30 ildir həllini tapmayan problem: Tacik və qırğızlar nəyi və niyə bölə bilmirlər?

30 ildir həllini tapmayan problem: Tacik və qırğızlar nəyi və niyə bölə bilmirlər?SSRİ-nin süqutu milyonlarla insanı imperiya əsarətindən azad etməklə yanaşı, onları çoxsaylı problemlərlə üzə-üzə qoydu. Problemlər sırasında ilk yerdə də sərhədlərin qeyri-müəyyənliyi durur. Üstündən 30 ildən çox vaxt keçməsinə baxmayaraq, problem nəinki həllini tapır, əksinə, qanlı qarşıdurma və toqquşmalarla davam edir. Mərkəzi Asiyanın iki dövləti - Qırğızıstan və Tacikistanın son sərhəd qarşıdurması da bunun bariz nümunəsidir.

Mövzu ilə bağlı "Kaspi" qəzeti məqalə dərc edib.

Hər iki sərhəd ərazidə yaşayan insanların otlaq sahələrinə, yollara, su mənbələrinə girişləri yoxdur. Vəziyyətin doğurduğu iqtisadi itkilər isə milyonlarla dollarla ölçülür. Məsələnin başqa tərəfi də var. Qazaxıstanda yaşananlardan sonra baş verən bu hadisə, onun heç də təsadüfi gərginlik olmadığı qənaətinə gəlməyə əsas verir. Belə desək, Qazaxıstanda yaşanan qanlı olaylardan sonra çoxları növbədə Özbəkistanın olacağını ehtimal etsələr də, bu, baş vermədi. Qış fəsli olsa da, qırğız və taciklər su ehtiyatlarına sahib olmaq uğrunda qanlı qarşıdurmaya getdilər. Müşahidəçilərin böyük əksəriyyəti bir fikirdə həmrəydirlər ki, bölgədə vəziyyət hər an dəyişə bilər. Rusiya siyasi dairələrində, mediasında isə belə fikir daha çox yayılır ki, opponentlər Moskvanın Avrasiya layihəsini zəiflətməyə çalışır. Hətta üç tərəfdən - Qərbdən (Ukrayna, Belarus), cənubdan (Cənubi Qafqaz) və cənub-şərqdən (Mərkəzi Asiya) zərbə endirməyə çalışıldığı iddia edilir.

Beləliklə, əgər Qazaxıstanda yaşananlar elitaların mübarizəsi idisə, Qırğızıstanla Tacikistan arasında gərginlik təbii coğrafi səbəblərə görədir. Hər halda, ilk baxışda belə görünür. Bir növ digər postsovet ölkələrində baş verənlər burada da təkrarlanır. Bəllidir ki, sovet hakimiyyəti dövründə respublikalar arasında dəqiq müəyyən edilmiş sərhədlər yox idi. Lakin 1991-ci ildən buna son qoyuldu. Konkret olaraq Qırğızıstan və Tacikistana gəldikdə, onlar arasında hələ delimitasiya olunmayan 900 km-lik sərhəd var. Respublikaların yalnız nazik bir ərazi zolağı ilə birləşən anklavları mövcuddur. Məsələn, Tacikistanın Vorux anklavından Düşənbəyə getmək üçün Qırğızıstan ərazisindən keçmək lazımdır. Qırğızlar isə Tacikistan ərazisindən özlərinin Batken anklavına gedirlər.

Axırıncı gərginliyə gəldikdə, Qırğızıstan vətəndaşlarını yanvarın 27-də tacikin avtomobilini zorla saxlayıb maşınına daş atmaqda ittiham ediblər. Qırğızıstan hakimiyyəti iddia edir ki, münaqişəyə səbəb taciklərin Batken-İsfan magistral yolunu kəsməsi olub. Ardınca da məişət münaqişəsi sərhədçilərin münaqişəsinə çevrilib. Taciklər minaatan və qumbaraatanlardan, qırğızlar isə pilotsuz təyyarələrdən istifadə etməyə başlayıb. Münaqişə nəticəsində hər iki tərəfdən 17 nəfər yaralanıb, iki Tacikistan vətəndaşı həlak olub. Qırğızıstan hakimiyyəti bütün sərhəd boyu əhalini döyüş yerlərindən uzaqlaşdırmağa məcbur olub. 1,5 min nəfər dövlət müəssisələrinə və məktəblərin idman zallarına yerləşdirilib. Tacik generalı Saimumin Yatimovun sözlərinə görə, münaqişənin səbəbi tərəflərin əvvəllər əldə edilmiş razılaşmalara əməl etməməsidir. İki ölkə liderləri tezliklə münaqişənin sülh yolu ilə həlli və hətta birgə patrulların keçirilməsi barədə razılığa gəlsələr də, böyük ehtimalla, bu da problemi həll etməyəcək. 2014-cü ildən bəri iki dövlətin sərhədində artıq 10 ciddi toqquşma olub. Ötən ilin yazında baş verən toqquşmada hər iki tərəfdən 20 nəfər həlak olub, 150 nəfər yaralanıb.

Yeri gəlmişkən, Qırğızıstan-Tacikistan sərhədinin demarkasiyası və delimitasiyası üzrə hökumətlərarası komissiya gələn həftə işini bərpa etməyə qərar versə də, hər iki ölkə sürətlə silahlanmaqdadır. Yayılan xəbərlərə görə, Qırğızıstana fevral ayında yeni hərbi texnika gətiriləcək və onlar sərhədyanı Batken vilayətinə daşınacaq. Qırğızıstan Türkiyədən "Bayraktar" pilotsuz təyyarəsi də alıb. "Pul artıq ödənilib. Görəcəksiniz, bizdə əvvəllər belə texnologiya olmayıb. Biz bütün bunları Batkenə verəcəyik", - Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin rəhbəri Kamçibek Taşiyev bildirib.

Maraqlı olan Rusiya mediasının mövqeyidir. Onlar diqqəti ona yönəldir ki, Rusiya iki ölkə arasındakı problemin həllində ən yaxşı vasitəçi ola bilər, çünki həm Tacikistan, həm də Qırğızıstan KTMT və Aİİ-nin üzvləridir. Hər iki ölkədə Rusiya hərbi bazaları var. Xüsusilə iddia edirlər ki, Moskvanın heç bir tərəfə açıq-aşkar simpatiyası yoxdur, Rusiyanın qərəzsizliyini qabardırlar. Diqqəti də ona yönəldirlər ki, məhz KTMT baş katibinin müdaxiləsi sayəsində son gərginlik söndürülüb. Yəni onlara yeritməyə çalışılır ki, hər an bu gərginlik güclənə bilər. Rusiya mediası Əfqanıstandakı radikal ünsürlərin bu ölkələrə mümkün müdaxilə təhlükəsini də qabardır. Diqqəti həm də ona yönəldirlər ki, Qırğızıstan və Tacikistan Rusiya ilə xüsusi münasibətlərdən yararlanmalı və onu sərhədlərin demarkasiyasına müşahidəçi və vasitəçi kimi dəvət etməlidirlər. Sübut kimi də Ermənistan və Azərbaycanın sərhədlərinin müəyyən edilməsində Rusiyanın vasitəçilik təcrübəsini önə çəkirlər.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1068   Tarix: 05 fevral 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Banklardan narazı qalanların diqqətinə: Yeni mexanizm tətbiq olunur

Bank və sığorta şirkətlərində müştəri hüquqlarının qorunması üçün yeni mexanizm hazırlanıb. -ın məlumatına görə, bank, sığorta və investisiya şirkətləri, eləcə də ödəniş və elektron pul təşkilatlarında müştəri şikayətlərinə baxılması ilə bağlı yeni qaydalar tətbiq edilir. Belə ki, qeyd olunan maliyy

10.11.2026 222
.

Cevdet Yılmaz: Türkiyə COP31-ə hazırlıq zamanı Azərbaycanın təcrübəsindən istifadə edib

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə təbrik edib, iki ölkə arasında qardaşlıq münasibətlərinin beynəlxalq platformalarda da nümayiş olunduğunu bildirib. APA-nın Antalyaya ezam olunmuş müxbiri xəbər verir ki, bunu Cevdet Yılmaz jurnalistlərə açıqlamasınd

10.11.2026 210
.

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib. "Qafqazinfo"

10.11.2026 162
.

Aktyor Aslan Fətullayev vəfat etdi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayev vəfat edib. Bu barədə -a məlumat daxil olub. Yaxınları 70 yaşlı aktyorun bir müddət öncə Moskvada əməliyyat olunduğunu bildiriblər

10.11.2026 408
.

İrana hücum üçün hər gün Trampa zəng edir

İsrailin Baş naziri Benyamin Netanyahunun İrana qarşı yeni hücumların başlanması üçün ABŞ Prezidenti Donald Trampa hər gün zəng etdiyi iddia olunur. "Qafqazinfo" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti iki lider arasındakı telefon danışıqlarından məlumatlı mənbəyə istinadə

10.11.2026 207
.

Antalyada Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sazişi imzalanıb

Antalyada keçirilən COP31 çərçivəsində Azərbaycan, Türkiyə, Gürcüstan və Bolqarıstan arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. APA-nın Türkiyə bürosu xəbər verir ki, sənədi Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Türkiyənin enerji və təbii sərvətlər nazir

10.11.2026 194
.

Bəbir evlərinin qarşısında oynayan uşağı parçaladı

Hindistanın Qucarat ştatında bəbir evinin yaxınlığında oynayan 8 yaşlı uşağa hücum edərək onu öldürüb. xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı uşağın valideynləri tarlada işləyirmiş. Məlumata görə, meşəlik ərazidən qəfil çıxan yırtıcı azyaşlıya hücum edərək onu meşəyə sürükləməyə başlayıb

10.11.2026 181
.

İranlı futbolçuları daşıyan təyyarənin enişinə icazə verilmədi

İraq hakimiyyəti İranın futbol üzrə milli komandasını daşıyan təyyarənin Bəsrə hava limanına enişinə icazə verməyib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə noyabrın 10-da baş verib. Bəsrə hava limanının iki rəsmisinin sözlərinə görə, qərar ABŞ-ın İran aviaşirkətlərinə qarş

10.11.2026 162
.

Prezident və xanımı Türkiyəyə getdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10.11.2026 256
.