Gecə klubunda yaralanan qız: "Anayam deyə kluba getməli deyiləm?" - VİDEO

Gecə klubunda yaralanan qız: "Anayam deyə kluba getməli deyiləm?" - VİDEOAZXEBER.COM-un müsahibi Bakıda "Location" klubda partlayış nəticəsində yaralanan model Merlin Rzayevadır.

- Merlin xanım, həmin dəhşətli partlayışı necə xatırlayırsınız?

- Həmin hadisənin ancaq partlayış baş verəndən sonrasını xatırlayıram. Öncədən nə baş verdi, onu bilmədim. Möhkəm bir səs və bir anda hər birimiz yerdəyik. O anda huşumu itirmişdim, bilmirdim nə olub. Ayıldıqdan sonra dərk elədim. Mən ayıldıqdan sonra gördüm ki, ətrafda ölü və yaralı insanlar var. O qədər ani baş verdi ki, əvvəldən heç nə hiss etmədik.

- Açıqlamalarınızın birində demisiz ki, həmin kluba sahur üçün getmişdim...

- Mən açıqlamada demişdim ki, əgər sabahsı gün oruc olacamsa, orada yemək yemişəm ki, sabah üçün oruc tutum. O məkanə oruc tutmaq üçün getməmişdim. Mənim yerimə kim olur olsun, əgər səhəri gün oruc olacaqdısa, istər-istəməz oradakı nemətlərdən yeyəcəkdi. Media mənim sözümü təhrif etmişdi, elə sözü mən necə deyə bilərəm?

- Yəqin ki, dünyasını dəyişən Fərqanəni tanıyırdınız. Hadisə baş verməmişdən öncə onunla hər hansısa bir dialoqunuz olmuşdu? Onun son vəziyyətini necə xatırlayırsız?

- Fərqanə xanımla şəxsi tanışlığım olmayıb. Sadəcə bizim stolun yanında oturmuşdu və 2 xanım əylənirdilər. Onu tanımırdım, amma ki, sonra onun yanmağını canlı görəndə, eyni zamanda videolarını görəndə mənə çox pis təsir etdi. Çünki o nə qədər yansa da, sağ idi. Həyatını itirməyi mənə təsir etdi.

- Deyilənə görə, bloger Aysel Şükür sizi həmin yanğından xilas etmək üçün orada sizi gözləyib, hadisədən sonra onunla əlaqəniz olub?

- Biz xəstəxanada bir-birimizi gördük, çox sevindik. Aysel xanım düşünürdü ki, mən daşın altında qalmışam, artıq məni oradan çıxartmışdılar. O isə çıxdığımı bilmirdi, buna görə də hər kəsdən məni çıxarmalarını xahiş edirdi. Xəstəxanada bir-birimizi görəndə qucaqlaya bilməsək də, bir-birimizə qol açdıq. Mən də o hadisədə elə bilirdim ki, Ayselə nəsə olub, Aysel də elə bilirdi ki, mən ölmüşəm. Aysel orada məni axtararkən tüstünü udub. Videoların birində o mənim adımı çağıraraq, hər kəsin məni oradan çıxartması üçün fəryad edir. Mən o videonu xəstəxanada gördüm və ürəyim dağlandı. Aysel xanım öz dediyini edən xanımdı, nə dedisə, onun olmasını istəyir. Mən düşünməzdim ki, Aysel əlləri yanan halda məni içəridə axtarar. Çünki can şirin şeydir, onun orada "Merlin" qışqırışı və başqalarına kömək etmək üçün əlindən gələni etməsi onun ürəyinin böyüklüyündən xəbər verir.

- Sosial şəbəkələrdə həmin gecə klubunda olanlara qarşı izləyicilər tərəfindən aqresiya yaranmışdı. Buradan onlara nə demək istərdiniz?

- Öncədən həmin insanların fikrini qəbul etsəm də, qəlbim qırılsa da, sonradan həyatda qaldığım üçün çox şükür etdim. Mənim üçün artıq elə söhbətlər boş gəlir. Bu gün danışıb, sabah hər bir şeyi unudacaqlar. O insanlara danışmaq üçün bir mövzu lazım idi, buna görə də fürsətdən istifadə edib danışdılar. Sanki onlar günahsız bəndədirlər, sanki onların heç bir günahı yoxdur. Onların da günahı var, sadəcə üstü açılmayıb.

- Başınıza bu cür hadisə gəldi. Tanınmış bloger dostlarınızın hansından gözlədiyiniz münasibəti almadınız?

- Mən yanıma gəlmək istəyən insanlara deyirdim ki, gəlməsinlər. Daha çox tanımadığım insanlar gəlmək istəyirdi. Xəstəxanada isə buna icazə yox idi. Elə insanlar oldu ki, iki ayağını bir başmağa dirəsə də, gəlmədilər. Halbuki mən onlara təklif etməmişdim gəlin, özləri gəlmək istəyirdi. Ən çox mənim xəstəxanada deyib-gülməyim üçün əlindən gələni aparıcı Çinarə xanım etdi. Soli də yanıma gəldi, hər kəs sağ olsun.

- Həkimlər hazırda səhhətinizi necə qiymətləndirir?

- Səhhətim yaxşıdır, sadəcə bir az bədənimə infeksiya keçib. Buna görə də ayağımdakı yaralar sağalmır. Həmin yaralar mənə gəzməkdə çətinlik verir, amma inşallah ki, düzələcəm.

- Övladınız bu hadisəni necə qarşıladı?

- Çox pis oldu, çünki onun bütün ümidləri mənəm. Partlayışda rəfiqəm məni axtararkən qızıma zəng edib və ondan mənim hansı xəstəxanada olduğumu soruşub. 2 gün qızım bu hadisənin təsiri altında oldu. Mənim qızımın belə mehriban olmasını xəstəxanada gördüm.

- Bəzi insanlar deyir ki, övladı olan ananın gecə saat 3-də klubda nə işi var idi? Onlara nə demək istəyirsiniz?

- Biz dünyaya övlad gətiririk, amma bu o demək deyil ki, həyatımızı yaşamamalıyıq. Mən gənc yaşda ana olmuşam və ana olmuşamsa, o demək deyil ki, mən hansısa istədiyim şəkildə yaşamaya bilmərəm, istədiyim yerə gedə bilmərəm. Məgər anayam deyə gecə klubuna getməli deyiləm? Bunun analıqla heç bir aidiyyatı yoxdur. Mənim qızım artıq böyük qızdır və o tək qalmır, anam, nənəm yanında olur. Mən hər zaman o saatlarda çölə çıxmıram.

- Sizi yanğından bir oğlan xilas edib. O kim idi? Hazırda onun vəziyyəti necədir?

- Tez-tez bir-birimizin kefini, halını soruşuruq. Mən o insana sonsuz dərəcədə minnətdaram. Bəlkə də mən sağ qalardım, amma bədənimin bütün hissələri yanardı, buna görə də ona məni xilas etdiyi üçün ömrü boyu minnətdar olacam. Məni xilas etdiyi üçün özü də yanıb. Ondan soruşuram ki, məni xilas etdiyin üçün peşman deyilsən? Deyir ki, yenə olsa, yenə edərəm.

- Müsahibələrinizin birində demisiniz ki, atanız xərçəng xəstəsidir, mənə bir şey olsaydı, atamın vəziyyəti pis olardı. Başınıza gələnlərdən xəbərdar oldu?

- Mən xəstəxanada yatmadım, çünki o xəstəxanada xəstələrə yaxşı baxmırdılar. Səhərə yaxın özümü çox pis hiss etdim, düşündüm ki, birinci atamın yanına gedim. Çıxan kimi birbaşa atamın yanına getdim. Onu gördüm və atam xəstə olduğu üçün çox pis oldu və dedi ki, "Sənı bir şey olsaydı, mən nə edərdim?". Bilirəm ki, başıma nəsə gəlsəydi, atam dərddən yaşamazdı.

- Yanğından sonra dövlətin sizə hər hansısa köməyi dəydi?

- Dövlət kompensasiya ödəcəyini bildirdi. Prokurorluqdan da gəldilər, izahat aldılar. Tibbi ekspertiza gəldi və yanmış hissələrimizi çəkdilər. Orada çoxumuzun telefonları, pulları yandı, əşyalarımız yandı. Bildirdilər ki, kompensasiya olacaq. Sanki həmin günü nə var, nə yox ən dəyərli əşyaları çantama yığmışdım.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2042   Tarix: 17 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülay görünüşü və yeni tərzi ilə diqqət çəkib. Fotolarda onun anası və qızı da yer alıb. Paylaşıma xoş sözlər yazıblar. Həmin fotoları təqdim edirik

01.11.2026 839
.

Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi

Ulduz futbolçu Kriştiano Ronaldonun özəl təyyarəsində çalışan qadın pilotu işdən çıxardığı iddia olunur. Bu qərarın arxasında isə həyat yoldaşı Corcina Rodrigesin dayandığı bildirilir. xəbər verir ki, Ronaldonun təyyarəsində pilot kimi çalışan Sofiya Vens adlı qadınla futbolçu arasındakı yaxın münasibə

03.11.2026 805
.

79 yaşlı müğənni gənc qalma sirrini açıqladı

Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn

01.11.2026 508
.

"Başkalarının hayatı" da yayımlanmayacaq

"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını

31.10.2026 536
.

Tacir Şahmalıoğlu Fədayə Laçının yolunu gözləyib: "Gəlmədisə, sağ olsun"

Müğənni Fədayə Laçın duet ortağı Tacir Şahmalıoğlunun səhhəti ilə maraqlanmayıb. Qaynarinfo xəbər verir ki, Tacir Şahmalıoğlu müsahibələrinin birində bu barədə danışıb. Müğənni Fədayə Laçının onu ziyarət edəcəyini gözlədiyini də gizlətməyib:. "Fədayə Laçın gəlmədi, amma ondan umdum. İstədim ki

27.10.2026 900
.

Ukrayna Baskov, Kirkorov və Priqojini qara siyahıya saldı

Rusiyanın Xalq artistləri - Nikolay Baskov və Filipp Kirkorov, eləcə də musiqi prodüseri İosif Priqojin Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına salınıblar. xəbər verir ki, bu barədə "War&Sanctions" məlumat bazasının portalında dərc olunub. Baza tərtibatçılar

17:20 126
.

Konsertindən 1,3 milyard qazanaraq rekorda imza atdı

Kanadalı müğənni The Weeknd solo ifaçılar arasında konsert turundan əldə olunan gəlirə görə dünya rekordunu qırıb. Onun "After Hours Til Dawn" adlı qastrol səfəri bütün zamanların ən çox gəlir gətirən solo turu olub. Axşam.az xəbər verir ki, bu barədə "Variety" nəşri konsertləri

07.11.2026 217
.

Nailə İslamzadədən danışan Çingiz Abdullayev: "40 il əvvəl atam sevirdi, indi mən..."

Xalq yazıçısı Çingiz Abdullayev etirafı ilə diqqət çəkib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə dəvət olunan yazıçı Əməkdar artist Nailə İslamzadəyə olan rəğbətindən danışıb. "40 il əvvəl Nailə xanımı atam sevirdi, indi də mən sevirəm. Onu görəndə inanmadım ki, necə belə yaxşı qalıb

03.11.2026 656
.

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib

Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Şukşina məlumat verib. Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məluma

07.11.2026 209
.