800 min tona çatacağı proqnozlaşdırılır. "Report" xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Bildirilib ki, bu, 2026-cı il üçün müəyyənləşdirilmiş proqnozla müqayisədə 7,9 % azdır. 2028 ci ildə
14:30 0 Rəşad Məcidə ağır itki
Tanınmış jurnalist, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidə ağır itki üz verib. xəbər verir ki, onun anası Yavər xanım vəfat edib. O, 86 yaşında dünyasını dəyişib. Mərhum bu gün Ağcabədi rayonunda dəfn olunacaq
11:46 143 Konfet kişinin ağzında partladı, öldü
Hindistanın Madhya-Pradeş ştatında kişi tanışının verdiyi şirniyyatı yeyərkən ağzında baş verən partlayış nəticəsində həyatını itirib. xarici KİV-ə istinadla bildirir ki, hadisə kişi axşam yeməyindən sonra tonqalın yanında oturarkən baş verib. Bu zaman ona yaxınlaşan tanışı söhbət əsnasında şirniyya
13:40 0 ABŞ aviasiyasında xaosa səbəb olan nasazlığın təfərrüatı açıqlandı
ABŞ-də yüzminlərlə sərnişinin səfərinə təsir edən kütləvi aviasiya sistemləri nasazlığı Federal Aviasiya Administrasiyasının (FAA) köhnəlmiş telekommunikasiya şəbəkəsinin həddindən artıq yüklənməsi nəticəsində baş verib. Buna Arkanzas və Texas ştatlarında yerləşən radar obyektlərindəki marşrutlaşdırıcıla
20:15 0 Macarıstanın Baş naziri şantaj və məişət zorakılığında ittiham olunub
Macarıstanın keçmiş ədliyyə naziri Yudit Varqanın keçmiş həyat yoldaşı, Baş nazir Peter Madyarın təhdidləri ilə bağlı ifadəsindən sonra ona qarşı şantaj və məişət zorakılığı şübhəsi ilə iki cinayət ərizəsi verilib. "Report" xəbər verir ki, bu barədə "Magyar Nemzet" nəşri məlumat yayıb
19:30 0 Yataqxanada meyiti tapılan tələbənin ölümü: ATU-dan açıqlama gəldi - Foto
Azərbaycan Tibb Universiteti ötən gün yataqxanada meyiti tapılan Elvira Eyyubova ilə bağlı açıqlama yayıb. xəbər verir ki, universitetin açıqlamasında deyilir:. "Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin II kurs tələbəsi Elvira Eyyubova gözlənilmədən vəfat edib. Universite
17:14 0 Cənubi Koreyanın XİN başçısı Çinin güclənməsindən narahat olmamağa çağırıb
Cənubi Koreya Çinin güclənməsindən əsassız şəkildə narahat olmamalı və ya onun imkanlarını kiçiltməməlidir. "Report" xəbər verir ki, bu barədə "Reuters" Cənubi Koreyanın xarici işlər naziri Ço Hyonun bəyanatına istinadən məlumat yayıb. "Çinə hazırkı səfərim zamanı bir daha əmi
11:15 125