Afət Fərmanqızı: "Vasif əsl kişidir" - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Əməkdar artist Vasif Məhərrəmli verilişlərin birində ilk həyat yoldaşını və bətnindəki övladını xatırlayaraq efirdə ağlayıb.
Sözügedən hadisədən sonra sosial şəbəkələrdə Məhərrəmli haqqında xoşagəlməz şərhlər yazılıb. Paylaşımın altına şərh yazan sosial şəbəkə istifadəçiləri Vasif Məhərrəmlinin ilk həyat yoldaşını döyərək öldürdüyünü iddia ediblər və "Arvadını döyüb öldürən elə bil bu deyildi. Həyətdə güclə alırdılar əlindən", "Deyilənə görə, özləri döyüblər, ölüb, qonşuları danışırdı, həyətdə hamı görüb", "Özləri döyüb hamilə-hamilə, çoxlu qan itirdiyindən ölüb" və s. kimi şərhlər yazıblar.
Mövzu ilə bağlı saytlar müğənni ilə əlaqə saxlamağa çalışsa da, o, nə bizim, nə də digər həmkarlarımızın zənginə cavab verib.
Bu səbəbdən Vasif Məhərrəmlini uzun illərdir tanıyan və yaxın dostu olan müğənni Afət Fərmanqızı Oxu.Az-a açıqlama verib.
Afət Vasifi 20 ildir tanıdığını və onun əsl Azərbaycan kişisi olduğunu vurğulayıb:
"Məclislərin birində Vasif rəhmətə gedən həyat yoldaşı ilə birlikdə gəlmişdi. Məclisdə deyib gülə-gülə, şən ailə kimi iştirak etməkləri gözümün önünə gəlir. Elə həmin məclisdən bir neçə ay sonra eşitdim ki, həyat yoldaşı rəhmətə gedib. Allahın qisməti.
Mən inanmıram ki, kimsə həqiqətən Vasif Məhərrəmli haqqında o cür yazı yazsın. O yazanlar sifarişlə yazır. Mənbəyini mən təxmin edirəm. Diqqət etsək görərik ki, Vasif indiyə kimi belə xəbərlərlə gündəmə gəlmirdi. Son iki aydır ona qarşı xəbərlər yayırlar. Mən səbəbini yaxşı bilirəm.
Mən o vaxtlar kasıb, fağır, rayondan təzə gələn, tez aldanmağa meyilli biri idim. Çox sevinirəm ki, mənim qarşıma Vasif Məhərrəmli kimi biri çıxdı və mən o ansambl ilə əməkdaşlıq etdim. O, ilk dəfə "Bakılı qız" mahnısı ilə məşhurlaşanda mən onun ansamblında çıxış edirdim.
Bəzən sənətə təzə gələn qızların əlacı olmadığı üçün, populyar deyil deyə, baha qiymətə toylara dəvət olunmadığı üçün kişi müğənnidən asılı olur. Həmin kişi müğənnilər yeni başlayan müğənni qızlara başqa niyyətlə yanaşır, sevgi münasibətində olmağı təklif edir. Mən bunu qorxmadan, çəkinmədən deyirəm. Nə qədər də belə adam tanıyıram. Vasif Məhərrəmli isə elə insanlardan fərqli olaraq mənə layiq olmadığım qədər çox qonorar verirdi və məni yüksəldirdi. Heç bir pis niyyət güdmədən. Mən də özümə görə gözəl-göyçək xanım idim. Ətrafda baş verənləri də görürdük, kim kimin qız oxuyanıdır, kim kimə hansı gözlə baxdı və s.
Mənim bugünkü gün sözü üzə deməyim, alnıaçıqlığımın səbəbi Vasif Məhərrəmlidir".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşBöyük qızı Xalq artisti ilə fotosunu paylaşıb bunları yazdı
Qızı Hökumə Xalq artisti Mələkxanım Eyubova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, anası ilə fotosunu yayımlayaraq bunları yazıb:. "Ana, ad günün mübarək! Sənə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Hər gün sənə sevinc, təbəssüm və istilik bəxş etsin
12:10 163 "Avroviziya 2027" ilə bağlı ilk detallar açıqlandı
"Avroviziya" mahnı müsabiqəsinin 2027-ci ildə keçiriləcək yarışmasında iştirak edəcək ölkələrin siyahısı açıqlanıb. Axşam.az xəbər verir ki, Avropa Yayım Birliyi (EBU) müsabiqədə 36 ölkənin ictimai yayımçısının iştirakını təsdiqləyib. Təmsilçilər gələn ilin mayında Bolqarıstanın Burqas şəhərind
28.10.2026 683 Bacısı qızının ölümündən danışdı - "Övladları bilmir"
Xalq artisti Məleykə Əsədova bir müddət əvvəl İranda dünyasını dəyişən bacısı qızı Minanın faciəli həyat hekayəsindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Qonaqcanlı" verilişində söz açıb. M.Əsədova bildirib ki, bacısı 1992-ci ildə ailə qurub və həyat yoldaşı ilə Təbrizdə yaşayıb:
07.11.2026 263 Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi
Ulduz futbolçu Kriştiano Ronaldonun özəl təyyarəsində çalışan qadın pilotu işdən çıxardığı iddia olunur. Bu qərarın arxasında isə həyat yoldaşı Corcina Rodrigesin dayandığı bildirilir. xəbər verir ki, Ronaldonun təyyarəsində pilot kimi çalışan Sofiya Vens adlı qadınla futbolçu arasındakı yaxın münasibə
03.11.2026 803 Engin Altana ağır itki - Foto
Türkiyəli aktyor Engin Altan Düzyatana ağır itki üz verib. Axşam.az xəbər verir ki, aktyorun atası Mevlan Düzyatan 88 yaşında dünyasını dəyişib. Bu barədə aktyor özü sosial media hesabında yazıb. O, atasının sabah İzmirdə dəfn ediləcəyi bildirilib. Qeyd edək ki, Engin Altan Düzyatan sonuncu dəfə "Çö
25.10.2026 940 "Başkalarının hayatı" da yayımlanmayacaq
"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını
31.10.2026 536 Firəngiz Mütəllimova bu səbəbdən AİLƏ QURA BİLMƏYİB
Xalq artisti Firəngiz Mütəllimova "Görüş yeri" verilişində şəxsi həyatı ilə bağlı açıqlama verib. BİG.AZ Axşam.az-a istinadla xəbər verir ki, sənətçi ailə həyatı qura bilməməsinin səbəbindən danışıb:. "Mən gənc qız idim. Ailə həyatı qura bilmədim. Niyə? Çünki elə düşünürdüm ki, hamı "Sən
31.10.2026 767 Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı
Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri
07.11.2026 215 Ukrayna Baskov, Kirkorov və Priqojini qara siyahıya saldı
Rusiyanın Xalq artistləri - Nikolay Baskov və Filipp Kirkorov, eləcə də musiqi prodüseri İosif Priqojin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına salınıblar. xəbər verir ki, bu barədə "War&Sanctions" məlumat bazasının portalında dərc olunub. Baza tərtibatçılar
17:20 100