"Qızımı belə böyütdüyüm üçün peşmanam" - Sənubər İsgəndərli
"Anam həddən artıq sərt idi, hər şeyi qayda-qanunla edirdi, başqa insan idi. Atam arxayın idi ki, anam məni necə lazımdır tərbiyə edəcək. Atamın da xasiyyəti asan deyildi. Anamı tez itirmişəm. Sağ olsaydı, baxmayacaqdı ailə qurmuşam-qurmamışam, sənətə gəldim-gəlmədim, qanunlar keçərli olmalıydı. Sənətə gələndə ailə qurmuşdum. Atam da dedi ki, qarışmıram, həyat yoldaşın var. Anam sağ olsaydı, gələrdi yoldaşımın yaxasından yapışardı".
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli "Özəl" proqramında deyib. Aktrisa mərhum anasından, onun sərt xasiyyətindən bəhs edib.
S.İsgəndərli aparıcı Kazım Sübhanın "Hazırda yayımlanan "Camdakı kız" serialını xatırlatdı mənə" sözlərinə "İnanın ki, eyni. Bəzi hallarda isə tam eyni idi" cavabını verib.
"Anam məni vururdu da, sərt idi. Onun qayda-qanunundan bir az kənara çıxdınsa... Mənim əlim gəlmədi övladıma əl qaldırım. Onu pambıq içində saxladım, buna da peşmanam. Bir az azadlıq vermək lazımdır. Qızım məktəbə də mənlə gedib gəlirdi. Mağazadan, həyətdən xəbəri olmadı. Buna görə də peşmanam" deyə, aktrisa əlavə edib.
S.İsgəndərli yaşlı aktyorların təqaüdə göndərilməsini tənqid edib:
"Bir yaradıcı insanı məhv etmək istəyirsənsə, onu təqaüdə göndər. Yaşı ötmüş aktyorları təqaüdə göndərmək kimi ideya var. Bu yöndə işlər gedir. Bunun qəti əleyhinəyəm. Bizdə Ağasadıq Gəraybəyli 80-dən çox yaşı var idi, "Sevil" tamaşasında oynayırdı. Aktyorun əqli yerindədirsə, fiziki imkanları varsa, niyə təqaüdə göndərirsiniz? Onu öldürmək istəyirsiniz? Nə yanaşma, nə təffükrdür? Yaşlı adamdır, deyirlər, çəkil kənara mən gəlirəm. Sən də gəl, yaşlı adamın iş təcrübəsi sənə lazım deyil? Bəhrələn... Teatrda gənc rolu mən oyanamayacam ki... Gənc aktrisa oynayacaq. Hər kəsin öz rolu, öz yeri var".
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşDekabrda evlənəcəklər
Şəxsi həyatı və səmimi açıqlamaları ilə hər zaman gündəmdə olan məşhur türkiyəli müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə toy planları haqqında yeni təfərrüatı bölüşüb. "Qafqazinfo" xəbər verir ki, daha əvvəl evliliklə bağlı zarafatcıl tələbləri ilə diqqət çəkən sənətçi nikah tarix
05.11.2026 432 Rejissor ayrıldı, aktyorlardan endirim istənildi
Baş rollarını Hazal Subaşı və Birkan Sokullunun paylaşacağı "Evlat" serialında dəyişikliyi olub. Axşam.az xəbər verir ki, çəkilişləri hələ başlamayan serialdan rejissor Neslihan Yeşilyurt ayrılıb. Onu bu vəzifədə Çağatay Tosun əvəzləyib. Bundan başqa, "ATV"də yayımlanacaq serialı
07.11.2026 223 Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR
Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanım instaqramda yeni görüntülərini paylaşıb. Onun xeyli çək
01.11.2026 625 Zaur və Günaydan Zəfər Günü ilə bağlı təbrik - VİDEO
Tanınmış teleaparıcılar Zaur və Günay Baxşəliyevlər 8 Noyabr - Zəfər Günü münasibətilə paylaşım ediblər. BİG.AZ xəbər verir ki, cütlük sosial şəbəkə hesablarında video paylaşaraq Azərbaycanın şanlı Zəfər Gününü təbrik edib. Azərbaycanın tarixi Qələbəsinə həsr olunan görüntülərdə aparıcılar Zəfər Gününü
07.11.2026 226 "Başkalarının hayatı" da yayımlanmayacaq
"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını
31.10.2026 536 Röyanın evindəki bu otaq DİQQƏT ÇƏKDİ - VİDEO
Xalq artisti Röya Ayxanın evindən yayılan görüntülər sosial şəbəkələrdə maraqla qarşılanıb. xəbər verir ki, pop ulduzun dəbdəbəli villasından paylaşdığı kadrlarda makiyaj üçün xüsusi olaraq ayrılmış otaq izləyicilərin diqqətini çəkib. Müğənninin şəxsi istifadəsi üçün nəzərdə tutulan bu məkanın görünüş
10:45 210 Böyük qızı Xalq artisti ilə fotosunu paylaşıb bunları yazdı
Qızı Hökumə Xalq artisti Mələkxanım Eyubova ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, anası ilə fotosunu yayımlayaraq bunları yazıb:. "Ana, ad günün mübarək! Sənə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Hər gün sənə sevinc, təbəssüm və istilik bəxş etsin
12:10 169 Gülay Zeynallı görünüşü ilə DİQQƏT ÇƏKDİ - FOTO
Müğənni Gülay Zeynallı sosial mediada görünüşü ilə diqqət çəkib. xəbər verir ki, müğənninin "instagram" hesabında yeni görüntüləri yayımlanıb. Paylaşımda Gülay gözəlliyi və fit görünüşü ilə hər kəsi heyran edib. Sözügedən fotoları təqdim edirik:
00:10 334 Atası ilə fotosunu paylaşıb bunları yazdı
Xalq artisti Mələkxanım Eyubovanın bloger qızı Nəzrin Nəcəfova atası ilə bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, atası Xosrov Nəcəfovla çəkdirdiyi fotosunu izləyiciləri ilə bölüşüb. Nəzrin paylaşımına "Ürəyimdir, canım atam" şərhini yazıb. Qeyd edək ki, M.Eyubova və X.Nəcəfovun 4 övlad
01.11.2026 834