"Özümdən belə uğur gözləməzdim"

III qrup üzrə ən yüksək nəticə göstərən abituriyent danışdı...

Sabunçu rayon 72 saylı məktəb-liseyin məzunu Xeyransa Rafiq qızı Əliyeva TQDK-nın rəsmi açıqlamasına görə, III qrup üzrə ən yüksək nəticə göstərən abituriyentdir. Modern.az-a açıqlamasında Xeyransa deyib ki, 700 bal toplayacağına inanmırmış.

"Bu, mənim üçün gözlənilməz oldu, çox sevinirəm. Sevincimin həddi-hüdudu yoxdur. Sözün açığı, bütün suallara doğru cavab verib 700 bal toplayacağımı gözləmirdim. Bu mənim üçün gözlənilməz oldu.
İmtahan başlayanda çox həyəcanlı idim. Suallar o qədər də çətin deyildi. Normal idi. Mən əvvəlcədən yaxşı hazırlaşdığım üçün sualları cavablandırmaqda bir o qədər də çətinlik çəkmədim. Bəzi suallar var idi ki, onlar çətin idi, amma asan suallar da çox idi. İmtahan başa çatdıqdan sonra yaxşı yazdığımı bilirdim. Amma 700 bal toplayacağımı düşünməzdim. İnanın ki, dünən cavablar açıqlananda gözlərimə inanmırdım ki, 700 bal toplamışam. Özümə inanmırdım", – deyə X.Əliyeva vurğulayıb.

Əldə etdiyi yüksək nəticəyə görə valideynlərinə borclu olduğunu deyən abituriyent gələcəkdə hüquqşünas olmaq istədiyini və bundan sonra da təhsilini yüksək səviyyədə davam etdirəcəyini açıqlayıb:

"Mən bu uğuru valideynlərimə borcluyam. Onlar mənə hər zaman dəstək olurdular. Təbii ki, müəllimlərimin də əziyyətini unutmaq olmaz. Xüsusən də hazırlığa getdiyim müəllimlərim mənim üçün çox çalışırdılar ki, yaxşı nəticə əldə edim. Bəlkə də mənim 700 bal toplamağıma müəllimlərim məndən çox sevinirlər.
İndi o qədər sevincliyəm ki, hələ hansı fakültəni seçəcəyimi dəqiq bilmirəm. Bizim məktəbimizdə təhsil çox yüksək səviyyədədir. Mən artıq 72 saylı məktəbin 700 bal toplayan ikinci məzunuyam. Təhsilimi doğma vətənimdə davam etdirmək istəyirəm. Hələ ali məktəbə hazırlaşanda bir məqsədim var idi. O da Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Hüquqşünaslıq fakültəsi idi. Valideynlərim də həmişə mənim bu seçimimə dəstək verirdilər. Ümumiyyətlə, indi o qədər sevinirəm ki, sevincimin həddi-hüdudu yoxdur".

X.Əliyeva sonda ali məktəbə qəbul olmaq istəyən abituriyentlərə uğurlar arzulayaraq, onları da 700 bal toplamağa səsləyib.

"Ali məktəbə qəbul olmaq istəyən, bundan sonra imtahan verən bütün abituriyentlərə uğurlar arzulayıram. İnanıram ki, siz də mənim kimi üzərinizdə çox işləsəniz, yaxşı nəticə əldə edəcəksiniz. Mən gecə-gündüz oxuyurdum ki, ali məktəbə qəbul olum. Odur ki, heç vaxt çəkdiyiniz əziyyət yerdə qalmaz inşallah", – deyə əlavə edib.

Xeyransa 1994-cü ildə Bakı şəhərində anadan olub. O, sınaqlarda heç vaxt 700 bal toplaya bilməyib, daha çox 650 bala yaxın nəticə əldə edib.

Qeyd edək ki, 700 bal toplayan məzunun təhsil aldığı Sabunçu rayonu Fikrət Tağıyev adına 72 №-li məktəb-liseydə hazırda 1200-dən çox şagird oxuyur, 128 müəllim çalışır. Burada fəxri ad qazanan müəllimlərin sayı 7-dir. Təhsil müəssisə 2007–08– ci dərs ilində Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi olub. 2010–11– ci tədris ilində məzunların 92% ali məktəblərə qəbul olub. 14 nəfər 600–dən yüksək bal toplayıb. 2 məzun isə medala layiq görülüb.

mənbə: xezerxeber.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 16242   Tarix: 19 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Binanın qarşısından keçən qadının üstünə armatur düşdü – ANBAAN VİDEO

Türkiyənin Çorum şəhərində qadın tikintisi davam edən binanın qarşısından keçərkən ciddi təhlükə ilə üzləşib. -a istinadən xəbər verir ki, hadisə anbaan inşaat meydançasının təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Görüntülərdə qadının onun üstünə düşən armatur dirəklərdən yayınmağa çalışdığ

14.09.2021 1946
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -a istinadən xəbər verir ki, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlər aldığ

14.09.2021 1051
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424