Novruz Qartal: Kirayə qaldığı evdən son mənzilə köçən sənətçi - FOTO

Novruz Qartal: Kirayə qaldığı evdən son mənzilə köçən sənətçi - FOTONovruz Qartalın ölüm xəbərini teatrsevərlər üzüntü ilə qarşıladı. Aktyorun ağır xəstəliyi, evsizliyi, çətin sosial-maddi durumu haqqında media və sosial platforma paylaşımları bir-birini əvəz etdi. Novruz Qartal uzun müddətdir xəstə idi: insult keçirmişdi, onkoloji xəstəlikdən əziyyət çəkirdi. Milli Onkologiya Mərkəzində əməliyyat olunmuşdu. Amansız xəstəliklə mübarizədə milyonlarla insan kimi o da aciz idi...

Kaspi.Az-ın bu haqda yazısını təqdim edirik:

Novruz Qartal ömrünü teatra həsr etmişdi. 1967-ci ildə Şəmsi Bədəlbəylinin dəvəti ilə səhnəsinə çıxdığı Musiqili Komediya Teatrı ona dünyanın ən müqəddəs məkanları qədər əziz idi. O, bu teatrın səhnəsində "Toy kimindir"də Qoşun, "Durna"da Dursun, "Hicran"da Balaəmi, "Özümüz bilərik"də İbişov, "Milyonçunun dilənçi oğlu"nda xidmətçi, "Sevindik qız axtarır"da tələbə, "Nənəmin şahlıq quşu"nda Qədim Qədimoviç, "Bankir adaxlı"da Dilənçilər padşahı, "Əlin cibində olsun"da Dilənçi, "Aldın payını, çağır dayını" komediyasında Əhmədi Biqəm və s. obrazları ilə tamaşaçıların sevimlisinə çevrilmişdi. Səhnəyə, teatra məhəbbətini özü üçün "Əgər aktyor teatrdan gedərsə, bir aydan sonra dünyasını dəyişəcək. Aktyorun canı səhnədə çıxmalıdır..." fikirləri ilə məzhəbə çevirmişdi. Novruz Qartal Azərbaycanın Əməkdar artisti fəxri adına, bir neçə dəfə Prezident mükafatına layiq görülmüşdü. Onkoloji xəstəliyə təslim olmasaydı, yenə də teatrın səhnəsində olacaqdı. Teatr rəhbərliyi də indiki kimi təsdiqləyəcəkdi: "Təqaüd yaşına çatmasına baxmayaraq, bu gün də o, teatrın aktyor heyətinin üzvüdür, yaşına və yaradıcılığına uyğun rollarda çıxış edir..."

Novruz Qartal tamaşaçı sevgisi qazanan aktyor idi. Həyat ondan bir çox maddi nemətlərini əsirgəsə də, "Tamaşaçı sevgisini qazanmaq hər sənətkara nəsib olmur" deyə özünə təsəllisini əlindən ala bilməmişdi. O, bu sevgini gerçəkdən qazanmışdı. "Aktyor olmaq asandır, ancaq gərək insan sənətkar olasan. Gənclərə də qayğı göstərəsən. Çünki biz məktəb görmüşük. Mən Lütfəli Abdullayev, Bəşir Səfəroğlu, Münəvvər Kələntərli, Şəmsi Bədəlbəyli, Süleyman Ələsgərov kimi görkəmli sənətkarlarla ünsiyyətdə olmuşam, onlardan öyrənmişəm. Öyrəndiklərimi də bu gün gənclərə əsirgəmirəm. Çünki onlardan qayğı görmüşəm və mənim də borcumdur ki, həmin qayğını yetişən nəslə əsirgəməyim" sözləri dilinin əzbəri idi.

Novruz Qartal "Kaspi"yə dəfələrlə müsahibələr vermişdi. Hər dəfə də içində ötən illərə dərin nostaljisi olduğunu gizlətməmişdi. Teatrın qaynar dövrünü, müqtədir sənətkarlarla bir səhnəyə çıxmasını yada salır, tamaşaçıların ara verməyən alqışlarını yuxu kimi xatırlayırdı:

"O dövr başqa idi, bu dövr isə tam başqadır. O illərdə tamaşaçılarla ünsiyyət daha çox idi. Tez-tez rayonlara qastrollara çıxırdıq. Azərbaycanın bütün bölgələrində, kolxoz və sovxoz işçiləri qarşısında, pambıq tarlalarında çıxışlar edirdik. Bu cür səfərlərimiz həftələrlə, aylarla davam edirdi. Tamaşaçılarla belə canlı ünsiyyət çox maraqlı idi. Bu gün isə həmin sistem dağılıb. Düzdür, indi də tamaşaçılarımız teatra gəlirlər. Hər bir tamaşaçının öz zövqü var. Elə tamaşaçı var, bayağı gülüşləri xoşlamır, əsl sənət görmək istəyir. Elə tamaşaçı da var ki, ən mənasız şeylərə gülür. Bu, təbii haldır. İnsanlar cürbəcürdür. Sadəcə, aktyor çalışmalıdır ki, obrazı düzgün oynasın. Əgər aktyor öz rolunu düzgün oynasa, gülüş də öz-özünə gələcək".

Novruz Qartal hələ 65 yaşı olanda yubileyi ilə bağlı "Kaspi"yə verdiyi müsahibəsində kirayədə yaşamasından gileylənmişdi. "Sizə ev verilməsi ilə bağlı müraciət etmisinizmi?" sualıma "Etmişəm, hələ ki, bir şey yoxdur. Yenə ümidimi itirmirəm. Mən öz işimi gənclikdə necə sevirdimsə, indi də elə sevirəm. Məni işə bağlayan maddiyyat deyil. Çünki bizim nəsil səhnə fədailəridir. Bizim üçün səhnəsiz dayanmaq mümkün deyil" deyə cavab vermişdi. Təəssüf ki, o vaxtdan həyatla vidalaşdığı günə qədər bu mövzuda heç nə dəyişmədi. Bu illər ərzində aktyorun evsizliyi kimsəni narahat etmədi. Ev alması üçün teatrın müraciəti lazımi ünvanlara göndərilmədi. Mədəniyyət Nazirliyindən "Sənə hələ borclarımız var. Hələ borcumuzu ödəməmişik" deyə aktyora açılan məmur zəngi də onu kirayədən xilas etmədi.

Novruz Qartal 74 yaşında yenə də kirayədə yaşayırdı. Müsahibələrində təkrar-təkrar "Kirayədə yaşayıram…" deyə vurğulayırdı. Elə baş və epizodik rollarında oynadığı teatrın səhnəsini evi bilirdi. Evsizliyi ilə bağlı müsahibələrində giley-güzar etsə də, idarə və təşkilatların qapısını döyməyi, məktublar yazmağı, səlahiyyətli şəxslərin rahatlığını pozmağı sevmirdi:

"Mən həmişə sadə insan olmuşam. Gəncliyimdə də belə idim, indi də beləyəm. Ac və susuz olduğumu da heç vaxt heç kimə bildirmirəm. Heç vaxt qürurumu əyməmişəm. Düşünmüşəm ki, teatrda bilirlər. Cəbhələrdə oldum, fikir vermədim. Düşündüm, yaxşı olacaq. Qapı döymək, ona-buna yalvarmağı bacarmıram. İnsanlara yaxşılıq etdim, rəhmət qazandım. Hamı üçün yaşamışam. Özüm üçün utanardım nəsə edim. Mənim üçün səhnədə olmaq daha önəmlidir".

Parlamentin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva da onun ağır sosial durumu ilə bağlı müvafiq qurumlara çağırış etmişdi:

"Novruz Qartal hər zaman bir sənətkar kimi ön cəbhələrdə əsgər və zabitlərimizin qarşısında çıxış edib, mədəniyyət sahəsinə öz töhfələrini verib. Novruz Qartal bu gün çox ağır vəziyyətdə kirayədə yaşayır. Sosial-maddi durumu çox çətindir. Novruz Qartalın ən böyük istəyi ömrünün son günlərini birotaqlı da olsa, öz evində yaşamaqdır. Mən müvafiq dövlət qurumlarına, tikinti şirkətlərinə üz tutaraq Azərbaycan mədəniyyətinə önəmli töhfələr vermiş sənətkarın son arzusunun həyata keçməsi üçün dəstək göstərməyə çağırıram".

Aktyorun həyat yoldaşı Zərqələm xanımın "55 il teatrda can qoyan aktyor bu gün kirayələrdə ölür. Aidiyyəti qurumlar hara baxır? Çox şikayət etmişik, cavab verən olmayıb. Heç 55 ilin də aktyorunun meyiti kirayədən götürülərmi?" məzmunlu fəryadına da cavab verən tapılmadı.

"Gərək aktyorun nazını çəkəsən" deyən Novruz Qartal qızının evindən son mənzilə köçdü. O, həyatın nazsız, sığalsız-tumarsız həqiqəti ilə çoxdan barışmışdı: "Neyləmək olar? İnsanlar həyatda bir gün olduqları kimi, bir gün də yoxdurlar. Sənət isə daimidir…" deyirdi.

Novruz Qartal da beləcə fani dünyaya vida etdi. İşıqlı dünyada ayağını öz mənzilində rahat uzatmaq arzusunu da özü ilə apardı. Kirayə evdən son mənzilinə köçdü. Teatrsevərlərə isə yaddaşımıza həmişəlik yazılan maraqlı rollar yadigar qoydu…

Novruz Qartal: Kirayə qaldığı evdən son mənzilə köçən sənətçi - FOTO


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 1639   Tarix: 15 yanvar 2022  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rejissor ayrıldı, aktyorlardan endirim istənildi

Baş rollarını Hazal Subaşı və Birkan Sokullunun paylaşacağı "Evlat" serialında dəyişikliyi olub. Axşam.az xəbər verir ki, çəkilişləri hələ başlamayan serialdan rejissor Neslihan Yeşilyurt ayrılıb. Onu bu vəzifədə Çağatay Tosun əvəzləyib. Bundan başqa, "ATV"də yayımlanacaq serialı

07.11.2026 228
.

"Sevgilim 3 il məni aldatdı"

Aktrisa Pərvin Abıyeva şəxsi həyatı ilə bağlı etiraflar edib. Axşam.az xəbər verir ki, aktrisa sosial şəbəkədəki canlı yayım zamanı sonuncu münasibətinin üç il davam etdiyini bildirib. O, həmin müddətdə qarşı tərəfin ona dəfələrlə yalan vədlər verdiyini söyləyib. Pərvin ailə qurmaq və ana olmaq arzusund

07.11.2026 264
.

"Bir səhər əllərini sonuncu dəfə tutdum"

Aparıcı Jalə Həsənli dünyasını dəyişən anası ilə bağlı duyğusal paylaşım edib. Axşam.az xəbər verir ki, aparıcı sosial şəbəkədə anası ilə çəkdirdiyi son fotolardan birini yayımlayaraq onun yoxluğundan yazıb:. "Və bir səhər, 6 il bundan öncə əllərini sonuncu dəfə tutdum, saçlarının qoxusunu sonunc

01.11.2026 540
.

"Dərddən şəkərim qalxdı"

Müğənni İbrahim Borçalı səhhəti ilə bağlı açıqlama verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə "Bəh-bəh" verilişində danışıb. O, şirniyyatı çox sevdiyini, lakin şəkər xəstəliyinə görə ondan uzaq durmağa çalışdığını bildirib:. "Şirniyyatı xoşlayıram. Amma dərddən şəkərim qalxdı deyə

31.10.2026 496
.

Rəqsanədən qızı Aysunla bağlı ETİRAF: "Ona zəng etməyə utanıram"

Müğənni Rəqsanə İsmayılova qızı Aysun İsmayılova ilə bağlı səmimi və diqqətçəkən açıqlamalar verib. Müğənni qatıldığı televiziya proqramında həbsxanada keçirdiyi günlərdən danışıb. Sənətçi həmin dövrdə qızı Aysunun onun üçün çəkdiyi əziyyətlərə görə hələ də utandığını etiraf edib. Rəqsanə İsmayılov

00:04 497
.

"Qızımın əcnəbi ilə ailə quracağını eşidəndə şoka düşdüm"

Əməkdar artist Bəsti Sevdiyeva qızının xaricdə təhsil alması və ailə həyatı qurması ilə bağlı maraqlı açıqlama verib. Axşam.az xəbər verir ki, müğənni bu barədə "Qonaqcanlı" verilişində danışıb. O bildirib ki, qızı xaricdə təhsil alıb və ailə qurduğu şəxs də onun tələbə yoldaşı olub:. "Qızı

14:00 202
.

Polad Bülbüloğlu bu səbəbdən Tünzalə Ağayevaya təşəkkür etdi

Xalq artisti Tünzalə Ağayeva Azərbaycan musiqisinin əvəzolunmaz sənətkarı, Xalq artisti Polad Bülbüloğlunun "Gəl ey səhər" əsərini ifa edərək ona yeni nəfəs verib. xəbər verir ki, MTV maqazin sözügedən ifa haqqında Polad Bülbüloğlundan özəl açıqlama alıb. Xalq artisti pop ulduza təşəkkürün

06.11.2026 457
.

Corcinanın qısqanclığı Ronaldoya 100 milyon dollara başa gəldi

Ulduz futbolçu Kriştiano Ronaldonun özəl təyyarəsində çalışan qadın pilotu işdən çıxardığı iddia olunur. Bu qərarın arxasında isə həyat yoldaşı Corcina Rodrigesin dayandığı bildirilir. xəbər verir ki, Ronaldonun təyyarəsində pilot kimi çalışan Sofiya Vens adlı qadınla futbolçu arasındakı yaxın münasibə

03.11.2026 809
.

Mənzurə Musayevanı 500 manata toya çağırmaq istədilər

Müğənni Mənzurə Musayeva yarım saatlıq toy çıxışının qiyməti ilə bağlı müzakirələrə səbəb olub. Qaynarinfo xəbər verir ki, müğənni bu günlərdə qatıldığı televiziya proqramlarından birində müzakirə mövzusuna çevrilib. Veriliş zamanı orta məktəbdə müəllim işləyən tamaşaçı canlı yayıma qoşularaq övladlarını

29.10.2026 759
.