İlhamə Quliyevanın sərvəti kimlərin əlinə keçib?

İlhamə Quliyevanın sərvəti kimlərin əlinə keçib?"Mən əvvəldən demişəm, İlhamədən kim nə oğurlayıbsa, fərq etməz mən tərəfdən, ya onların, kim olur-olsun, gec-tez burnundan gələcək".

Bunu Qaynarinfo-ya açıqlamasında müğənni Əli Mirəliyev Xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyevanın qızının səhhəti ilə bağlı efirə çıxaraq kömək istəməsindən danışarkən deyib. Müğənni bildirib ki, bütün bunların hamısı ictimaiyyətin gözündən pərdə asmaq üçündür:

"Bunlar ictimaiyyətə sübut eləmək istəyir ki, İlhamədən onlara heç nə qalmayıb. Bəs bu boyda pul, bu boyda qızıl-brilyant hara getdi? 2016-ci ildə ölüb İlhamə, 8 ilə bu qədər sərvəti necə xərclədilər? Bəlkə Fəridə Gülbahar Quliyevanın birinci ərindən olan qızıdır, ona görə onu bu sərvətdən kənar ediblər? Bunu da bilmirik. Gülbaharı yaxından tanımıram.
Siz elə bilirsiniz ki, özgənin əmlakını yemək yaxşı haldır? Özgənin malını yemək Allah tərəfindən qəbul olunur? Xeyr. Hamısı burnunuzdan gələcək, sadəcə geci-tezi var".

Əli Mirəliyev təəssüf hissi ilə İlhamə Quliyevanın uşaq doğmadığını, ana olmadığını xatırladıb:

"Qıram-qıram yığıb, ölən kimi də evini tanımayan biri gəlib ona sahib oldu. Və bundan heç də utanmır. Sən İlhamənin evini tanımadığın halda onun sərvətinə necə sahib oldun? Sənə onun evinin yerini biz deyirdik. Bu mənə pis təsir edir. İlhamənin bütün əziyyətini mən və qızım çəkmişik. Axırıncı illərdə xəstə yatdı, qızım saxladı onu. Gözünüzdən gəlsin. Sən Tükəzbanın nəyisən? Tükəzban bizim bibimizdir. Sənin atanın birinci arvadıdır, heç dəxli var? Bunun İlhamə ilə nə əlaqəsi? Sən İlhamə Quliyevanın evini tanımayan ögey bacısı onun sərvətinə necə sahib oldun? Bizi kənara itələdilər, mən qızmla kənarda qaldım. Onun bütün malı-pulu mənim qızımda idi, hamısını ondan aldınız, pulu böldünüz".

Əli Mirəliyev İlhamə Quliyevanın oğlu Orxan Nadirovun Azərbaycandan getməsi ilə bağlı deyilənlərə də aydınlıq gətirib:

"İlhamə sağ olan ona yüz dəfə dedim ki, Orxanı övlad kimi sənədləşdir öz adına, dünyanın işini bilmək olmaz. Ananın doğma mülkünü ona ver, ailəlidir, uşağı var. Orxan onun anasının evində böyüyüb. Nə olsun sən doğmamısan. Lalə də Orxanı həmin evdə doğub, böyüdüb. Eləmədi, hər dəfə də dedi: "Evi kimsəsizlərə verəcəm". Gündə bir söz danışırdı. Lapdan getdi həyatdan. Elə ona görə Orxan Azərbaycandan getdi. Orxan yazıq didərgin düşdü, küçələrdə yaşayır. Çıxdı getdi Ukraynaya, day nə qədər söz-söhbət olar, ey".

Qeyd edək ki, mərhum Xalq artisti İlhamə Quliyevanın ögey bacısı Gülbahar Quliyevanın qızı Fəridə "Bizimləsən" proqramına gələrək səhhəti ilə bağlı yardım istəyib. Artıq çəkidən əziyyət çəkən Fəridə əməliyyatla 60 kilo arıqlayıb. 27 yaşlı xanımın 143 kilo çəkisi olub.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2201   Tarix: 15 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Başkalarının hayatı" da yayımlanmayacaq

"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını

31.10.2026 536
.

Bir araya gəlmələrinin SƏBƏBİNİ AÇIQLADI

Gürcü müğənni Dato Xalq artisti Aygün Kazımova ilə bir araya gəlmələrinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, müğənni "MTV Maqazin"ə açıqlamasında Aygün Kazımova ilə duet oxuyacaqlarını bildirib. O qeyd edib ki, hazırda bu barədə Pop Diva ilə görüşüb, danışıblar və mahnı axtarışındadırlar

00:08 248
.

"Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm"

"Elə taksi sürücüləri var ki, onlarla evli kimiyəm. Hətta birinin evinə qonaq da getmişəm. Xaçmazda olanda zəng vurdum ki, gəlirəm. Getdim, gördüm ki, bizə gözəl süfrə açıblar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Kəşfet" proqramında danışıb. Avtomobilini

07.11.2026 240
.

Rejissor ayrıldı, aktyorlardan endirim istənildi

Baş rollarını Hazal Subaşı və Birkan Sokullunun paylaşacağı "Evlat" serialında dəyişikliyi olub. Axşam.az xəbər verir ki, çəkilişləri hələ başlamayan serialdan rejissor Neslihan Yeşilyurt ayrılıb. Onu bu vəzifədə Çağatay Tosun əvəzləyib. Bundan başqa, "ATV"də yayımlanacaq serialı

07.11.2026 223
.

Xoşqədəm TANINMAZ HALDA - FOTO

Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni görüntülərini paylaşıb. Fotoda aparıcının çəki alması və dəyişimi diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:

00:06 416
.

Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"

Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə

29.10.2026 831
.

"Ən bahalı müğənnisən, sənin yerinə utandım"

"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"

30.10.2026 904
.

"Hürrəm" ilk dəfə Bakıdadır - Video

Türk əsilli almaniyalı aktrisa Məryəm Üzərli Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sosial mediada görüntülər paylaşılıb. O, Azərbaycana ilk dəfə gəldiyini vurğulayıb. "İlk dəfə Bakıya gəlmişəm. İnanılmaz dərəcədə sevincliyəm", - deyə o əlavə edib. Həmin görüntüləri təqdim edirik

04.11.2026 595
.

Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanım instaqramda yeni görüntülərini paylaşıb. Onun xeyli çək

01.11.2026 625
.