Daha bir Xalq artisti Rusiyanı birdəfəlik tərk etdi

Daha bir Xalq artisti Rusiyanı birdəfəlik tərk etdiRusiyanın Xalq artisti Çulpan Xamatova ölkəsini tərk etdiyini təsdiqləyib.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, aktrisa bunla bağlı "YouTube"da yayımlanan "Скажи Гордеевой" şousunda danışıb.

"Hadisələr başlayanda Rusiyada deyildim. İlk günlər nə edəcəyim haqda düşündüm. Əvvəl qərar verdim ki, bir müddət haradasa qalım. Sonra isə anladım ki, Rusiyaya geri qayıtmaq lazım deyil. Hazırda Latviyadayam. Öz vətənimi çox sevirəm, xəyanətkar deyiləm" deyə, Çulpan bildirib.

Aktrisa yeni qaydalar və yalanlara görə Rusiyaya qayıtmaqdan çəkindiyini deyib:

"Rusiyaya qayıtmaq üçün iki çarəm var: müharibə haqqında danışmağı dayandırmalıyam, fikir verməməliyəm. Ukraynalı dostlarımdan aldığım məlumatlara, orada yaşananlara baxmayaraq susmalıyam. Özümə, insanlara yalan danışmalı və düzgün olmayan qayda ilə yaşamalıyam. Bu, qaraya ağ deməyə məcbur olmaq kimidir.

Əvvəl müharibəni dəstəkləmədiyim üçün üzr istəməliyəm. Sonra isə mənə deyiləcək ssenari ilə oynamalıyam. Bu, Rusiyaya qayıtmağımın yeganə çıxış yoludur. Bunu etsəm həbsxanada yatmaya bilərəm".

Aktrisa Riqada məskunlaşıb. O bildirib ki, evi kənd stilindədir.

"Mənə digər insanların yardımı kömək etdi. Çünki maşın kirayə götürməyə pulum da yox idi. Mənə yardım edənlərə təşəkkür edirəm. Pulum iki-üç aya bəs edər. Ona qədər yeni iş tapmalıyam" deyə, Xamatova söyləyib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qoşun yeritməsindən sonra bir çox tanınmışların Rusiyanı tərk etmək istədikləri barədə xəbərlər gündəmə gəlib. Daha əvvəl əfsanəvi müğənni Alla Puqaçovanın ailəsi ilə birlikdə ölkəsini tərk etməsi ilə bağlı məlumat yayılmışdı. Bundan əlavə, teleaparıcı İvan Urqantın ölkədən getdiyi bildirilirdi.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 868   Tarix: 21 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

"Aktyorlar niyə Tiktok-da dəlilik edənləri parodiya edirlər?"

"Hər il deyirik ki, daha yaxşı olacaq. Mənə elə gəlir ki, daha da pis olur. Tamaşaçı kinoteatrdan küsüb". Axşam.az xəbər verir ki, bu sözləri aktyor Müşviq Şahverdiyev "Qapqara" layihəsində deyib. Aktyor kiçik büdcə ilə çəkdikləri filmlərin tənqid olunmasından danışıb:. "10 i

14.06.2026 370
.

"Nə etmişəmsə, qurbandı sənə..." - Kamil Zeynallı

Tanınmış məşqçi Kamil Zeynallı sosial şəbəkədə etdiyi paylaşım ilə diqqət çəkib. xəbər verir ki, o, 15 yaşlı qızı Sahilə ilə birlikdə çəkilmiş səmimi görüntülərini izləyiciləri ilə bölüşərək ona ünvanladığı duyğusal sözlərlə maraq yaradıb. Kamil paylaşımında qızına olan sevgisini ifadə edərək, həyatınd

14.06.2026 748
.

Gülay Zeynallı paylaşımı ilə HAMINI MAT QOYDU - FOTOLAR

Müğənni Gülay Zeynallı sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, müğənni instaqram hesabında yeni görüntülərini izləyiciləri ilə bölüşüb. Gülayın xeyli çəki atması diqqət çəkib. Müğənninin fit görünüşü çox bəyənilib. Ona xoş sözlər ünvanlayıblar. Həmin fotoları təqdim edirik:

07.06.2026 512
.

Səidə Dadaşovanın oğlu ilə bağlı sevinci

Müğənni Səidə Dadaşova sosial şəbəkədə oğlu ilə bağlı paylaşımı ilə diqqət çəkib. Axşam.az xəbər verir ki, ifaçı oğlunun növbəti təhsil mərhələsini başa vurduğunu bildirərək sevincini izləyiciləri ilə bölüşüb. O, paylaşımında "Sən böyüdün. Atam, anamın həyatı, Allahdan gələn hüzurum. 4-ü bitirdik

10.06.2026 620
.

Flora Kərimovanın SON DURUMU açıqlandı

Xalq artisti Flora Kərimovanın səhhəti ilə bağlı son vəziyyət açıqlanıb. Bu barədə -a sənətkarın köməkçisi Yaqut İmanova məlumat verib. O bildirib ki, hazırda müğənninin vəziyyəti yaxşıdır:. "Flora xanımın vəziyyəti yaxşıdır. Qızı Londondan gəlib, xəstəxanada onun yanındadır. Səhhətində hər hans

14.06.2026 553
.

Vəfatından 24 gün sonra atası da dünyasını dəyişdi

Mərhum türkiyəli aktyor Alp Balkanın atası Mustafa Balkan dünyasını dəyişib. Axşam.az xəbər verir ki, oğlunun itkisinə dözə bilməyən M.Balkan övladının vəfatından 24 gün sonra vəfat edib. Qeyd edək ki, A.Balkan "Mahallenin muhtarları" serialında canlandırdığı "Bahadır" obrazı il

07.06.2026 488
.

Bu da 3-cü dəfə evlənən Azərin AİLƏSİ - FOTO

Aparıcı Azər İsmayılov sosial mediada paylaşım edib. xəbər verir ki, aparıcı qızları ilə görüntülərini paylaşıb. Azərin paylaşımı izləyicilərin marağına səbəb olub. Sözügedən görüntüləri təqdim edirik:

14.06.2026 2132
.

Ülviranın modelə bənzəyən qızı gözəlliyi ilə HEYRAN EDİR - YENİ FOTO

Tanınmış aparıcı Ülvira Qarayevanın qızı Zeynəb sosial mediada paylaşım edib. xəbər verir ki, o "instagram" hesabında yeni fotosunu paylaşıb. Onun fit görünüşünə çoxsaylı tərif gəlib. Qeyd edək ki, Ülviranın qızı tibb təhsilini Türkiyədə alıb, orada da çalışır. Həmin fotonu təqdim edirik:

14.06.2026 491
.

Toyları stadionda olacaq

Məşhur müğənni Taylor Svift və amerikalı futbolçu Travis Kelcen toy hazırlığına başlayıb. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, cütlük toy mərasimini "Madison Square Garden" arenasında keçirməyi planlaşdırır. Məlumata görə, onlar iyulun əvvəlində həftəsonlarından birində Nyu-Yorkd

07.06.2026 233
.

TOP MP3