Azərbaycan bir ayda beş milyon dollar xərclədiyi məhsulu Qarabağın hesabına təmin edə bilər

Azərbaycan bir ayda beş milyon dollar xərclədiyi məhsulu Qarabağın hesabına təmin edə bilərEkspertin fikrincə, Qarabağ və Şərqi Zəngəzur rayonlarında heyvandarlıq sahəsindəki yüksək potensial bərpa edilməklə yanaşı, yaxın gələcəkdə daha da inkişaf etdirilməlidir. İşğaldan azad edilmiş ərazilərdə ildə 30 min ton ət istehsalı proqnozlaşdırılır ki, bu da ölkənin özünü ətlə təmin etməsi baxımından əhəmiyyətli rəqəmdir.

Bu barədə "Kaspi" qəzetində maraqlı araşdırma dərc olunub.

Tələbatı tam ödəmək məqsədilə bir çox ərzaq məhsulları ölkəyə xaricdən idxal edilir. Bu sıraya ət və ət məhsulları da daxildir. Ət məhsullarının idxaldan asılılığını azaltmaq üçün indiyədək dövlət qurumları tərəfindən aqrar sahəyə ciddi dəstək olunub. Hər ötən il bu sahədə statistik göstəricilər müsbətə doğru dəyişib. Lakin hələ də ət və ət məhsulları sahəsində idxaldan asılılıq var. Belə ki, Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, bu ilin yanvarında Azərbaycan 5 milyon 720.46 min ABŞ dolları dəyərində 3 165.38 ton ət idxal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə müvafiq olaraq 32.9% və 34.3% çoxdur.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayında ölkənin xaricdən ət alışının həcmi 2 357.85 ton olub. Buna xərclənən vəsait isə 4 milyon 304.93 min dollar təşkil edib. Maraqlıdır, ətin idxalındakı artım nə ilə bağlıdır? İdxalı azaltmaq üçün hansı işlər görülməlidir?

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında iqtisadçı alim Mahir Zeynalov bildirdi ki, Azərbaycan ətə olan tələbatını tam ödəyə bilmədiyindən, əlavə olaraq xaricdən ət və ət məsulları idxal edir: "Nə qədər qəribə səslənsə də, ətin idxal qiymətləri yerli istehsal qiymətlərindən ucuzdur. Ancaq idxal ətinin keyfiyyəti aşağıdır. Ona görə, keyfiyyətsiz olsa da, idxalçılar ucuz ət idxalında maraqlıdırlar. Bu ucuz ətdən, əsasən, yeyinti sənayesində, kolbasa istehsalında istifadə edilir. Ona görə də ilin ilk ayında idxalda artım qeydə alına bilər. Bununla belə, son aylarda daxili bazarda yerli ətin bahalaşması da idxalı stimullaşdırır. Həm də idxalda qeyd edilən artım ötən ilin yanvar ayı ilə müqayisədə ortaya çıxıb, il boyu ət idxalında belə yüksək artım gözlənilmir".

İqtisadçı ekspert vurğuladı ki, Azərbaycanın özünü ətlə təminetmə səviyyəsi 84,5%-dir: "Ölkədə ildə (2020-ci ildə) 346 min ton ət istehsal olunur, daxili tələb 410 min tondur, 63,6 min ton ət idxal edilir. Quş əti ilə təminetmə səviyyəsi isə 79%-dir. Ölkədə ildə 115 min ton quş əti istehsal edilir, daxili tələb 146 min tondur, 31 min ton idxal edilir. Ölkəmiz yalnız qoyun əti ilə özünü təmin edə bilir (97%). 2021-ci ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə quş əti də daxil olmaqla, diri çəkidə ət istehsalı 3,2 faiz artaraq 507,3 min ton olmuşdur.

Dünya bazarında ət istehsalı artsa da, ona tələb də yüksəlir. Hətta BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksinə görə, 2021-ci ildə ət 12,7%, süd məhsulları 17% bahalaşıb. Orta gəlirli ölkələrdə insanlar heyvandarlıq məhsullarına və balığa üstünlük verməyə başlayıblar. Bahalaşmaya əsas səbəblər koronavirus pandemiyasının dünya iqtisadiyyatına vurduğu ziyan, bir sıra ölkələrin kənd təsərrüfatı məhsullarının ixracına məhdudiyyətlər tətbiq etməsi, ixrac rüsumlarını artırması, ixracatçı ölkələrin daxili ərzaq ehtiyatlarını artırmağa yönəlmiş siyasəti, əlverişsiz iqlim dəyişiklikləri, dünyada ərzağa, xüsusən də ekoloji təmiz məhsullara tələbatın artması kimi amillərdir. Hətta 2022-ci ildə də qiymət artımlarının davam edəcəyi gözləniləndir".

M.Zeynalov qeyd etdi ki, işğaldan azad edilmiş torpaqlarda heyvandarlığın inkişaf etdirilməsi hesabına ət istehsalının artırılması mühüm əhəmiyyət daşıyır: "Bu, həm də ərzaq təhlükəsizliyi, daxili bazarın ekoloji təmiz, keyfiyyətli ət və ət məhsulları ilə təmin olunması baxımından vacibdir. İşğaldan azad olunmuş torpaqlarda kənd təsərrüfatı dirçəldikdən sonra Qarabağda əsas aparıcı sahələrdən biri heyvandarlıq məhsullarının, o cümlədən ət istehsalı olacaq: "İşğaldan azad edilmiş rayonlarda ildə 30 min ton ət istehsalı proqnozlaşdırılır ki, bu da ölkənin özünü ətlə təminetmə səviyyəsinin yüksəlməsi və idxalın əvəzlənməsi baxımından əhəmiyyətli rəqəmdir. Bu rayonlarda kənd təsərrüfatı dirçəldikdən sonra Azərbaycan özünü mal, qoyun və keçi əti ilə tam təmin edə biləcək".

İqtisadçı-alimin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə ənənəvi heyvandarlıq sahələri yüksək potensiala malikdir: "Qarabağda heyvandarlığın inkişafı üçün təbii şərait var. Heyvandarlıq Qarabağın iqtisadiyyatında özünəməxsus mühüm yer tutan ənənəvi sahələrdən biridir. 1980-ci illərdə Qarabağ və ətraf rayonlarda 321 min baş iribuynuzlu (ondan 110,3 min başı inək və camışlar), 1106,7 min baş xırdabuynuzlu heyvanlar bəslənilirdi. İribuynuzlu heyvanların sayının ölkə üzrə cəmi heyvan sayına nisbəti 16,2%, xırdabuynuzlu heyvanların sayının ölkə üzrə cəmi heyvan sayına nisbəti isə 19,3% təşkil edirdi ki, bu da o dövr üçün kifayət qədər əhəmiyyətli rəqəmlərdir. Qarabağın iqtisadiyyatında ənənəvi sahə olan heyvandarlıq yaxşı inkişaf etmişdi. Belə ki, 1980-ci illərdə keçmiş Yuxarı Qarabağ və Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında ildə 27,5 min ton ət, 163,8 min ton süd, 94,3 milyon ədəd yumurta istehsal edilirdi. Ölkə üzrə ət və süd istehsalının 15%-i, yumurta istehsalının isə 8,8%-i bu regionun payına düşürdü. Qarabağ və Şərqi Zəngəzur rayonlarında heyvandarlıq sahəsindəki yüksək potensial bərpa edilməklə yanaşı, yaxın gələcəkdə daha da inkişaf etdirilməlidir".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 2098   Tarix: 09 aprel 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan finala keçə bilmədi

Xəbər verdiyimiz kimi, "Avroviziya-2026" mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilir. Axşam.az-ın məlumatına görə, gecədə 15 ölkənin təmsilçisi mahnılarını səsləndirib. Yarışmada ölkəmizi "Just go" mahnısı ilə təmsil edən Jiva finala çıxa bilməyib. Bolqarıstan, Ukrayna, Norveç

10:19 263
.

Rusiya Ukraynanı müharibə başlayandan bəri ən böyük dron hücumuna məruz qoyub

Ukrayna hakimiyyətinin məlumatına görə, gecə ərzində Rusiya tərəfindən Ukraynanın paytaxtı Kiyevə endirilən böyük zərbələr nəticəsində ən azı 17 nəfər həlak olub, onlarla insan yaralanıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, Rusiya çərşənbə axşamını

10:34 175
.

Dünya Şəhər Forumu Bakıya hansı üstünlükləri qazandıracaq?

"BMT tərəfindən təşkil olunan World Urban Forum 13 (WUF13) urbanizasiya və dayanıqlı şəhər inkişafı sahəsində dünyanın ən nüfuzlu platformalarından biridir. Forumun əsas məqsədi sürətli urbanizasiyanın şəhərlərə, iqtisadiyyata, ekologiyaya və sosial həyata təsirini müzakirə etməkdir". Bun

14:49 142
.

Paşinyanın tort reaksiyası gündəm oldu

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin xəritəsi formasında hazırlanmış tortu kəsməkdən imtina edib. xəbər verir ki, həmin anın görüntüləri Radar Armenia tərəfindən Telegram kanalında paylaşılıb. Hadisə Paşinyanın seçki kampaniyası çərçivəsində Gülyakarak icmasına səfəri zamanı baş verib. Sakinlə

10:59 267
.

Qızıl və gümüş ucuzlaşır

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,03% azalaraq 4 705,6 ABŞ dollarına bərabər olub. COMEX-d

14.05.2026 259
.

Kəllə-paça və içalat: fayda və ehtiyat balansı

"Heyvanların içalatının istehlakı əslində qədim mətbəx mədəniyyətimizin bir hissəsidir. Qida dəyəri baxımından qaraciyər, hətta bəzi hallarda bir kiloqram ən keyfiyyətli file ətindən daha zəngin hesab olunur. Qaraciyər yalnız dəmir mənbəyi deyil, eyni zamanda B12 vitamini, fol turşusu və A vitamin

15:40 161
.

Tramp üçün Çində vida mərasimi keçirildi

ABŞ prezidenti Donald Trump Çinə rəsmi səfərini başa vurub. xəbər verir ki, bu barədə Fox News məlumat yayıb. Məlumata görə, Tramp ABŞ-a qayıtmaq üçün "Air Force One" təyyarəsinə minməzdən əvvəl qısa vida mərasimində iştirak edib. [hh4-unikal]

11:23 181
.

Tramp Çinə səfərini başa vurub ABŞ-a qayıdır

Prezident Donald Trampın korteji Çindən yola düşüb ABŞ-a qayıtmaq üzrə olan Pekin Beynəlxalq Hava Limanına çatıb. BİG.AZ CNN-ə istinadən xəbər verir ki, asfaltda fəxri qarovul dəstəsi düzülüb və Hərbi Hava Qüvvələri Birinci təyyarəsinin pilləkənlərinə qırmızı xalça sərilib. Bundan əvvəl o, Çin lider

10:26 162
.

Latviya baş naziri istefa verdi

Latviyanın Baş naziri Evika Silinya istefa verib. xəbər verir ki, bu barədə ölkənin LSM dövlət teleradio portalı məlumat yayıb. Məlumata görə, baş nazirin parlament qarşısında çıxışı gözlənilirdi, lakin o, Nazirlər Kabinetində mətbuat konfransı keçirib və istefasını elan edib. Hökumət böhranı 7 mayd

14.05.2026 248
.

TOP MP3