"Oqtay olmasaydı, torpağın altındaydım"

"Oqtay olmasaydı, torpağın altındaydım""Arada pis oluram ki, niyə belə oldu? Saçım, qaşım yanıb. Qaşım yoxdur, effekt qoymuşam".

OLAY-ın məlumatına görə, bu sözləri "Location" adlı məkanda partlayışda 4-cü dərəcəli yanıq xəsarəti alan influenser Aysel Şükür deyib.

O, keçmiş həyat yoldaşı Oqtay Əhmədovun onu xəstəxanaya aparmasından söz açıb:

"Biz Oqtayla dostuq, o məni xəstəxanaya çatdırdı. Sağ olsun, o olmasaydı, indi torpağın altındaydım. O gəldi gördü ki, hamı şokdadır, heç kimin başı çıxmır ki, yanıq nədir? Qaz bədənimə təsir edib, bədənim şişib. Saçımı keçəl edirdilər, dedim eybi yox, nə var odur. Kipriklərim də yanıb. Ən pis ayaqlarımdır. Sabah əməliyyat olunacam. Ayağıma dəri köçürəcəklər. 6 ay heç bir şey etmək olmaz, sadəcə müalicə olunacam. Ayaqlarıma 4-cü dərəcəli yanıq diaqnozu qoyulub".

Aysel həmin gecə baş verənlərdən də danışıb:

"O qədər xəstəxanaya getdim ki, heç biri götürmürdü. Yaxşı ki, 5 nömrəli xəstəxanaya getməmişəm, indi həyatda deyildim, ölmüşdüm. Telefonlarımın iksi də tapılmadı, ancaq canımızı götürüb qaçmışıq. Yadıma düşür havalanıram, o barədə danışmaq istəmirəm. Çətinliklə yeriyirəm, oturmaq da olmaz. Yuxu dərmanları atıram deyə tezdən oyanıram. Ancaq uzanmalıyam".

İnfluenser hadisədən sonra atası, "Lifttəmir" İstehsalat Birliyinin keçmiş baş direktoru Qüdrət Şükürovun ona münasibəti ilə bağlı sualları da cavablayıb:

"Atam mənə hirslənməyib, həmişə yanımdadır. Orada nə var ki? Dostum Raulun ad gününə getmişdik. Ora bar deyil, pozğunxana deyil, hamının gedib əylənə biləcəyi məkandır. Mən də ad gününə getmişəm. Səhv işim yoxdur, çox şükür. İndi işləyə bilmirəm deyə, mənə atam baxır. Düzdür, utanıram. Amma inşallah düzəlim, yaxşı olacaq".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 12438   Tarix: 18 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Əbədi dünyada Allaha ilk şikayətim səndən olacaq"

Xalq artisti Naibə Allahverdiyeva sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa paylaşımında münasibətlər və qadın-kişi fərqləri ilə bağlı fikirlər yer alan görüntülər yayımlayıb. Aktrisa "Kişilər həyatı çox tez, qadınlar isə çox gec dərk edirlər…" sözlərini

08.08.2026 358
.

Salma Hayek nənə oldu - Fotolar

59 yaşlı aktrisa Salma Hayek ilk dəfə nənə olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Hollivud ulduzunun ögey oğlu Fransuanın həyat yoldaşı Lara Kozima sosial şəbəkə hesabında paylaşım edib. O, körpənin bir ay əvvəl dünyaya gəldiyini qeyd edib. "Həyat yoldaşım (dünyanın ən möhtəşəm Fransuası

14.08.2026 459
.

Merti daha bir serialda görəcəyik

Türkiyəli aktyor Mert Ramazan Demir daha bir serialda rol alacaq. Axşam.az xəbər verir ki, aktyor "Susuz yaz" adlı serialda çəkiləcək. O, "Hasan" obrazı ilə izləyicilərin qarşısına çıxacaq. Qeyd edək ki, aktyor hazırda "Delikanlı" serialında da çəkilir

15.08.2026 243
.

Kriştiano Ronaldo ilə evlənən Corcinanın keçmiş sevgilisi ilə fotoları yayıldı

Məşhur futbolçu Kriştiano Ronaldo ilə toyu olan Corcina Rodriqes gündəmdən düşmür. Bu dəfə isə o keçmiş həyatı ilə bütün diqqətləri üzərinə çəkib. xəbər verir ki, iddialara görə, 2016-cı ilə aid olan fotolarda Rodriqes bir bəylə ilə birlikdə əks olunub. Şəkillərin ekran görüntülərində paylaşımlarda

18.08.2026 652
.

"Uzak şehir"in aktyoru nişanlandı

Türkiyəli aktyor Burak Şafak evlənir. Axşam.az xəbər verir ki, aktyor adını açıqlamadığı sevgilisi ilə nişanlanıb. Qeyd edək ki, Burak "Uzak şehir"də "Kadir"ə həyat verir

18.08.2026 427
.

Kamil Zeynallının onun ilə SƏMİMİ ANLARI GÖRÜNTÜLƏNDİ - VİDEO

Tanınmış fitnes məşqçisi Kamil Zeynallı qızı ilə paylaşdığı görüntülərlə izləyicilərinin diqqətini çəkib. xəbər verir ki, idmançının övladı ilə keçirdiyi səmimi anları əks etdirən kadrlar sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Ata-balanın mehriban münasibəti izləyicilərin də diqqətində

16.08.2026 640
.

"Evlilik təklifi alanda yalnız bir şey istədim"

"Oğlum kinorejissorluq üzrə təhsilini bitirib. Bir müddətdən sonra mənə "Hollivuda getmək istəyirəm" dedi. Los-Ancelesdədir. Artıq 2 il olur. Onun üçün çox darıxıram. Hazırda kliplər, reklam çarxları çəkir. Film sektoruna hələ keçid etməyib. Çünki bunun üçün müəyyən bir müddət lazımdır

16.08.2026 393
.

"Qadın kimi xoşbəxt olmadım" deyib, ağladı

"Ürəyimdən gəldi, demək istədim. Ömrümün yarı hissəsini geridə qoyuram. Sevən, sevməyən hər kəs var olsun. Bu il çox insanda yanıldım, çoxu isə gözləmədiyim qədər doğmama çevrildi". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Zümrüd Bədəlova sosial şəbəkə hesabında yazıb. Ad günü olan aparıc

09.08.2026 509
.

Aygün Kazımovanın qızı İlqarə dəyişib TANINMAZ HALA DÜŞDÜ - FOTO

Xalq artisti Aygün Kazımovanın ifaçı qızı İlqarə Kazımovanın xarici görünüşü hər kəsi təəcübləndirib. xəbər verir ki, sosial mediada İlqarənin yeni görüntüləri marağa səbəb olub. Şəkildən görünür ki, Kazımova həddindən artıq çəki atıb, saçlarının rəngini dəyişdirib

16.08.2026 436
.