Osmanlı imperiyasında Ramazan necə qeyd olunurdu?

Osmanlı imperiyasında Ramazan necə qeyd olunurdu?İslamın müqəddəs bayramları içərisində Ramazan bayramı mühüm yer tutur. Bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlayır. Oruc Ramazan ayında tutulduğu üçün ona "Ramazan orucu" da deyirlər.

İslamda ilin ayları arasında Ramazan ayı ən şəfaqətli və müqəddəs ay hesab edilir. Onu məcazi şəkildə "on bir ayın sultanı" da adlandırırlar.

600 illik yaşı olan Osmanlı imperiyasında Ramazan ayının hər zaman xüsusi yeri olub. O dövrlərdə həmişə bu bayram böyük coşğu və sevinclə qarşılanıb.

Sonxeber.az-ın məlumatına görə, Lent.az böyük Osmanlı imperiyasında Ramazan ayının necə qeyd olunması ilə bağlı kiçik yazı hazırlayıb.

O dövrlərdə Ramazan ayının gəldiyini necə bilirdilər?

O dövrlərdə texnologiyanın olmaması Ramazanın gəlişini təyin etmək üçün ciddi problemə çevrilirdi. Bu bayram, adətən qış aylarına təsadüf etdiyi üçün vəziyyət daha da çətinləşirdi. Normal şərtlərdə Ramazan ayının gəlişi hilalın görünməsi ilə əlaqələndirilirdi. Bu zaman hilalın görünməsi səlahiyyətli qurumların təyin etdiyi şəxsə, yəni hakimə çatdırılır, daha sonra isə ictimaiyyətə açıqlanırdı.
Osmanlı imperiyasında Ramazan necə qeyd olunurdu?Amma buludlu havalarda ay görünmədiyi üçün əvvəlki ayların başlanğıcını müəyyən edən rəsmi qeydlərə baxılır, daha sonra hakim və digər vəzifəli şəxslərin iştirakı ilə Ramazan ayının başlandığı xalqa elan edilirdi.

Bu zaman məscidlərin minarələrinin bəzədilməsi Ramazanın gəlişini bildirən əlamətlərdən biri idi.
Osmanlı imperiyasında Ramazan necə qeyd olunurdu?Bəs, on bir ayın sultanı Ramazan Osmanlı dövründə necə qeyd olunurdu ?

Bu zaman hər evdə təmizlik işləri görülər, axşam yeməyi üçün cürbəcür nemətlər hazırlanardı. Osmanlıda Ramazanda xalq, yoldaşına, dostuna qohum-əqrabasına iftar verməyi böyük bir ibadət qəbul edər, qonaq yola salmaq üçün səy göstərərdilər. Ramazan boyunca iftar vaxtlarında qapılar açıq saxlanılırdı. Beləcə yolda qalan və ehtiyacı olan hər kəs istədiyi evə girər iftar süfrəsinə daxil olardu. Bunun üçün tanış olmağa gərək yox idi və iftar üçün gələnin kim olduğu da əsla sorulmazdı. İftar süfrələrindən sonra kasıb ailələrə "fitrə" adı ilə pul və müxtəlif hədiyyələr verilirdi. Bayram süfrələri, adətən padşah saraylarında təşkil olunurdu və bu ənənə ikinci Məşrutiyyət dövrünə qədər davam etmişdi.
Osmanlı imperiyasında Ramazan necə qeyd olunurdu?Xalq yaxşılıq etməkdə bir-biri ilə yarışırdı...

Ramazan ayının böyük sevinclə qarşılandığı Osmanlı imperiyasında, insanların ehtiyacı olanlara kömək etmək üçün yarışdığı deyilir. O illərdə imkanlı insanlar baqqala, məhəllə qəssabına gedərək kasıbların borclarını ödəyərmişlər. Osmanlıda Ramazan günlərində zənginlər, heç tanımadıqları bölgələrdəki tacir dükanlarına gedər, onlardan nisyə dəftərini çıxarmalarını istəyərdi. Başdan, əvvəldən və ortadan təsadüfi şəkildə səhifələrin yekununu hesablatdırıb, "Bunların borclarını silin… Allah qəbul etsin" deyər və çıxıb gedərdilər. Borcu ödənən borcunu ödəyənin kim olduğunu, borcu ödəyən isə kimi borcdan xilas etdiyini bilməzdi.

Həmin dövrdə ən vacib adətlərdən biri də məscidlərdə, bazar kimi xalqın çox olduğu yerlərdə "sədəqə qutuları"nın qoyulması idi. Yardımlar çox zaman axşam vaxtı edilirdi. Bu addım əsasən ehtiyacı olan insanların utanmaması üçün idi.
Osmanlı imperiyasında Ramazan necə qeyd olunurdu?"Qədr gecəsi" nədir və necə qeyd olunurdu?

Ramazan ayının bitməsinə və bayramın başlamasına sayılı günlər qalmış müsəlmanlar üçün çox vacib olan hadisələrdən biri, "Qədr gecəsi" qeyd olunurdu. "Quran"ın nazil olunduğu gecə "Qədr gecəsi" adlanır. Bəziləri "Qədr gecəsi" ilə "Quran"ın ilk ayələrinin nazil olduğu gecəni qarışdırırlar. Besət gecəsi rəcəb ayının 27-ci gecəsidir. "Qədr gecəsi"nin konkret hansı gecə olması mübahisəlidir. Amma İslam peyğəmbəri və imamlardan gələn rəvayətlərə görə Qədr gecəsi Ramazan ayının 19, 21 və 23-cü gecələrindən biridir. Bu gecələr dilimizə "Əhya gecələri" kimi daxil olunub.

Osmanlıda "Qədr gecəsi" zamanı insanlar məscidə getməyə diqqət yetirərmişlər. Xalq buraya gəlib bu gecəyə xas olan namazları qılardılar.

Ramazanın son gününü dövlət və xalq məscidlərdə keçirirdi...

Bayram günlərində dövlət adamları sultan sarayına gələrək Ramazanı qeyd edərdilər. Dəvətnamələr bayramdan bir gün əvvəl yollara, küçələrə tökülürdü. Topqapı sarayına gələrək sübh namazından sonra üləma, ümər və ocaq ağaları xalqın Ramazan bayramını təbrik edirdi. Daha sonra bayram yürüşü başlayır, böyük bir karvan şəklində Ayasofiya, Sultan Əhməd, Süleymaniyyə və Fatih məscidlərinə gedərək bayram namazı qılınırdı.

Osmanlı imperiyasında Ramazan necə qeyd olunurdu?


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1122   Tarix: 13 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlər və yaxın insanlarla ünsiyyətdir. xəbər verir ki, dostlarla ünsiyyət saxlama

09.11.2026 182
.

Krit sahillərində faciə: Gəmidən 12 miqrantın meyiti çıxarıldı

Yunanıstan Sahil Mühafizəsi Xidməti Krit adası sahillərində xilasetmə əməliyyatı keçirib. "Reuters"ə istinadən xəbər verir ki, əməliyyat zamanı gəmidən 12 miqrantın meyiti çıxarılıb. Hazırda onların ölüm səbəbləri müəyyənləşdirilir. Xilasedicilər Kaloy-Limenes limanından təxminən 15 dəniz mil

09.11.2026 179
.

İzmirdə fabrikdə partlayış olub, ölən və yaralananlar var

İzmirdə fabrikdə güclü partlayış baş verib. "NTV"nin xəbərinə görə, partlayış İzmirin Əliağa rayonunda yerləşən dəmir-polad fabrikində qeydə alınıb. Partlayışın ardınca ərazidə böyük yanğın başlayıb. İlkin məlumata görə, çoxsaylı ölü və yaralı var

09.11.2026 203
.

Bu ölkədə 16 yaşdan kiçiklərə alış-veriş saytları qadağan olunur

Böyük Britaniya hökuməti 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq planlarını genişləndirərək, daxilində mesajlaşma funksiyası olan onlayn alış-veriş platformalarını və tətbiqlərini də bu qadağaya daxil etməyi nəzərdən keçirir. "Qafqazinfo" xəbər verir ki, Britaniyanı

09.11.2026 204
.

Bakıda yeni alınan avtomobilin üstünə qaz borusu aşdı

Bakının Köhnə Suraxanı qəsəbəsində küləkli hava şərəiti səsəbilə ağac aşıb. "Qafqazinfo" xəbər verir ki, hadisə zamanı ağac qaz borusunun üzərinə düşüb. Boru isə yaxınlıqda park edilmiş avtomobilin üzərinə düşüb. Məlumata görə, zərərçəkən avtomobilin sahibi maşını 15-20 gün əvvəl alıbmış. Qey

09.11.2026 260
.

"Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Hacıqabul rayonundan paylaşım edib. xəbər verir ki, o, paylaşımına "Hacıqabul rayonu, Bakı yolunda. Təbii Qələbə Tağı. 9.11.26" qeydini əlavə edib. Videonu buradan izləyin!

09.11.2026 230
.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. xəbər verir ki, qəhvə içdikdən dərhal sonra qısa müddət yatmaq insanın daha tez gümrahlaşmasına kömə

09.11.2026 139
.

Lorenzo Mezzotero millinin heyətindən çıxarıldı

Milli komandamızın futbolçusu Lorenzo Mezzotero son çempionat matçında zədələnib. xəbər verir ki, bu barədə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məlumat yayıb. Zədəsi səbəbindən Lorenzo Mezzotero milli komandanın heyətindən çıxarılıb. Onun əvəzinə "Araz-Naxçıvan" klubunun futbolçus

09.11.2026 174
.

Almaniya prezidenti postunda qadın görmək istəyir

Almaniya kansleri Fridrix Merts ölkənin ilk qadın prezidenti postuna İlze Aygnerin namizədliyini dəstəkləyib. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Mənbələrin bildirdiyinə görə, Merts partiyadaxili görüş zamanı İ.Aygnerə dəstəyini ifadə edib

09.11.2026 195
.