"Atamın qavalını satıram" - Xalq artistinin qızı
"Atamdan yadigar qalan qavalı satıram. Bu söhbət çoxdan var idi, sadəcə efir vasitəsilə deyilməmişdi. Nanə xanım sağ olsun, onun verilişində atam haqda reportaj getdi. Allah kərimdir, bəlkə bir yol açıldı?! Çünki mən bu məsələni ictimailəşdirməmişdim, sadəcə tanış-bilişə demişdim. Mənim başqa yolum yoxdur. Gedib heç kəsə ağız açıb, qapı döyən deyiləm. Heç baxan da yoxdur, kimin qapısını döyüm?! Ona-buna ağız açmaqdansa atamın öz dəfidir də, satıram. Ürəyim gəlməsə də belə satacam. Çox fikirləşib, götür-qoy etmişəm".
Axşam.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Xalq artisti Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova bildirib. O daha sonra əlavə edib:
"Qavalı ehtiyac üzündən satıram. Başqa satılmalı heç nəyim yoxdur. Gərək ki, bu qaval satılsın ki, mən bundan sonra həmin vəziyyətdən çıxa bilim. Bu qavalın da gərək fanatı, istəyəni olsun da. Qavalın qiymətini də bilirəm, soruşanlara demişəm. Bir çoxları deyir ki, biz Hacıbabanın çörəyini yeyirik, ondan öyrənmişik. Onlar mənim vəziyyətimi də, maddi durumumu da bilirlər. Bu mənim yaxşı günümdür, bundan da pis vəziyyətdə olmuşam. Hələ bir dəfə soruşmayıblar ki, nə yeyirsən? Nə içirsən? Bəlkə də sənət yoldaşları qavalı satdığımı bilsə məni qınayacaqlar, amma bir adam mənə bu mövzuda söz deməsin.
Kimin mənim aclığımdan, susuzluğumdan xəbəri olub? Bunun heç kəsə aidiyyatı yoxdur! Hələ bir neçə sənət yoldaşlarına da qavalın satılması ilə bağlı məlumat vermişəm. Qavalın satılması məncə xarici ölkədə, məxsusilə də İranda daha yaxşı baş tuta bilər. Çünki burada o qiyməti verməyəcəklər. Mən onu 200-300 manata satmaq istəmirəm ki. Bu qavalın özəlliyi ondan ibarətdir ki, Hacıbabanın qavalıdır. O vaxt istəyirdilər, mən heç satmaq haqda düşünmürdüm. Heç vaxt ağlıma da gəlməzdi ki, atamın əşyasını satacam".
"Atanızın qavalını hansı xanəndəmizin almağını istərdiniz" sualına isə sənətkarın qızı belə cavab verib:
"Çox istərdim ki, bu qaval Mələkxanım Əyyubova, Zabit Nəbizadə, Aqil Məlikova qismət olsun. Atam hər zaman bu xanəndələri çox istəyib. Zabit Nəbizadə hər zaman zəng edib bizi başa çıxır. Atamın doğum və anım günlərində məzarını ziyarət edir. Təəssüf ki, hamıda o vəfa yoxdur" .
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşSəyyad Əlizadə ECMO cihazına qoşuldu - YENİLƏNİB
Koronavirusa yoluxan sənətçi Səyyad Əlizadə ECMO cihazına qoşulub. Bu barədə -a onun qohumu Razim Qasımov məlumat verib. O bildirib ki, sənətçinin ağciyərlərinin yalnız 30 faizi çalışır:. "Ciyərlərin 70 %-də buzlu şüşə aşkarlanıb. Müalicəsi davam etdirilir. Süni koma vəziyyətində saxlanılır"
17.09.2021 4147 Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar
Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı
17.09.2021 2993 Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"
"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy
16.09.2021 2063 Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO
Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı
16.09.2021 4875 Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR
Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey
18.09.2021 4262 Damla plastik əməliyyatdan sonra - FOTOLAR
Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:
16.09.2021 9193 İlin ən gözəl qadını seçildi
"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb
17.09.2021 8355 Ayrıldıqdan 1 ay sonra yeni sevgili tapdı
Türkiyəli sosyal medya fenomeni Danla Bilic dünyanın öndə gələn kosmetik vasitələrini və ətirlərini ölkəyə gətirən şirkətin idarə heyətinin üzvü Yusuf Enginlə eşq yaşayır. Axşam.az türk mediasına istinadən xəbər verir ki, cütlük ötən gecə müğənni Ece Seçkinin toyundan sonra "Gizli qalsın" adl
16.09.2021 2059 Gülay Zeynallı koronavirusa yoluxdu: "7 gün sistem qoşdular"
Müğənni Gülay Zeynallı koronavirusa yoluxub. BİG.AZ xəbər verir ki, bu haqda ifaçı özü bildirib. Sənətçi xəstəliyi çox da ağır keçirmədiyini və tez zamanda əvvəlki sağlığına qovuşduğunu deyib:. "Bəziləri deyir ki, çoxlu dərmanlar əbul etdim amma xeyri olmadı. Açığı məndə belə olmadı. 7 gün davaml
18.09.2021 4164