Tıxaclar avtomobillərin ömrünə nə qədər təsir edir? – RƏY

Tıxaclar avtomobillərin ömrünə nə qədər təsir edir? – RƏYBakı kimi böyük şəhərlərdə yaşayan hər kəs, yəqin ki, tıxaca bir dəfə belə olsa, düşüb. İstər avtobusdan istifadə edən insanlar, istərsə də öz şəxsi avtomobili olanlar səhər və axşam pik saatlarda yollarda tıxacdan əziyyət çəkirlər. Sürücülər tıxacların avtomobillərə ziyan vurduğunu qeyd edirlər. Hətta bəzi mütəxəssislər iddia edirlər ki, mütəmadi tıxac avtomobilin ömrünü iki dəfə azaldır. Onların fikrincə, tıxaclar avtomobillərin bəzi avadanlıqlarını sıradan çıxarır.

Mövzu ilə bağlı "Kaspi" qəzeti mütəxəssislərin fikirlərini öyrənib.

Avtomobillər üzrə texniki mütəxəssis Əli Sultanov deyir ki, tıxacların avtomobillərə elə də böyük ziyanı yoxdur: "Çünki istehsalçı tərəfindən hər şey nəzərə alınır, dəqiqliklə yoxlanılır. Avtomobilin tez-tez hərəkət edib dayanması zamanı hansı proseslər baş verdiyini istehsalçılar bilirlər".

Ə.Sultanov bildirir ki, tıxacda olarkən avtomobilin yalnız müəyyən resursları boşa istifadə oluna bilər: "Avtomobil tıxacda dayanarkən yeganə problemi daxili yanma mühərrikində resursun boş yerə getməsidir. Məsələn, daxili yanma mühərriki yağı və ya yanacağı boş yerə itirir. Qazpaylama mexanizminin qayışı, zənciri sıradan çıxa bilər. Yay fəslində su qızmaları daha çox olur. Avtomobildə su qızarkən, soyuması üçün mühərrikin soyutma ventilyatorları işə düşür. Həmin ventilyatorlar işə düşəndə mühərrik güc altında işləməyə başlayır və yanacaq sərfiyyatı çoxalır".

Ə.Sultanovun sözlərinə görə, hər iki sürət qutusunda gedən resurs müxtəlifdir: "Mexaniki sürətlər qutusunda ilişmə muftasına ziyan dəyir, basqı, basınc yatağının limiti boş yerə gedir. Avtomat pillələr qutusunda isə daxili yanma mühərriki, bir də pillələr qutusunda yağın limitinə təsir olur".

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fərhad Eyyubov deyir ki, tıxacların avtomobilə birbaşa ziyanı, demək olar ki, yoxdur. Digər təsirləri daha çoxdur: "Tıxacın təsiri daha çox zamana, insanların psixologiyasına, hərəkətin təhlükəsizliyinə, piyadaların hərəkətinə, ekologiyaya olur".

F.Eyyubov bildirir ki, yalnız yay vaxtı avtomobildə müəyyən problemlər yarana bilər: "Yay vaxtı avtomobillərin bəzilərində məsələn, sovet, Rusiya istehsalı və s. olanlarda müəyyən qədər qızmalar baş verə bilər. Çünki maşının sürəti aşağı olur, üstəlik, çox tez-tez dayanır, sonra hərəkət edir. Bu da mühərrikdə qızmaya səbəb ola bilər. Qeyd etdiyim kimi bu hallara yay aylarında rast gəlmək olar".

F.Eyyubovun sözlərinə görə, nəqliyyat vasitələri gün ərzində yerinə yetirdikləri əməliyyatlara davam gətirə biləcək gücə sahibdir: "Ümumiyyətlə, avtomobillərin bir gündə yerinə yetirdiyi proseslər var. Məsələn, sərnişin avtobusları bir gündə 7-8 min əməliyyat həyata keçirirlər. Müasir nəqliyyat vasitələri elə hazırlanır ki, bu proseslərə davam gətirə bilsin. Əlbəttə, köhnə nəqliyyat vasitələrinin ilişmə muftaları, tormoz sistemləri çox işlənib deyə, resursların istifadə müddəti dayanıb. Həmin avtomobillərə təsir ola bilər. Amma müasir avtomobillərə o qədər də təsir etmir".

F.Eyyubov deyir ki, mexaniki nəqliyyat vasitələri ilə avtomat qutulu nəqliyyatın tıxaclar zamanı böyük fərqi var: "Avtomobil, əgər avtomat qutusu ilə təmin olunubsa, sürücülər çox rahat olur. Avtomat qutularda sürücü ilişmə muftasından istifadə etmir, avtomobilin hərəkətə gəlməsini avtomat qutu özü nizamlayır, tormozlama zamanı yenidən sürət dəyişməsi olmur".

F.Eyyubov bildirir ki, mexaniki sürətlər qutusunda güc sürücüyə düşür deyə, onu idarə etmək daha çətindir: "20-30 ildən qalan nəqliyyat vasitələrində mexaniki sürətlər qutusunda birinci, sonra ikinci, üçüncü və s. sürətə keçirirlər deyə, çətinlik yaranır. Xüsusilə də, tıxaclarda 10 dəfə ilişmə muftasına basır, birinci sürətə keçilir, təzədən tormozdan istifadə olunur. Ona görə həmin avtomobillərə təsiri ola bilər".

F.Eyyubovun sözlərinə görə, avtomat sürət qutulu maşınları idarə etmək daha asan olduğundan, insanlar daha çox ona üstünlük verirlər: "Tıxac zamanı da avtomat qutulu nəqliyyat vasitələri digərlərinə baxanda həm təhlükəsizlik nöqteyi-nəzərdən, həm də sürücülərin rahatlığı cəhətdən çox yüksəkdir. Ona görə də, son zamanlar alınan əksər nəqliyyat vasitələri hamısı avtomat sürət qutusu ilə təchiz olunub".

Ə.Sultanov sonda dedi ki, tıxacların avtomobilə vurduğu ziyanın qarşısını almaq çox çətindir: "Avtomobili tıxacdan qorumağın yeganə üsulu alternativ yollardan istifadə etməkdir. Ya da səhər və axşam pik saatlarda yola çıxmamaq. Başqa variantı yoxdur".


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 925   Tarix: 06 mart 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Körfəz ölkələri Küveytdə vahid hərbi komandanlığın qərargahını yaradır

Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə Küveytdə vahid hərbi komandanlığın qabaqcıl qərargahının yaradılmasını və orada müvafiq qüvvələrin yerləşdirilməsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qərar bu gün Bəhreyndə keçirilən KƏŞ-in Birg

10.11.2026 209
.

Sumqayıtda gənc bıçaqlandı: 50 yaşlı kişi saxlanıldı

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə şəhərin 8-ci mikrorayonunda qeydə alınıb. Belə ki, 2002-ci il təvəllüdlü Əli Mahmudov bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb. Ə.Mahmudovun sözlərinə görə, tanımadığı şəxs tərəfindən bıçaq xəsarətləri alıb. Hadisəsi törətməkdə şübhəl

10.11.2026 217
.

Quba sakini Bakıda dəm qazından boğularaq öldü

Bakıda bədbəxt hadisə baş verib. xəbər verir ki, əslən Quba rayonundan olan 30 yaşlı Rahim Yüzbaşıyevin meyiti evdən aşkarlanıb. İlkin məlumata əsasən, mərhum dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı araşdırma aparılır

10.11.2026 233
.

Faciəvi partlayışa görə saxlanılanların sayı artdı

Türkiyənin İzmir vilayətinin Aliağa rayonunda yerləşən HABAŞ Dəmir-Polad Zavodunda baş verən partlayışla bağlı saxlanılan şəxslərin sayı 11-ə çatıb. "Qafqazinfo" Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə bağlı Menemen Baş Prokurorluğu tərəfindən araşdırma başladılıb. İstintaq çərçivəsind

10.11.2026 238
.

Lavrov: Sabah Ermənistanın KTMT-də səsvermə hüququnun məhdudlaşdırılması məsələsinə baxılacaq

İrəvan iki ildən çoxdur KTMT-yə üzvlük haqqı ödəmir. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada KTMT ölkələrinim xarici işlər, müdafiə nazirləri və təhlükəsizlik Şuraları katiblərinin iclasının yekununa dair mətbuat konfransında bildirib. O qeyd edi

10.11.2026 217
.

Zelenski bugünkü görüşdən yazdı

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynadakı münaqişənin həlli ilə bağlı Əbu-Dabidə keçirilən danışıqların ilk gününün "konstruktiv və olduqca məzmunlu" olduğunu bildirib. "Qafqazinfo" xəbər verir ki, Zelenski bu haqda öz teleqram kanalında yazıb. "Üçtərəfli format konstrukti

10.11.2026 94
.

Gürcüstan Prezidenti COP31-də iştirak edəcək

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq. APA-nın yerli bürosu xəbər verir ki, o, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək. Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək. Prezidentl

10.11.2026 190
.

Bolqarıstanda zəncirvari qəzada ölənlərin sayı artdı, ölkədə matəm elan olundu

Bolqarıstanda 50-dən çox avtomobilin iştirak etdiyi zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin sayı 12 nəfərə çatıb. vesti.bg-yə istinadən xəbər verir ki, qəza ilə əlaqədar noyabrın 11-i Bolqarıstanda matəm günü elan ediləcək. Qəza səhər saatlarında qatı duman şəraitində, Yambol şəhəri yaxınlığındak

10.11.2026 156
.

Sabiq məmur doğum günündə vəfat etdi

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günü vəfat edib. xəbər verir ki, o, 68 yaşında dünyasını dəyişib. Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb. Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir

10.11.2026 251
.