"Özü həmin adamlara "çuşka" deyir" - Natavana cavab

"Özü həmin adamlara "çuşka" deyir" - Natavana cavabƏməkdar artist Dilarə Əliyeva prodüser həyat yoldaşı Oqtay Əliyevin ünvanına ağır sözlər yazan müğənni Natavan Həbibiyə cavab verib.

Məşhur aparıcı, aktrisa OLAY-a açıqlamasında deyib ki, N. Həbibi və digər sənətçilər qonorarı vaxtında ödəniş edib çıxdıqları verilişlərdən tələb etsinlər:

"Hər kəsin öz zövqü, baxış bucağı var. Natavan və digər qonorar tələb edən müğənnilərimizlə bağlı ya sənətinə, ya da şəxsiyyətinə toxunan nə süjet verdiyimizi, nə də söz dediyimizi xatırlamıram. Hərənin bir xarakteri var. Onların qonorar tələb etməsi də normaldır. Düşünürəm ki, onlar qonorarı vaxtında ödəniş edib çıxdıqları verilişlərdən tələb etsinlər. Bizim televiziya tarixində hələ kimsə deyə bilməz ki, Dilarə Əliyevanın proqramında hansısa qonorar müqabilində çıxış edib. Bunu açıq şəkildə deyirəm, bütün incəsənət və şou-biznesdə olan insanlar da bilirlər. Arzu edirəm ki, televiziyaların, iqtisadiyyatımızın gücü elə olsun ki, hər kəs öz qonorarını əldə edə bilsin.

O ki qaldı başqa sözlərə... Əgər sağlam polemika varsa, bir-birimizlə sağlam şəkildə danışaq, bir-birimizin qəlbinə, ürəyinə, gördüyü işlərə, keçirdiyi illərə hörmət qoymağı bacaraq. Oqtay Əliyevin açıqlamasında kimsəyə toxunacaq nəsə yoxdur. Oqtay demir ki, televiziyalar onları çağırılmağa layiq olmadıqları üçün dəvət etmirlər. O, deyir ki, bizdə maliyyə məsələləri elə səviyyədə deyil ki, verilişə gələn qonaqlar hansısa qonorar müqabilində çağırılsınlar. Belə bir durum yoxdur, iqtisadi baxımdan mümkün deyil. Kimsə kimsəni efirə zorla dəvət edə bilməz.

Zamanında instaqram, feysbuk yox idi. Bir efir var idi. Mən də öz proqramıma dəvət etdiyim müğənnilər hansısa qonorara görə gəlməyiblər. Mənim bu durumda təklifim odur ki, vaxtında hansı efirlərə ödənişlə çıxıblarsa, elə onlardan da qonorar tələb etsinlər. Amma fikir bildirəndə dediyimiz sözün məsuliyyətini dərk edək. Zərbə deyəndə, hansı zərbədən söhbət gedir? Natavan Həbibi daha diqqətlə danışsa, sözlərinə fikir versə... Məsələn, bir var desin ki, efirə biz gəlməyək, bayağı mahnılar səslənsin. Hansı ki, mənim efirimdə bir dəfə də olsun bayağı ifalar olmur. Amma fikrini izah edir ki, biz gəlməyək, "çuşka-muşka"ları çağırın. Sonra deyir ki, zərbə vurdunuz. Bəs "çuşka-muşka" ifadəsi nə qədər düzgündür?

Qurduğu sözlərə, ifadələrə qarşı diqqətli olmalıdır. Zərbə adlandırdığı verilişdə bu, elə yox belədir, hər kəsin gördüyü işə görə, onun şərhləri verilir. Bu gün ən kobud formada fikrini dilə gətirir. Mən isə həyatı boyu nə o cür kəlmələrdən istifadə etmişəm, nə də kiminsə qəlbinə dəymişəm. Kimin sənəti, şəxsiyyəti var, onlara toxunmamışıq. Natavan incəsənətə vurulan zərbə deyəndə hansı incəsənət nümayəndəsinə vurulan zərbəni nəzərdə tutdu? Kimə toxunduq? Kimin sənətini yerlə bir etdik? Şəxsiyyətini təhqir etdik? Şəxsən mən onun işlətdiyi ifadəni dilimə gətirməmişəm. "Bayağı", ya da "ucuz" musiqi ritmi sözünü deyə bilərəm, amma "çuşka" demərəm. Mən kimə nə dediyimin o qədər gözəl fərqindəyəm ki, əsl sənəti də, incəsənəti də, sənətin meyarlarını da bilirəm. Bu baxımdan Oqtay Əliyevin dedikləri kimsəni qıcıqlandırmasın. İndi bütün sahələrdə durum belədir ki, onların qonorarla efirə dəvət edib, yola salmaq mümkün deyil. Aparıcılar gecə-gündüz, səhərdən axşama qədər işləyirlər, maaş alırlar. Onların əmək haqqısı müğənnilərin tələb etdiyi qonorarın yarısının, yarısı deyil.

Mən xatırlamıram ki, Natavanın özünə, hansısa mahnısına zərrə qədər toxunacaq bir sözüm olsun. Qurduğu cümlə çox da zəif deyil. İncəsənətə vurulan böyük zərbə, özü də ailə şəklində deyir. Mən o vaxt danışa bilirəm ki, ortada aqressiya olmasın, sağlam polemika olsun, ağız deyəni qulaq eşidir. Bunlar misal şəklində çəkilir. Bütün hallarda "bayağı" mahnını tənqid etmişəm, daha doğrusu sarkazm və satira ilə yanaşmışam. Bunu zərbə deyə anlayır. Özü isə həmin adamları "çuşka" adlandırır. Baxaq daha çox kim təhqir edir və zərbə vurur. Sözümüz varsa, mənim telefonum bütün günü açıqdır, sağlam polemikalara da hər zaman açığam. Əsl incəsənət adamı mədəniyyətini göstərməlidir, artıq, əlavə sözlərdən istifadə etməməlidir. Hətta onun davası, acığı, hirsi, kini belə yüksək mədəniyyətlə təqdim olunmalıdır, kobudluqla deyil".


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 2116   Tarix: 09 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Səyyad Əlizadə başqa xəstəxanaya köçürülüb

Səyyad Əlizadə müalicə olunduğu Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanadan Mərkəzi Gömrük hospitalına köçürülüb. Bu barədə sənətçinin qohumu Razim Qasımov məlumat verib. Qeyd edək ki, müğənni Səyyad Əlizadə bir müddət öncə koronavirusa yoluxub. Hazırda vəziyyəti ağırdır

16.09.2021 2690
.

Nigar Şabanovanın ailəsindən XOŞ XƏBƏR - FOTO

Əməkdar artist Nigar şabanovanın ailəsindən xoş xəbər var. xəbər verir ki, sənətçinin anası uzun müddətdir ki, beyin qanaması keçirdiyi üçün yataq xəstəsi idi. Nigar sosial media hesabında paylaşım edərək anasının artıq yataqdan ayağa qalxdığını qeyd edib: . "5 aya yaxındır ki, anam beyin qanamas

16.09.2021 7167
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609
.

"Çocuklar duymasın"ın 47 yaşlı aktrisası gözəlliyi ilə heyran etdi - FOTO

Türkiyənin tanınmış aktrisası, daha çox "Çocuklar duymasın" teleserialından tanıdığımız aktrisa Pınar Altuğ jurnalın mükafatlandırma mərasimində aparıcı qismində iştirak edib. -a istinadən xəbər verir ki, tədbirdən sonra jurnalistlərlə söhbət edən Altuğa bir junalist "qırmızı geyinmisiniz

16.09.2021 4761
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Validə Abbasova Yunanıstanda belə dincəlir - FOTOLAR

"Miss milenium" gözəli Validə Abbasova yay tətilini Yunanıstanda keçirib. Axşam.az-a istinadən xəbər verir ki, keçmiş model gəzinti fotolarını İnstaqramda izləyiciləri ilə bölüşüb. Abbasovanın formada qalması isə izləyicilərinin diqqətini çəkib. Onlar modelə bunla bağlı suallar ünvanlayıblar

17.09.2021 2305
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.