14 fevral Azərbaycan Televiziyasının yarandığı gündür

14 fevral Azərbaycan Televiziyasının yarandığı gündürAzərbaycanda televiziyanın yaranmasından 66 il ötür.

BiG.AZ xəbər verir ki, Şərqdə ilk televiziya 1956-cı ildə məhz ölkəmizdə fəaliyyətə başlayıb. Ötən 63 il ərzində Azərbaycanda televiziya yayım şəbəkəsi qurulub, ən müasir standartlara əsaslanan rəqəmli televiziya yayım vericiləri istismara verilib.

1996-cı ildə istismara verilən Bakı Teleqüllə Kompleksi bu gün ölkənin əsas yayım mərkəzi hesab olunur. 310 metr hündürlüyü olan və unikal konstruksiyaya malik bu kompleks vasitəsilə yerli və bir çox xarici ölkələrin televiziya proqramları yayımlanır.

Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki Radio Televiziya yayımı və Peyk rabitəsi İstehsalat Birliyinin ölkə ərazisində fəaliyyət göstərən 123 radio-televiziya yayım stansiyasında istismar olunan 102 rəqəmli TV vericisi vasitəsi televiziya yayım təmin edilir. Ölkədə əhali yaşayan ərazilərin 99,7 faizi televiziya yayımı ilə əhatə olunub.

Azərbaycan Televiziyasındakı dəyişikliklər verilişlərin məzmun və formatında özünü büruzə verir

"Diqqət-diqqət, göstərir Bakı" - 1956-cı il fevralın 14-də Azərbaycanın ilk televiziyası bu sözlərlə yayıma başlayıb. Həmin tarix xalqımızın siyasi və mədəni həyatına böyük yenilik gətirib.

Efirə ərsəyə gələn hər bir verilişdə, hər bir videosüjetdə böyük yaradıcı kollektivin əməyi var. Azərbaycan Televiziyasının efirində gün ərzində 10-dək xəbər buraxılışı yayımlanır və hər saatda informasiya yenilənməlidir. "Xəbərlər"in nəzdində "Mobil qrup" yaranıb. Bu komandanın missiyası əsasən xüsusi reportajlar hazırlamaqdır. 2016-cı ildən isə hər gün saat 19-da "Region Xəbərləri" efirdədir.

Televiziyanın analitik proqramları da kifayət qədərdir. Azərbaycan Televiziyası son günlər tamaşaçılarla görüşə daha bir yeni tok-şou ilə qonaq gəlir. Maraqlı mövzularla "Nəsillərin debatı"nda nəsillər qarşılaşdırılır.

Peşəkarların yetişməsi üçün isə Azərbaycan Teleradiosunun imkanları genişdir: studiyalar, çəkiliş pavilyonları, zəngin maddi-texniki baza, ən müasir texniki imkanlara malik avadanlıqla təchiz olunan montaj otaqları. Ölkə başçısının birbaşa diqqəti və qayğısı ilə həyata keçirilən islahatların məqsədi isə Azərbaycan Teleradiosunun nüfuzunu daha da artırmaq, tamaşaçı və dinləyicilərə yüksək səviyyəli proqramlar təqdim etməkdir.

Səhər musiqi informasiya proqramı isə televiziyanın ən uzunömürlü verilişlərindəndir. Düz 30 ilə yaxındır ki, tamaşaçılar sabahlarını bu verilişlə açırlar.

Azərbaycan Televiziyasındakı dəyişikliklər, həm də verilişlərin məzmun və formatında özünü büruzə verir, yaradıcılıq imkanlarını artırır. Dövlət əhəmiyyətli ictimai-siyasi tədbirlərin istər ölkə daxilində, istərsə də xaricdə operativ şəkildə işıqlandırılmasında televiziyamızın müstəsna xidmətləri var.

2009-cu il fevralın 1-dən efirə çıxan "İdman Azərbaycan" kanalı isə idman ictimaiyyəti və idmansevərlərə gözəl hədiyyə olub. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan telekanalın fəaliyyəti dövlətimizin idmana, gənclərin sağlam ruhda böyüməsinə verdiyi önəmin təsdiqinə çevrilib.

2011-ci ildə isə Azərbaycan Televiziyasının nəzdində ziyalıların və sənətçilərin çoxdankı arzusu olan "Mədəniyyət" kanalı ilk dəfə tamaşaçıların görüşünə gəlib. İndi "Mədəniyyət" kanalı Azərbaycan mədəniyyətini dünya mədəniyyətinin tərkib hissəsi kimi təbliğ edir, dünya mədəniyyətinin incilərini isə Azərbaycan tamaşaçılarına çatdırır.

Bu gün Azərbaycan Teleradiosunun nəzdində, həmçinin ölkənin ən nüfuzlu musiqi kollektivləri fəaliyyət göstərir. Azərbaycan Radiosunun da maddi-texniki bazası modernləşdirilib, radio verilişlərinin ideya-bədii məzmunu keyfiyyətcə yenilənib.

Son illər Teleradionun həyatında baş verənlər də dövlətin bu sahəyə qayğısının nəticəsidir. İndi bu sərvət müasirliyi özündə ehtiva edən, 3 peyklə dünyaya yayımlanaraq yüksək "əyarlı" peşəkar telekanala çevrilərək, ən son texniki standartlara tam uyğunlaşıb.


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1022   Tarix: 14 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Başkalarının hayatı" da yayımlanmayacaq

"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını

31.10.2026 536
.

Bir araya gəlmələrinin SƏBƏBİNİ AÇIQLADI

Gürcü müğənni Dato Xalq artisti Aygün Kazımova ilə bir araya gəlmələrinin səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, müğənni "MTV Maqazin"ə açıqlamasında Aygün Kazımova ilə duet oxuyacaqlarını bildirib. O qeyd edib ki, hazırda bu barədə Pop Diva ilə görüşüb, danışıblar və mahnı axtarışındadırlar

00:08 248
.

"Taksi sürücüləri ilə dostlaşmışam, evlərinə qonaq da gedirəm"

"Elə taksi sürücüləri var ki, onlarla evli kimiyəm. Hətta birinin evinə qonaq da getmişəm. Xaçmazda olanda zəng vurdum ki, gəlirəm. Getdim, gördüm ki, bizə gözəl süfrə açıblar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Kəşfet" proqramında danışıb. Avtomobilini

07.11.2026 240
.

Rejissor ayrıldı, aktyorlardan endirim istənildi

Baş rollarını Hazal Subaşı və Birkan Sokullunun paylaşacağı "Evlat" serialında dəyişikliyi olub. Axşam.az xəbər verir ki, çəkilişləri hələ başlamayan serialdan rejissor Neslihan Yeşilyurt ayrılıb. Onu bu vəzifədə Çağatay Tosun əvəzləyib. Bundan başqa, "ATV"də yayımlanacaq serialı

07.11.2026 223
.

Xoşqədəm TANINMAZ HALDA - FOTO

Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni görüntülərini paylaşıb. Fotoda aparıcının çəki alması və dəyişimi diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:

00:06 416
.

Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!"

Xalq artisti Röya Ayxan yeganə övladı Hüseyn Cəlilovdan danışıb. xəbər verir ki, sənətçi övladının hazırda Londonda Ali təhsil aldığını və orada yaşadığını bildirib. "Oktyabrın 25-də 17 yaşı tamam olacaq. Həftədə bir dəfə bu barədə mənə yazır ki, "Ana, sən mənə nə vaxt ayrı ev tutacaqsan? Mə

29.10.2026 831
.

"Ən bahalı müğənnisən, sənin yerinə utandım"

"Sənin yerinə utandım. Ayıbdır. Abbas Bağırov "Rolls-Royce", ən yeni "BMW"dən düşməlidir. Azərbaycanın ən bahalı müğənnisidir. Simiclik edirsiniz. Həyat sənə bir dəfə verilib, xərclə". Axşam.az xəbər verir ki, bu sözləri radio aparıcısı Rəvan Bağırov "Manpası"

30.10.2026 904
.

"Hürrəm" ilk dəfə Bakıdadır - Video

Türk əsilli almaniyalı aktrisa Məryəm Üzərli Bakıya gəlib. "Qafqazinfo" xəbər verir ki, sosial mediada görüntülər paylaşılıb. O, Azərbaycana ilk dəfə gəldiyini vurğulayıb. "İlk dəfə Bakıya gəlmişəm. İnanılmaz dərəcədə sevincliyəm", - deyə o əlavə edib. Həmin görüntüləri təqdim edirik

04.11.2026 595
.

Almaxanım yeni GÖRÜNÜŞÜ İLƏ DİQQƏT ÇƏKDİ - FOTOLAR

Heydər Əliyev Fondu, Azərbaycan Dövlət Televiziyası, Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Fondunun birgə təşkil etdiyi VI Muğam Müsabiqəsinin qalibi - Qran Pri mükafatının sahibi Almaxanım Əhmədlidən xəbər var. xəbər verir ki, Almaxanım instaqramda yeni görüntülərini paylaşıb. Onun xeyli çək

01.11.2026 625
.