Qadınların xoşbəxt olmasına nə mane olur? - Colidən dahiyanə sitat
Ancelina Coli çoxlarının heyran olduğu gözəl aktrisa, eyni zamanda müdrik qadındır. Qadınların illərdir axtardıqları xoşbəxtliyin sirrini o, çoxdan çözüb.
BiG.AZ publika.az- a istinadən oxucuları aktrisanın yaşamağa ilham verən fikirləri ilə tanış edir:
Əgər həqiqətən istəyirsənsə...
İnsanın nəyəsə ehtiyacı varsa, onu edəcək. Şəraitin ona mane olması və ya ayın yanlış istiqamətdə çıxması barədə fikirlərlə özünüzü yükləməyə ehtiyac yoxdur. İnanın, həqiqətən ehtiyacınız varsa, insan hər şeyə qadirdir. Çünki insan vəhşi istəklə idarə olunanda sərhəd tanımır.
Həyat yoldaşı seçimi
İki evliliyimin ikisi də 3 il çəkmədi. Həmişə əmin idim ki, yanımdakı insanı yaxşı tanıyıram, amma onları düzgün qiymətləndirməmişəm. Nəticədə gələcək övladlarımın atasını axtarmağa başladım və tapdım.
Ananın övladı üçün edə biləcəyi tək şey ona yaxşı bir ata seçməkdir. Bu sözlər bizi düşünməyə məcbur edir. Kişilərin özümüzə münasibətini bağışlayırıq, amma uşaqlara pis münasibəti əsla! Pis vərdişlərə qurşananları, işləmək istəməyənləri və özünü dahi kimi təqdim edib qadınları tora salan kişiləri dərhal siyahıdan silirik. Bəli, kastinq sərtdir. Amma o, buna dəyər.
Tənqid haqqında
İnsanlar deyir ki, sən yanlış yoldasan. Buludlarda uçuramsa və ya uçuruma yuvarlanıramsa, bu sözlərin nə faydası var? Ümumiyyətlə, bu gün kim sözə və nəsihətə əhəmiyyət verir? Hər kəs təcrübə qazanmaq üçün öz qabını doldurmaq istəyir. Filosoflar hələ də həyatımızın nə olduğunu mübahisə edirlər – bərbəzəkli tale və ya verdiyimiz bütün qərarların cəmi.
İnsanlar arasındakı fərqlər haqqında
Fərqlər yaxşıdır. Biri sizə fərqli olduğunuzu söyləyəndə gülümsəyin, başınızı dik tutun və fəxr edin.
Qadın kimi axtarır?
Qadın nə qədər güclü olsa da, özündən güclü kişi gözləyir... Azadlığını məhdudlaşdırması üçün deyil, ona zəif olmaq haqqını verməsi üçün.
Özünüzə yazığınız gəlməsin
Heç vaxt peşman olmamışam. Mən təəssüflərin bəhrəsinə inanmıram. Peşman olmaq özündən utanmağa gətirib çıxarır. Nə qədər ki, utanırsan, qəfəsdəsən. İşlərin gedişatı barədə təsəvvürlərimiz bizə mövcud reallıqdan zövq almağa mane olur.
BiG.Az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Sevgilim 3 il məni aldatdı"
Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı etiraflar edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədəki canlı yayım zamanı sonuncu münasibətinin üç il davam etdiyini bildirib. O, həmin müddətdə qarşı tərəfin ona dəfələrlə yalan vədlər verdiyini söyləyib. Pərvin ailə qurmaq və ana olmaq arzusund
07.11.2026 263 Rejissor ayrıldı, aktyorlardan endirim istənildi
Baş rollarını Hazal Subaşı və Birkan Sokullunun paylaşacağı "Evlat" serialında dəyişikliyi olub. Axşam.az xəbər verir ki, çəkilişləri hələ başlamayan serialdan rejissor Neslihan Yeşilyurt ayrılıb. Onu bu vəzifədə Çağatay Tosun əvəzləyib. Bundan başqa, "ATV"də yayımlanacaq serialı
07.11.2026 228 "Mən əməliyyatda olanda bacımın ürəyi gedib"
"Oğlum da, qızım da, bacım da etiraz etdi. Hara gedirdimsə, deyirdilər ki, əməliyyat etdirmə. Amma mən qərar vermişdim, özümü buna hazırlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli TMB-də qonaq olarkən deyib. Abdominoplastika əməliyyatı keçirən müğənni həmi
31.10.2026 525 39 yaşlı aktyor faciəli şəkildə öldü
Rusiyalı aktyor İvan Skitsan vəfat edib. Axşam.az xəbər verir ki, aktyor 39 yaşında dünyasını dəyişib. Onun ölümünün səbəbi ilə bağlı "Mash" teleqram kanalı məlumat yayıb. Nəşrin iddiasına görə, anadangəlmə qida borusu daralmasından əziyyət çəkən İvan elə bu səbəbdən 10-dan çox əməliyyat keçirib
20:15 161 79 yaşlı müğənni gənc qalma sirrini açıqladı
Türkiyəli müğənni Erol Evgin gənc və enerjili qalmasının sirrindən danışıb. Axşam.az xəbər verir ki, 79 yaşlı sənətçi qatıldığı televiziya proqramında sağlam həyat tərzi və gündəlik vərdişləri ilə bağlı açıqlamalar verib. Evgin bildirib ki, hər gün 8-9 saat yatır, qlütensiz və laktozasız qidalanır. Müğənn
01.11.2026 509 "Başkalarının hayatı" da yayımlanmayacaq
"Başkalarının hayatı" serialının da yeni bölümü sabah yayımlanmayacaq. Axşam.az xəbər verir ki, bu qərar reklam gəlirlərinin aşağı olması ilə əlaqədar qəbul edilib. Qeyd edək ki, eyni səbəbdən cümə axşamı "Halef", "Sevdiğim Sensin" və "Muhtemel Aşk" seriallarını
31.10.2026 537 Xoşqədəm TANINMAZ HALDA - FOTO
Aparıcı Xoşqədəm Baxşəliyeva sosial mediada paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, o, şəxsi "Instagram" hesabında yeni görüntülərini paylaşıb. Fotoda aparıcının çəki alması və dəyişimi diqqətdən qaçmayıb. Onun paylaşımı marağa səbəb olub. Həmin fotoları təqdim edirik:
00:06 446 Gözəllik müsabiqəsinin qalibləri bəlli oldu
Elektra Events Hall"da keçirilən "Miss & Mister Of Azerbaijan 2026" gözəllik müsabiqəsinin qalibləri bəlli oldu. Showmedia xəbər verir ki, münsif heyətininin verdiyi səsə, tamaşaçıların verdiyi səsə və idarə heyətinin verdiyi qərara əsasən "Miss Of Azerbaijan 2026" qalib
31.10.2026 784 Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina vəfat edib
Sovet və Rusiya aktrisası Lidiya Fedoseyeva-Şukşina ömrünün 89-cu ilində vəfat edib. "Report" "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə onun qızı Mariya Şukşina məlumat verib. Oktyabrda mediada aktrisanın ürək problemləri səbəbindən xəstəxanaya yerləşdirilməsi barədə məluma
07.11.2026 213