Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...

Öləcəyi günü əvvəlcədən bildi, efirlərə çıxışı qadağan olundu, oxuduğu mahnılara görə həbs edildi...BiG.AZ Kulis.az-a istinadən Xalq artisti Məmmədbağır Bağırzadə haqda maraqlı faktları təqdim edir.

Məmmədbağır Bağırzadə ansamblının adını "Dilkeş" qoymuşdu, evdə də daha çox ərəb, türk kanallarına baxırdı. Bir dəfə oğlu bunların səbəbini soruşanda M. Bağırzadə deyib ki, mən musiqilərimi yazanda, onları ifa edəndə elə bilirəm, Kərkükdəyəm, orda yaşayan azərbaycanlıların keçirdiyi hissləri keçirirəm. Məmmədbağır uzun illər ordakı insanların sevgisiylə, oraları görmək xiffəti ilə yaşayıb. O, dünyasını dəyişəndən sonra oğlu arxiv idarəsində işləyən tanışlarından xahiş edir ki, nəslin şəcərəsini araşdırsın. Məlum olur ki, Məmmədbağırın ulu babaları İraqda, Kərkükdə doğulublar. O, öz şəcərəsini genetik olaraq hiss edibmiş.

Geyimə qarşı çox həssas, tələbkar olub. Hər yer üçün ayrıca kostyumlar alırmış. Aldığı kostyumların pencək ciblərinin tikişlərini sökdürməzdi ki, birdən pencəyin cibləri sallanar, efirdə səliqəsiz görünər. Hətta bir dəfə uzaq yol gedib dostları ilə görüşəndə dostlarından biri zarafatla demişdi ki, Məmmədbağır, bütün yolu, deyəsən, ayaqüstü gəlmisən, paltarında bircə qırış da yoxdur.

***

İran muğamlarını, ərəb, fars musiqilərini çox gözəl ifa edirmiş. Amma efirdə heç vaxt o mahnıları oxumayıb. Bir dəfə oğlu deyib ki, efirlərdə, səsyazma studiyalarında bu mahnılardan ifa et. Məmmədbağır deyib: "Sən nə danışırsan? Adamlar var, gözləyirlər ki, mən İran musiqiləri ifa edim, ondan sonra məni topa tutsunlar".

***

Həddindən artıq kövrək adam olub. Hərdən ailəlikcə süfrə arxasında əyləşib televiziya kanallarında gedən musiqilərə qulaq asanda hansısa musiqi və ya bir alətin səsi Məmmədbağırın ürəyinə toxunurmuş. Onda ailəsi baxıb görürmüş ki, tikəsini uda bilmir, ağlayır.

Dondurmanı ilk dəfə əlli bir yaşında yeyib. Oğlu o xatirəni bu cür danışır: "Yadıma gəlir, bacımın yaşı az idi. Atam evə zəng vuranda bacım ona dedi ki, gələndə ona dondurma alsın. Onda anam təzə rəhmətə getmişdi. Atam bir neçə "karobka" cürbəcür dondurma alıb gətirdi. Bacıma dedi ki, qızım ürəyin nə qədər istəyir ye. Sonra o, özü də bizə qoşulub ikisini birdən yedi. Mən onda məəttəl qaldım. Çünki atam səsinə görə heç vaxt soyuq şeylər yeməzdi. Bizim başımız dondurma yeməyə qarışanda gördük atam ağlayır. Bacım ondan ağlamağının səbəbini soruşanda atam onun başını sığallayıb dedi: "Mən siz yaşda olanda pulum yox idi dondurma almağa, sonralar da sənətim imkan vermədi".

***

Yoldaşı 44 yaşında xərçəng xəstəliyindən vəfat etmişdi. Axırıncı cümə axşamında oğlunun qızı dünyaya gəlir. Məmmədbağır ona yoldaşının adını qoyur və hamıdan xahiş edir: heç vaxt onun yanında qızı öz adı ilə çağırmayaq.

***

Həyat yoldaşı ilə qohum olmuşdular. Uşaqlarının dediyinə görə, yoldaşını həddindən artıq çox istəyirmiş. Yoldaşı Məmmədbağırın bütün şıltaqlıqlarına dözməyi bacarırmış. Sənətkarın oğlu deyir: "Atamdan anama o qədər sözlər gəlib deyirdilər ki, onun yerinə başqası olsaydı, bəlkə də bacarmazdı. Ona görə də anam rəhmətə gedəndən sonra atam deyirdi ki, özümü öldürəcəm, gedim görüm o dünyada Naibə neynir. Biz yalvarıb yaxarırdıq ona ki, elə şey eləməsin".

Naibə xanım dünyasını dəyişəndə həqiqətən də intihar etmək fikrindəymiş. Onun psixoloji vəziyyətində dəyişikliklər olmuşdu. Tez-tez deyirmiş ki, daha yaşamaq istəmirəm, ölmək istəyirəm.

***

Toylardan küllü miqdarda pulla çıxırmış. Hamı deyirmiş ki, Məmmədbağır hər gecə evinə yeşiklə pul aparır. Oğlu maşın həvəskarı imiş. Məmmədbağır isə onun bahalı maşınlar almağına razı olmurmuş. Deyirmiş, olmaz, kənd yeridi, hamının diqqəti üstümüzdədir.

Nardarana da, oranın adətlərinə də bağlıymış. Bir dəfə Norveç də daxil olmaqla bir neçə xarici ölkəyə uzun müddətli qastrola gedibmiş. O səfərlərdə bığını qırxmışdı. Qastroldan gələndən sonra böyük yeznəsi onunla görüşmək istəyib. Məmmədbağır əlini dizinə çırpıb deyirmiş ki, indi onun yanına bığsız necə gedəcəm? Görüş vacib olduğundan məcbur olub gedibmiş. Amma əvvəldən axıra qədər bığının üstündən dəsmalı götürməyib, yalandan deyib ki, dişimi çəkdirmişəm.

***

Zöhrə Abdullayeva ilə sevgili olması haqqında söz-söhbətlər uzun müddət səngimədi. Ancaq ölümündən sonra verilişlərin birində Zöhrə xanım yayılan şaiyələri təkzib etdi. O, yoldaşının sağlığında Məmmədbağırın başqa bir qadınla uzun illik münasibəti olduğunu dilə gətirdi.

***

Zöhrə xanımın iddiasını oğlu müsahibəsində təsdiq etmişdi:

"Atamın həyatında başqa qadın olub. O, anamın sağlığında olub. Həmin qadın atam xəstə olduğu dövrlərdə də onun zəhmətini çox çəkib. Yəni belə bir fakt olub. Zöhrə xanım haqlı olduğu üçün mən heç bir etiraz edə bilmədim. Mənim anam dözümlü qadın olub. O, atamla bağlı hər şeyə qatlaşıb. Həm də bilirsiniz, o dövrdə gücü, imkanı olan kişilər üçün iki ailə saxlamaq qəbahət hesab olunmurdu. Əsas o idi ki, kişi öz ailəsinə yaxşı baxsın".

1973-cü ildə Məmmədbağır yaradıcılığının zirvəsini yaşamışdı. O vaxtın çörək satıcıları kaset satıcılarına deyirmişlər ki, Məmmədbağırın valları o qədər çox satılır ki, heç biz o qədər çörək satmırıq.

***

Toylardan qanıqara gəlirmiş. Səbəb isə çox qəribəydi: onun səsini yazmaqdan ötrü toyda adamlar bir-biri ilə dava edirmişlər, toy çadırını dağıdırmışlar ki, ağacların başından Məmmədbağırı görə bilsinlər.

***

1975-76-cı illərdə Məmmədbağır ölkənin ən məşhur müğənnisi hesab olunurdu. Həmin dövrdə "Kirpi" jurnalında "Məmmədbağır, bir də bağır" başlıqlı yazılarla onu tənqid eləməyə başlamışdılar. Oğlunun dediyinə görə, bu kampaniyanı ovaxtkı bədii şura qəsdən elətdirirdi: "Ələkbər Tağıyev də o dövrdə həm bədii şuranın üzvlərindən biri, həm də hər şeyə gücü çatan adam idi. O, atama mane olan insanlardan birincisi idi. Səbəb atamın gecə toylarda oxuduğu mahnıların səhər bütün ölkəyə, hətta İrana, orta Asiya ölkələrinə qədər yayılması idi. Atamın irəli getməsi Ələkbər Tağıyevin diqqətindən yayınmamışdı. Onun həmin illərdə qılıncının dalı da kəsirdi, qabağı da".

Ələkbər Tağıyevlə münaqişənin əsl səbəbi isə budur: onun mahnılarını nə qədər məşhur müğənnilər oxusa da, Məmmədbağırın şöhrətini ötüb keçmirmiş, mahnıları o qədər məşhurluq qazanmırmış. Belə olan halda o, Məmmədbağıra xəbər göndərib ki, onun bəstələrinə də müraciət eləsin. Məmmədbağır isə onun təklifindən imtina edib. Deyib, mən ancaq öz mahnılarımı oxuyuram. Ələkbər Tağıyev də deyir ki, mən nə qədər sağam, Məmmədbağır nə radioya çıxa biləcək, də efirə.

Ələkbər Tağıyevin mahnılarını sonradan oxuyur. Ə.Tağıyev ona deyirmiş ki, toylara getməyi tərgit, sonra uçuruma gedəcəksən. Bu ərəfələr Məmmədbağır üç günlük həbs olunur. O, sosializmə zidd mahnılar oxuduğu həbsə atılmışdı. Onu həbsdən Ələkbər Tağıyev xilas edir. 1977-ci ildən Məmmədbağır artıq kişi toylarını tərgidir, ancaq kompaniya olan məclislərə gedir. Və ondan sonra efirlərə çıxır. Yəni Ələkbər Tağıyev Məmmədbağırın istedadının toylarda itib-batmasının qarşısını alır.

***

Çox qısqanc adam olub. O dövr də elə şeylər görübmüş ki, inamı itibmiş. Buna görə də qızlarını səkkizinci sinifdən məktəbdən çıxarmışdı. Həyatda ən çox iki şeydən qorxurmuş: bir avtomobil qəzasından, bir də ailəsinin ləkələnməsindən. Deyirmiş ki, nə vaxtsa mən olmasam, ailəmdə namus söhbəti olsa, qəbirdə gorum çartlayar.

Onun mədəsində problemlər varmış. Axırıncı dəfə toyda mədəsinin ağrısı bərk tutub. Birtəhər toyu yola veribmiş. Oğlu o günü belə danışır: "Sonra Zöhrə xanım, mən, bir də atamın dostu Baxşəli əmiylə atamı xəstəxanaya apardıq. Atamı yoxlayıb evə buraxdılar. Oktyabrın 23-də səhər vaxtı atam mənə zəng vurub dedi ki, Rahim ağzımdan köpük gəlir. Onda ilk dəfə atamın o qadınla yaşadığı evə getdim. Atamın otağına girdim, o, məni görən kimi ağladı. Onu tez xəstəxanaya gətirdik. Həkim yoxladı, mənə dedi, atan təcili əməliyyat olunmasa, iki saatdan çox yaşamayacaq. Ayağı ilə gedən adama belə bir diaqnozun qoyulması məni şoka saldı. Hardasa iyirmi dəqiqəyə atamı əməliyyata hazırladılar. Amma bütün məsuliyyəti mənim boynuma qoydular. Atam məni çağırdı, öpdü qucaqladı, dedi, Rahim, mənim ağzımdan yenə köpük gəldi, məni burdan apar".

***

Qəribədir ki, Məmmədbağır oktyabrın 30-da rəhmətə gedəcəyini yuxuda görmüşdü. Həmişə də bu tarixdən qorxurdu. Elə oktyabrın 30-da dəfn olunur.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1239   Tarix: 30 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Böyük qızı Xalq artisti ilə fotosunu paylaşıb bunları yazdı

Qızı Hökumə Xalq artisti Mələkxanım Eyubova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, anası ilə fotosunu yayımlayaraq bunları yazıb:. "Ana, ad günün mübarək! Sənə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Hər gün sənə sevinc, təbəssüm və istilik bəxş etsin

12:10 163
.

"Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı

"Avroviziya" mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərind

28.10.2026 683
.

Bacısı qızının ölümündən danışdı - "Övladları bilmir"

Xalq artisti Məleykə Əsədova bir müddət əvvəl İranda dünyasını dəyişən bacısı qızı Minanın faciəli həyat hekayəsindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Qonaqcanlı" verilişində söz açıb. M.Əsədova bildirib ki, bacısı 1992-ci ildə ailə qurub və həyat yoldaşı ilə Təbrizdə yaşayıb:

07.11.2026 263
.

Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi

Ulduz futbolçu Kriştiano Ronaldonun özəl təyyarəsində çalışan qadın pilotu işdən çıxardığı iddia olunur. Bu qərarın arxasında isə həyat yoldaşı Corcina Rodrigesin dayandığı bildirilir. xəbər verir ki, Ronaldonun təyyarəsində pilot kimi çalışan Sofiya Vens adlı qadınla futbolçu arasındakı yaxın münasibə

03.11.2026 803
.

Engin Altana ağır itki - Foto

Türkiyəli aktyor Engin Altan Düzyatana ağır itki üz verib. Axşam.az xəbər verir ki, aktyorun atası Mevlan Düzyatan 88 yaşında dünyasını dəyişib. Bu barədə aktyor özü sosial media hesabında yazıb. O, atasının sabah İzmirdə dəfn ediləcəyi bildirilib. Qeyd edək ki, Engin Altan Düzyatan sonuncu dəfə "Çö

25.10.2026 940
.

"Başkalarının hayatı" da yayımlanmayacaq

"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını

31.10.2026 536
.

Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB

Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən

31.10.2026 767
.

Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı

Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri

07.11.2026 215
.

Ukrayna Baskov, Kirkorov və Priqojini qara siyahıya saldı

Rusiyanın Xalq artistləri - Nikolay Baskov və Filipp Kirkorov, eləcə də musiqi prodüseri İosif Priqojin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına salınıblar. xəbər verir ki, bu barədə "War&Sanctions" məlumat bazasının portalında dərc olunub. Baza tərtibatçılar

17:20 100
.

Son Xəbərlər