Avtomobil tüstüsündən qorun! (Araşdırma)

Avtomobil tüstüsündən qorun! (Araşdırma)On-on beş ilin söhbətidir - Bakıya treninq keçməyə gəlmiş bir xarici jurnalist elə hava limanından az qala geri qayıdıb qaçmaq istəyirdi: "Şəhərinizdə hava yaman ağırdır, mən bu bir həftəni burada necə dözəcəm",- deyirdi. Onu bunun sadəcə "Neft və milyonlar səltənəti"nin bir təzadı olduğunu, ağır havanın ətrafdakı neft mədənlərindən qaynaqlandığını, şəhər mərkəzinin havasının qat-qat təmiz olduğuna inandırmaqla bir təhər fikrindən daşındırmaq mümkün oldu. Bakıda keçirdiyi bir həftə ərzində şəhərdəki tarixi binalara heyranlığını gizlətməsə də, şəhərin havası ilə bağlı fikrini demək olar ki, dəyişmədi: "Cəmi bir həftədə öz üzərimdə fəsadlarını hiss edirəm, məncə, sizin ən böyük probleminiz ekologiyadır, bu istiqamətdə daha çox yazın",- deyə o, azərbaycanlı jurnalistlərə tövsiyyə edirdi.

Həmin günlərdən çox müddət keçsə də, Bakının mərkəzindən havanı korlayan bir çox sənaye müəssisəsi şəhər kənarına çıxarılsa da, paytaxtın havası yenə də şəhərə ilk dəfə gələnləri "heyrətə salmaqdadır" - artıq neçə illərdir ki, Azərbaycan paytaxtı dünyanın ən çirkli 30 şəhəri sırasında birincidir. Maraqlıdır ki, hər iki ildən bir açıqlanan sıralamanın 2010-cu ildə dərc etdirilən sonuncu nəşrində çirkli şəhərlər sırasına MDB məkanından yalnız dörd şəhər daxil idi və postsovet məkanından Moskva, Bişkek və Almatı da çirklilər reytinqinin ilk 30-luğuna düşmüşdü. Reytinqin müəllifi "NYC Partnership Consulting" şəhərin çirklilik səviyyəsini bir neçə parametr üzrə qiymətləndirir və şirkətinin açıqlamasına görə, burada birinci yeri atmosfer havasının təmizliyinə verilir. Başqa cür də ola bilməz, çünki hava insana hər an lazım olan və hər an istehlak etdiyi həyat mənbəyidir. Yəni "NYC Partnership Consulting" bu qara siyahıda birinci yer verdiyi Bakının havasının çox çirkli olduğunu vurğulayır.

Bakıda havanın çirkli olduğunu Ekoloji və Təbii Sərvətlər Nazirliyində (ETSN) də təsdiqləyirlər. Nazirliyin rəsmi saytında bununla bağlı deylir: "Bakı şəhəri üçün havanın spesfik çirkləndiricilərindən toz, dəm qazı, azot 4-oksid, his və furfurolun miqdarı ayrı - ayrı günlərdə yol verilən qatılıq həddini ötür". Düzdür, ETSN-in saytında bütünlükdə Azərbaycan ərazisində havaya atılan tullantıların miqdarının sovet illəri ilə müqayisədə 3 dəfə azalaraq 3 milyon tondan təxminən 1 milyon ton ətrafına düşməsi də ifadə edilib və bu başa düşüləndir. Sovet illərində Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində fəaliyyət göstərən metallurgiya, kimya və maşınqayırma zavodlarının çoxu indi fəaliyyət göstərmir. Lakin saytda yer almış bir məqam çox narahatedicidir. Nazirliyin məlumatına görə, Azərbaycanda havaya atılan tullantıların 75 faizindən çoxu avtomobil nəqliyyatının payına düşür. Məsələn, 2010-cu ildə ölkə üzrə havaya 957 min ton tullantı atılıb ki, bunun da 742 min tonunun (77%-inin) mənbəyi avtomobillərdir. Bu, orta dünya göstəricisindən üç dəfə yüksəkdir - beynəlxalq təşkilatların məlumatına görə, hazırda dünya üzrə istixana qazlarının yalnız 25%-i avtomobillərin payına düşür və beynəlxalq təşkilatlar 2035-ci ildə bu göstəricinin 46%-ə çata biləcəyindən də həyəcanla danışırlar. ETSN saytından o da görünür ki, son illərdə Azərbaycanda havaya atılan tullantıların miqdarı ildən ilə artmaqdadır. Əgər 2002-ci ildə respublika üzrə havaya 0,75 milyon ton tullantı atılırdısa, hazırda bu rəqəm 1 milyon tonun ətrafında dəyişir. Halbuki, son illərdə sənaye sektorunun restrukturizasiyası nəzərə alındıqda, bu, baş verməməli idi, çünki son on ildə ölkə üzrə mazutla işləyən bütün istilik elektrik stansiyaları (İES) havaya qat-qat aşağı tullantı atan buxar-qaz generatorları ilə əvəzlənib. Mənəvi köhnəlmiş bir sıra kimya, maşınqayırma, neft-kimya, tikinti materialı müəssisləri bağlanıb və az sayda açılan müəssisələr isə atmosveri qat-qat aşağı səviyyədə çirkləndirir. Amma bununla belə, ölkə üzrə havaya atılan tullantıların miqdarı artır. Tanınmış ekoloq, Milli Elmlər Akademiyasının (MEA) Radiasiya Problemləri İnstitunun əməkdaşı, professor İslam Mustafayev bunu ölkə üzrə avtomobillərin sayının artması ilə bağlıyır: "Əgər Bakıda 2000-ci ildə 400 mindən az avtomobil vardısa, indi 800 mini keçir". Onun sözlərinə görə, əsas problem avtomobil parkının köhnə olmasındadır. "Mühərriklər saz vəziyyətdə işləmir, qaz-toz tutucu avadanlıqla təchiz olunmayıb. Bir çox hallarda yapon maşınlardan katalik absorbent süzgəcləri baha olduğundan çıxarılır və buna görə də avtomobillərin havaya atdığı tullantıların miqdarı artır", - deyə alim vurğulayır.

Bu baxımdan Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən ölkəyə idxal edilən və ölkədə istehsal edilən yol-nəqliyyat vasitələri üçün "Avro – 3" ekoloji standartlarını təsdiq etməsini irəliyə doğru addım saymaq olar. Qeyd edək ki, hazırda Azərbaycanda "Avro-2" standartları qüvvədədir - Nazirlər Kabineti standartın vaxtını təyin etdikdən sonra həm idxal edilən və istehsal edilən avtomobillər "Avro-3" standartlarına uyğun olacaq. Azərbaycan Texniki Universitetinin avtomobil nəqliyyat fakültəsinin dekanı, texnika elmləri namizədi Sülhəddin Gözəlovun sözlərinə görə, "Avro-3"ə keçid nəticəsində avtomobillərin havaya atdığı zərərli komponentlərin miqdarı iki dəfədən çox azalacaq: "Avtomobilin havaya atdığı tullantı qazının tərkibincə 5 zəhərli komponent var - karbon qazı, dəm qazı, azot oksidi, karbohidrogn birləşmələri və tüstüləmə. "Avro" standartlarında bu göstəricilər müxtəlif tipli avtomobillər üçün öz əksini tapıb. "Avro-3"ə keçməklə bu komponentlərin miqdarı azalacaq. Məsələn, "Avro-3"də dəm qazının miqdarı "Avro-2"yə baxanda 60-70% faiz azdır". Alimin sözlərinə görə, bu standartların tətbiqi gələcəkdə avtomobil parkının tərkibinin müsbət istiqamətdə dəyişməsinə səbəb olacaq. Yəni xaricdən "Avro-3" uyğun olmayan köhnə Avropa modellərinin, həmçinin Rusiyada hazırda istehsal edilən bir sıra modellərin Azərbaycana gətirilməsinə qadağan qoyulacaq: "Rusiyadan yalnız "VAZ" və "QAZ"ın ən son model avtomobillərini idxal etmək mümkün olacaq. Bunlar 2009 və 2010-cu illərdə buraxılmış modellərdir. Amma "VAZ"ın nisbətən yeni modelləri olan "VAZ 21012", "VAZ 21015", "VAZ 2109", "VAZ 21010" kimi modellər də autda qalacaq. Amma "VAZ 21012" və "VAZ 21015"in bəzi son modellərin incektor sistemində dəyişikliklər edilib və 2011-ci ilin axırlarından müxtəlif katalizatorlar qoymaqla onları təkmilləşdiriblər – "Avro 3"ə uyğunlaşdırıblar. Yəni tullantı qazları təkrar yandırmaqla onun tərkibindəki zəhərli qazları azaldan neytrallaşdırıcılar quraşdırıblar. "VAZ 21015"in bir qismində bu var", - deyə Sülhəddin Gözəlov vurğulayır.

Alimin sözlərinə görə, "Avro – 3"ə keçid ölkədə bu günə qədər mövcud olan avtomobil parkına heç bir təsir göstərməyəcək: "Vətəndaşın mülkiyyət hüququ var, ona demək olmaz ki, siz mütləq "Avro-3"ə keçin və bu maşını sabahdan sürməyəcəksiniz. Bunu etmək doğru deyil və hökumətin belə bir fikri də yoxdur". Yəni "Avro-3", yaxud lap Avropa Birliyində olan kimi "Avro-5" keçid ekoloji durumun radikal şəkildə müsbətə doğru dəyişməsinə səbəb olmayacaq, köhnə avtomobil parkı Bakının küçələrin tüstüyə bürüməkdə davam edəcək.

Lakin Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Nizami Süylemanov bu məsələni həll etməyi mümkün sayır. "Ən müasir avtomobillərdə belə, yanacaq tam yanmır və yanacağın 20%-dən 40%-ə qədəri yanmamış və ya yarım yanmış halda çölə atılır". Alimin sözlərinə görə, onun rəhbərliyi altında yaradılmış nanokatalizatorlar mühərriklərə bağlandıqdan sonra 100%-ə yaxın yanma göstəricisi almaq mümkündür. "Nanokatalizatorların verdiyi pozitiv enerji yanacaqda molekulyar səviyyədə boşalma verir. Adi halda yanacağın dipollar arası əlaqəsində həmişə sıxılma olur, həmin sıxılma enerjisini neytrallaşdırdıqda, yanacaq injektordan və karbüratordan keçən zaman bir damla əvəzinə, minlərlə damla yaranır, nano ölçülərə qədər xırdalanma gedir və yanma təmiz gedir",- deyə professor vurğulayır. Alimin sözlərinə görə, indiyə qədər nanokatalizatorlar quraşdırılmış mühərriklərin verdiyi nəticələr Azərbaycanın bütün avtomobil parkını çağdaş standartlara uyğunlaşdırmağa imkan verər.

mənbə: anspress.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4510   Tarix: 17 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Üzeyir Hacıbəylinin doğum günü Şuşada qeyd olunacaq

Bu gün Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəylinin doğum günüdür. xəbər verir ki, 1995-ci ildə isə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərar

18.09.2021 381
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585