Firəngiz Mütəllimova: "Məni şantaj etmək istəyirdilər" - MÜSAHİBƏ

Firəngiz Mütəllimova: "Məni şantaj etmək istəyirdilər" - MÜSAHİBƏAzərbaycan Xalq artisti Firəngiz Mütəllimovanın "Report" İnformasiya Agentliyinə müsahibəsi

- Firəngiz xanım, necəsiz? Özünüzü necə hiss edirsiz?

- Şükür, pis deyiləm. Hazırda özümü normal hiss edirəm. Fəsil dəyişən, qan qaynayan vaxtlar narahat olurdum. Küləklər məni narahat edir. O da yəqin əvvəllər keçirdiyim əməliyyatla bağlıdır. Ümumilikdə, hamı kimiyəm. Yaz gəlib, hər tərəf yaşıllıqdır. Təbiətə baxıram, şükür edirəm.

- Pandemiya dövrünü necə keçirdiniz?

- Çox insanlar kimi çətin keçirdim. Risk qrupuna aid olduğuma görə özümü qorumağa məcbur oldum. Heç bir qapalı məkana, çəkilişlərə, televiziyalara getmədim. Əslində, hələ də getmirəm. Çox yerdən özümü məhrum etdim. Çünki buna məcbur idim. Hətta elə oldu depressiyaya düşdüm. Pandemiya təzə başlayanda yayılan məlumatların bəzilərinə inanırdım, bəzilərinə yox. Sonradan gördük ki, vəziyyət ciddidir. İnanın ki, o vaxtdan hələ özümə gələ bilmirəm.

- Hazırda hansı tamaşa və ya film üzərində çalışırsınız?

- Hələ ki, heç bir tamaşa, film və yeni layihə üzərində işləmirəm. Çünki neçə müddət idi ki, teatrlar da bağlı qaldı. Biz iki ilə yaxın oynamadığımız tamaşaları məşq edirdik. Teatr bağlanıb açılandan sonra "Qarabağnamə" tamaşasında dəfələrlə iştirak etmişəm. Yəqin yeni tamaşalar sentyabrdan olacaq. Film, serial çəkilişlərinə mütəmadi təkliflər alsam da, hamısına yox demişəm. Bunun da səbəbi koronavirusdur.

- Əslən Şuşalısınız. Ötən il və bu il Xarıbülbül festivalında iştirak etdiniz...

- Özümü xoşbəxt sayıram ki, Qarabağ işğaldan azad olunandan sonra Şuşada keçirilən ilk dövlət tədbiri "Xarıbülbül" festivalında iştirak etmişəm. O, bir tarix idi. Çox sevinirəm ki, bu şanlı tarixi gündə mən də orada oldum. Şuşaya getməklə bağlı dəfələrlə televiziya kanallarından dəvət alsam da, getməmişəm. Müqəddəs Şuşada olanda yaşadıqlarımın ekrandan görünməyini istəməmişəm. Ən böyük arzularımdan biridir ki, Şuşaya ailə üzvlərimlə, qardaşımla, bacılarımla gedək. Sakit gəzək, görək. Bu da çəkilişsiz olsun. Yəni ürəyimizdə, qəlbimizdə olan hissləri ailəlikcə özümüz yaşayaq.

- Azad Şuşanın bundan sonrakı vəziyyətini necə təsəvvür edirsiniz?

- Çox gözəl təsəvvür edirəm. Elə indidən də görürsünüz ki, beynəlxalq səviyyəli festivallar, qurultaylar orada keçirilir. Mən orada oldum-olmadım, bütün tədbirlərlə bağlı qürur hissi keçirirəm. Mənə əsas o lazımdır ki, bütün dünya Şuşanın azad olmasını görsün. Bilsinlər ki, Şuşa azaddır, Şuşa bizdədir, xoşbəxtdir. Şuşa yaşıllığı ilə, təbiəti və tarixi ilə fəxr edir. Prezidentimiz çox sağ olsun ki, qısa müddətdə böyük dəyişikliklər və quruculuq işləri aparılır. Hər şeyə böyük ümidlə baxıram. İnanıram ki, Şuşa əvvəlkilərdən də gözəl, fərqli olacaq. Mənə elə gəlir ki, dünyanın hər yerindən Şuşaya axın olacaq. Hamı bu gözəl şəhəri görəcək. Şuşanı azad görmək mənim ən böyük arzum idi. İndi də hər gün Allaha şükür edirəm. Hər şey bundan sonra daha da gözəl olacaq.

- Firəngiz xanım, Sovetlər dönəmində yəqin ki, tamaşaçılardan məktublar almısınız, zənglər gəlib sizə… Ən çox hansı tamaşaya görə məktublar almısız, zənglər gəlib?

- Bəli, o vaxtlar mobil telefonlar olmadığına görə, məktublar alırdıq. Dəqiq deyə bilərəm ki, həmin dövrlərdə teatrda ən çox məktub alan aktrisa mən idim. Hər gün mənə ən az onlarla məktub gəlirdi. Tamaşaçılardan, pərəstişkarlarımdan cürbəcür məktublar gəlirdi. Sevgi məktubları da alırdım. Onların hamısı mənim üçün çox maraqlı idi. Onları yığıb-toplamışdım. Hətta yaxın müddətə qədər saxlayırdım. Sonra evdən-evə köçəndə bəzi kitablarımla birgə o məktublar da yoxa çıxdı. Amma hələ də məktubların hər bir sətri yadımda, gözümün qarşısındadır. Hətta tamaşaçılar gəlib arxa qapıda gözləyib, gül-çiçək gətirirdilər. Mənim oynadığım ilk tamaşadan sonra elə bil özüməməxsus sənət aləmimdə bomba partlamışdı. Həmişə deyirdim ki, axşam yatanda Firəngiz idim, səhər duranda artıq Gülnar olmuşdum.

- "Səni axtarıram", "Bağışla" tamaşalarındakı geyimləriniz o dövr üçün fərqli, zövqlü olub. Geyimləriniz haradan idi?

- Geyimlərimlə bağlı hamı elə deyirdi. O dövr üçün həmin paltarla çox maraqlı idi. Orada elə paltarlar var ki, özümündür. Elələri də var ki, rəfiqələrim, qohumlarımdan götürmüşdüm. Çəkilişlərə çox paltar aparırdım, amma rəhmətlik Tariyel müəllim ("Report" - Tariyel Vəliyev) hansını məsləhət bilirdisə, onu geyinirdim. Onlar mənə kömək edirdilər, çünki o rol mənim üçün tam fərqli idi. Həyatda o cür ərköyün, milyoner ailənin övladı olmamışam. Ona görə də mən aparırdım. Seçimi onlar edirdi.

- Firəngiz xanım, heç "manyak" fanatınız olub?

- Yox, Allah eləməsin. Mənim manyak pərəstişkarım olmayıb, amma bir dəfə məni şantaj etmək istəyirdilər. Rayon adı çəkməyəcəyəm, amma tam fərqli bir rayondan idi. Həmin vaxtlarda direktorumuz Həsənağa Turabova müraciət etdim ki, belə bir iş var. Bir nəfər məni şantaj edir, hədə-qorxu zəngləri gəlir. O da heç narahat olmamağımı tapşırdı. Hardasa üç-dörd günə həll olundu, qurtardı. Ondan sonra yox, narahat edən olmayıb.

- Pandemiyadan əvvəl seriallarda görürdük sizi. Bəs yenə seriallarda rol almağı fikirləşirsiniz?

- Bəli, çəkilirdim. Sonra müharibə başladı və komediya çəkmək fikrində deyildik. Ona görə çəkilişlər avtomatik saxlanıldı. Sonra da pandemiya alovlandı. Ondan sonra dəvət olunsam da, qəbul etməyəcəkdim. Heç çəkilişlər də olmadı. Pandemiya tam bitərsə, ondan sonra mən də işimə qaldığım yerdən davam edərəm. Təklif gələrsə, ürəyimcə olan serialda çəkilə bilərəm. Bunu gələcək göstərəcək. Təki salamatlıq olsun.

– Ümumiyyətlə, son illər gənc aktyor və aktrisalar rollardan çox sosial şəbəkələrdə məşhurluq qazanırlar. Buna münasibətiniz necədir?

- Mən buna yaxşı baxıram. Bu, zamanın tələbi və hökmüdür. Artıq bu belədir. Heç nə ilə qarşısını ala bilmərik. Bir sözlə bacarana can qurban.

- Firəngiz xanım, yaz fəslini yaşayırıq, deyirlər insanların bu fəsildə arzuları ağaclar, güllər kimi çiçəkləyir. Hansı arzularınız var?

- Bəli, yaz gələndə elə bil insanın ruhu təzələnir, sanki dünyaya baxış tərzi təzələnir. İnsan da ümidlə qol-qanad açır. Təbiət canlandıqca, insan da canların, yeni nələrsə etmək istəyir. Mənim ən böyük aruzlarımdan biri də bacımın balaları,qardaşımın uşçaqları və nəvələri ilə bağlıdır. Onlar mənim övladım kimidilər. İstəyirəm onlar sağlam, xoşbəxt olsunlar. Onların atdığı hər addım xeyirli-uğurlu olsun. Onda mənim arzularımın 50 faizi yerinə yetmiş olur. Həmçinin arzularımdan biri də odur ki, dünyada sülh olsun. Müharibələrə son qoyulsun. Mavi səma olsun, heç bir ana övladını gözüyaşlı gözləməsin. Azad olunan torpaqlarımız daha da canlansın. Hər kəs öz yurd-yuvasına qayıtsın. Yenə o yerlərdən uşaq səsləri gəlsin. Kimin ürəyində hansı arzuları varsa, onlar yerinə yetsin. Bir gün mən də ailə üzvlərimlə birgə Şuşaya, ocağımıza yığışıb gedək.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1272   Tarix: 15 may 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Özcan Dəniz hakim qarşısına çıxdı

Keçmiş həyat yoldaşı Feyza Aktana şiddət göstərməsi səbəbi ilə məhkəməlik olan türkiyəli aktyor Özcan Dəniz hakim qarşısına çıxıb. Axşam.az-a istinadən xəbər verir ki, 1 il 6 ay həbsi tələb olunan aktyor Feyza Aktanın yalan dediyini bildirib:. "Övladımın qəyyumluğunu istədiyim üçün məni çətin vəziyyət

16.09.2021 1271
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı

Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl

16.09.2021 2059
.

Zamiqin oğlunun ad günündən - FOTO

Müğənni Zamiq Hüseynovun oğlu Zeynin 2 yaşı tamam olub. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi övladı ilə obyektiv qarşısına keçib. Zamiq birlikdə çəkdirdikləri şəkilləri izləyiciləri ilə bölüşüb. İfaçı paylaşımına "Sən nə böyük sevgisən. Ad günün mübarək, əziz oğlum" qısa şərhini yazı

18.09.2021 5961
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

TOP MP3