"Çoxları bayağı mahnıları ifa edənlərə gizlin qulaq asır" - Xatirə İslam
"Sizcə bu gün insanlar özü peşəkar Musiqini dinləmək istəyir, yoxsa "şandrika" mahnıları? Bu gün ölkədə hansı musiqilər dillər əzbəri olur? Hansı mahnılar daha çox sevilir?".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam instaqram hesabında yazıb. Sənətçi bildirib ki, reytinq yaradan, qalmaqala səbəb olan ifaçılara və mahnılarına daha çox tələbat var:
"Gəlin, düz danışaq. Siz ifaçını bayağı mahnı ilə daha çox tədbirlərinizə dəvət edirsiniz. Deməli, sizə belə mahnılar lazımdır. Bu gün ölkədə baş tutan tədbirlərdə ən çox hansı musiqilər səslənir? Bu gün daha çox səhnə dəvəti alanlar hansı ifaçılardır? Bu gün efirlərdə reytinq, gündəm yaradan hansı ifaçılardır? Qalmaqala çox baxırsınız, yoxsa musiqili verilişə? Aparıcı görəndəki qalmaqal edib və bütün reytinqləri vurub, ölkə o verilişdən danışır, belə də davam edir, nə etməlidir? Sizə nə maraqlıdırsa, ifaçılar sizə onu hazırlayıb təqdim edir.
Qaldı bayağı dediyiniz ifaçıların çox tələbatlı olmağı. Tədbirlərinizə ifaçı yəqin ki, özü gəlmir, siz dəvət edirsiniz, yüksək qonorar verirsiniz. Bu da o deməkdir ki, "şandrika" mahnılara daha çox tələbat var. Musiqi duyumu olmayan və maddi durumu yüksək olan insanlar bu gün çoxluq təşkil edir. Hamının zövqünə hörmətlə yanaşaraq demək istəyirəm ki, əziz ifaçılar və səhnəyə çıxanlar, bayağı musiqi yoxdur, bayağı ifa var. Mahnıları 2 saata aranjiman etdirməyin. Bir mahnının 20 il dinlənməyini istəyirsinizsə, səslənməyə, vurğulara, aranjimana diqqət edin ki, gələn il dinlənəndə o səslənmə sizə köhnə kimi gəlməsin. Çoxları bayağı mahnıları ifa edənlərə gizlin qulaq asır (çünki içi odur). Amma məclisinə səviyyəli musiqi təqdim edən ifaçıları dəvət edir. Özünüz olun, daha bəsdir. Sərbəst olun, içiniz istədiyi adam olun. Zövqünüzdən utanırsınızsa, bir az dəyişin, xanımlar və cənablar".
Qeyd edək ki, bir müddət əvvəl Əməkdar artist Sevda Ələkbərzadə İçərişəhərdə konsertdən bir video paylaşaraq, mahnını tənqid etmişdi. Sözügedən mahnı isə Türkan Vəlizadənin "Ağlıma bir ad gəlir" ifası olub. Türkan da tənqidlərə "Sizə Türkanı sevdirən mahnıdır. Xoş günlərinizdə ilk olaraq bu bəstəni məndən istəyirsiniz. Ataların bir misalı var: Azlıq hər zaman çoxluğa tabe olub" sözləri ilə cavab verib.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşXoşqədəm TANINMAZ HALDA - FOTO
Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni görüntülərini paylaşıb. Fotoda aparıcının çəki alması və dəyişimi diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:
00:06 416 Bacısı qızının ölümündən danışdı - "Övladları bilmir"
Xalq artisti Məleykə Əsədova bir müddət əvvəl İranda dünyasını dəyişən bacısı qızı Minanın faciəli həyat hekayəsindən danışıb. Axşam.az xəbər verir ki, aktrisa bu barədə "Qonaqcanlı" verilişində söz açıb. M.Əsədova bildirib ki, bacısı 1992-ci ildə ailə qurub və həyat yoldaşı ilə Təbrizdə yaşayıb:
07.11.2026 265 "Mən əməliyyatda olanda bacımın ürəyi gedib"
"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi
31.10.2026 522 "Sevgilim 3 il məni aldatdı"
Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı etiraflar edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədəki canlı yayım zamanı sonuncu münasibətinin üç il davam etdiyini bildirib. O, həmin müddətdə qarşı tərəfin ona dəfələrlə yalan vədlər verdiyini söyləyib. Pərvin ailə qurmaq və ana olmaq arzusund
07.11.2026 257 Miss Mister Of Azerbaijan 2026 - Final Gecəsi
Ollin Professional`ın baş sponsorluğu ilə keçirilən Miss Mister Of Azerbaijan 2026 Milli Gözəllik Müsabiqəsinin final gecəsi 28 oktyabr Elektra Events Hall`da baş tutdu. Müsabiqədə münsiflər heyəti, zalda əyləşən tamaşaçılar və idarə heyətinin verdiyi səslərlə qaliblər müəyyən olundur. Layihənin Münsi
03.11.2026 625 Böyük qızı Xalq artisti ilə fotosunu paylaşıb bunları yazdı
Qızı Hökumə Xalq artisti Mələkxanım Eyubova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, anası ilə fotosunu yayımlayaraq bunları yazıb:. "Ana, ad günün mübarək! Sənə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Hər gün sənə sevinc, təbəssüm və istilik bəxş etsin
12:10 169 "Yeraltı"nın cütlüyündən ilk birgə - Foto
Türkiyəli aktrisa Devrim Özkan ilk dəfə sevgilisi, aktyor Deniz Can Aktaşla birgə çəkilmiş fotosunu instaqram hesabında paylaşıb. Axşam.az xəbər verir ki, o, çimərlikdə birlikdə lentə alınan fotosunu izləyiciləri ilə bölüşüb. Qeyd edək ki, cütlük "Yeraltı" serialından sonra sevgili olub. Onla
31.10.2026 552 Bu foto Flora Kərimovanı təsirləndirdi
Xalq artisti Flora Kərimova ailəsi ilə bağlı maraqlı paylaşım edib. Axşam.az xəbər verir ki, sənətçi qızı Zümrüd və oğlu Oktay ilə süni intellekt vasitəsilə hazırlanan fotosunu izləyiciləri ilə bölüşərk bunları yazıb:. "Oğlum, qızım və mən. Süni zəka ilə hazırlanan heç bir şeyi sevməsəm də, bu rəsmd
31.10.2026 493 "Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm"
Əməkdar artist Bəsti Sevdiyeva qızının xaricdə təhsil alması və ailə həyatı qurması ilə bağlı maraqlı açıqlama verib. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, qızı xaricdə təhsil alıb və ailə qurduğu şəxs də onun tələbə yoldaşı olub:. "Qızı
14:00 192