Şou-biznesin diplomlu müğənniləri

Şou-biznesin diplomlu müğənniləriSirr deyil ki, Azərbaycanın müasir şou-biznes ulduzlarının çoxu məhz məşhurlaşandan sonra ali təhsil almağa üstünlük verir. Onların çoxu səs, səhnə standartlarına cavab vermə göstəricilərindən daha çox məhz sonradan əldə etdikləri bu diplomları əsas gətirib "özlərinə oxumaq haqqı" tanıyırlar. Amma həqiqət həm də odur ki, məşhurların çoxu bu diplomu məhz "peşəkarlıq aləti" kimi istifadə etmək üçün əldə edir. Həqiqətdə isə onların çoxu universitet auditoriyalarında əyləşib peşəkarların mühazirələrini dinləməyi "vaxt itkisi" hesab edir.
Apardığımız kiçik araşdırmadan sonra öyrəndik ki, Faiq Ağayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları sırasındadır.Amma onun aktyorluq imkanları müğənni peşəsinin kölgəsi altında sürünür.
Şou-biznesin diplomlu müğənniləriBrilliant Dadaşova 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqili komediya ixtisasını bititrib,Nisə Qasımova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin solooxuma ixtisasını bitirib.
Ağadadaş Ağayev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi və teatr kollektivlərinin rəhbəri ixtisasını bitirib. Bundan əvvəl isə o, ilk ali təhsilini Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin texniki fənlər və fizika fakültəsində alıb. Uzun müddət Cəlilabad rayonunda fizika müəllimi işləyib. Azərin Bakı Musiqi Akademiyasının solooxuma sinfini, Nəzakət TeymurovaBakı Musiqi Akademiyasında Arif Babayevin muğam sinfini bitirib.
Şou-biznesin diplomlu müğənniləriİfaçıların bir qismi əsas peşələrindən bir qədər yayınaraq müğənnilik sənətini seçib. Digər qismi isə müğənni olandan sonra ayrı-ayrı ixtisaslara yiyələnib. Növbəti sıralamada Ədalət Şükürovun adını çəkə bilərik. Adının yanında əməkdar artist fəxri adı duran müğənni Sankt-Peterburqun İncəsənət Akademiyasını bitirib və hazırda bu universitetin elmlər namizədidir.
Şou-biznesin diplomlu müğənniləriİradə İbrahimova Azərbaycan Milli Konservatoriyasının solooxuma fakültəsinin IV kurs tələbəsidir. İlk təhsilini Azərbaycan Dillər Universitetində alıb.
Şou-biznesin diplomlu müğənniləriSevda Ələkbərzadə bir az əvvəl adını çəkdiyimiz həmkarı İ.İbrahimova ilə birlikdə Azərbaycan Milli Konservatoriyasının eyni kursunda təhsil alır.
Şou-biznesin diplomlu müğənniləriNadir Qafarzadə Asəf Zeynallı adına Musiqi Kollecini bitirib, ali təhsili yoxdur.
Şou-biznesin diplomlu müğənniləriEyyub Yaqubov Asəf Zeynallı adına Musiqi Kollecinin fortepiano sinfini bitirib. Bu müğənninin də ali təhsili yoxdur.
Şou-biznesin diplomlu müğənniləriAzərbaycanın xalq artisti adını qazananlardan biri Nazpəri Dostəliyeva Mədəniyyət və İncəsənət Universitetinin solooxuma fakültəsinin məzunudur.
Şou-biznesin diplomlu müğənniləriİzzət Bağırov da eyni universitetdə eyni fakültənin tələbəsi olub.
Şou-biznesin diplomlu müğənniləriElariz Məmmədoğlu Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin mədəni-maarif fakültəsinin kütləvi tamaşalar rejissoru ixtisası üzrə təhsil alıb.
Şou-biznesin diplomlu müğənniləriVasif Məhərrəmli Bakı Musiqi Akademiyasının ifaçılıq fakültəsini bitirib.Tünzalə Ağayeva Qəmbər Hüseynli adına Gəncə Musiqi Texnikumunda oxuyub və onun da ali təhsili yoxdur.
Şou-biznesin diplomlu müğənniləriElnarə Azərbaycan Milli Konservatoriyasının sonuncu kurs tələbəsidir. O, ilk təhsilini Azərbaycan Dillər Universitetində alıb.
Şou-biznesin diplomlu müğənniləriMəleykə Əsədova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr aktyorluğu ixtisasına yiyələnib.
Şou-biznesin diplomlu müğənniləriMüğənni Kərim isə Mədəni-Maarif Texnikumunun xalq çalğı alətləri orkestrinin bədii rəhbəri fakültəsini bitirib. Sabir Əhmədov Moskva Dövlət Konservatoriyasının solooxuma sinfinin, Nura isə Bakı Musiqi Akademiyasının məzunudur.
Onların gənc həmkarı Ayaz Azərbaycan Milli Konservatoriyasının solooxuma, Fidan Hacıyeva Bakı Musiqi Akademiyasının vokal sənəti.
Növbəti sıralamada adları hallandırılan Nurlan Növrəsli Bakı Musiqi Akademiyasının vokal, Rüfət Axundov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram rejissorluğu,Lalə Məmmədova Azərbaycan Milli Konservatoriyasının solooxuma fakültəsində təhsil alıblar. Qeyd edək ki, Lalə xanım ilk təhsilini Azərbaycan Dillər Universitetində alıb.
Şou-biznesin diplomlu müğənniləriSəhnəmizin "ağır" ulduzlarından olan Zülfiyyə Xanbabayeva Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsini bitirib.
Şou-biznesin diplomlu müğənniləriElnur Azərbaycan Dövlət İqtisad Universitetinin iqtisadiyyatın hüquqi tənzimlənməsi fakültələsində təhsil alıb.
Şou-biznesin diplomlu müğənniləriElza Seyidcahan Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsində Arif Məlikovun sinfində təhsil alıb.
Şou-biznesin diplomlu müğənniləriCavanşir Məmmədov Asəf Zeynallı adına Musiqi Kollecinin ifaçılıq, daha sonra Azərbaycan Dövlət Texniki Universitetinin avtonəqliyyat fakültəsində təhsil alıb. Gülüstan Əliyeva Bakı Musiqi Akademiyasının solooxuma, Xuraman Şuşalı Azərbaycan Milli Konservatoriyasının solooxuma sinfində,Rahidə Baxışova Asəf Zeynallı adına Musiqi Kollecində təhsil alıblar. Rəqsanə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində estrada fakültəsinin IV kurs tələbəsidir. İlk təhsilini isə Gəncə Texnikumunda alıb.
Şou-biznesin diplomlu müğənniləriRöya Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib və bundan öncə 7 illik musiqi məktəbində fortepiano sinfində oxuyub.
Şou-biznesin diplomlu müğənniləriÖyrəndik ki, Aygün Kazımova, Abbas Bağırov, Natəvan Həbibi kimi tanınmışların isə heç bir ali təhsili yoxdur.

Fikirlərinizi bildirməyi unutmayın!!!

BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 17552   Tarix: 15 dekabr 2008  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Sibel Canın verilişi kimi layihə edəcəyəm"

Müğənni Aygün Şükürova yenidən aparıcılıq edəcəyini deyib. OLAY yazır ki, ifaçı ötən il apardığı verilişdən bəhs edərkən, həyata keçirmək istədiyi yeni layihəsindən söz açıb. O, bu barədə "Xəzər axşamı" proqramında danışıb. "Nuşi can" verilişi idi. 9 ay apardıq. 5 gün canlı efir idi

24.04.2024 806
.

"İstirahətə pulsuz gedirik"

Müğənni Sevda Yahyayeva "Həmin Zaur" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, sənətçi, aparıcı Zaur Kamalın "İldə 4-5 dəfə istirahətə necə gedirsiniz" sualına belə cavab verib:. "Biz istirahətə pulsuz gedirik. Təyyarə biletlərimiz ödənişsiz olur. Əksər səyahətlərimi

25.04.2024 1263
.

Vüsalənin mini geyimi və rəqsi GÜNDƏM OLDU - VİDEO

Məşhur aparıcı Vüsalə Əlizadənin səhnə geyimi və rəqsi gündəm olub. xəbər verir ki, Vüsalə aparıcı olduğu verilişdə İzzət Bağırovun mahnısının sədaları altında rəqs edib. Görüntülər sosial şəbəkələrdə yayılıb. Sözügedən görüntüləri təqdim edirik:

12:42 645
.

Faiq Öztürk iflic olub

Türkiyəli müğənni Faiq Öztürkün 20 gün öncə Bodrumda beyninə qan sızıb. Axşam.az xəbər verir ki, sənətçinin sol tərəfi iflic olub. 62 yaşlı müğənni Ankarada müalicə olunur. Bu barədə məlumatı müğənninin həyat yoldaşı və duet ortağı Safiye Soyman verib

25.04.2024 626
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23.04.2024 751
.

Aygün Kazımova GÖRÜNÜŞÜ İLƏ GÖZ QAMAŞDIRDI - VİDEO

Xalq artisti Aygün Kazımova geyimi ilə diqqət çəkib. xəbər verir ki, ifaçı "instagram"da yeni videosunu paylaşıb. Xalq artisti göbəyi açıq, mini geyimdə cazibədar görünüşü ilə izləyicilərin diqqətini çəkib. Həmin paylaşımı təqdim edirik:

27.04.2024 3623
.

"Jolly Joker"in ilk qlobal məkanı "Jolly Joker Bakı"da Yıldız Tilbe izdihamı

Bakının mərkəzində 3.00 nəfərlik zala sahib "Jolly Joker Bakı" Azərbaycanda Yıldız Tilbe konserti ilə qapılarını sevənlərinə açdı. "Jolly Joker"in əvəzedilməz simalarından ən öndə gələn və hər konsertdə biletləri günlər öncə tükənən Yıldız Tilbe Azərbaycanda da eyni maraqla qarşılandı

24.04.2024 360
.

Talıb Talenin toyu olacaq - VİDEO

Müğənni Talıb Tale özündən 15 yaş kiçik xanımla ailə həyatı quracağını açıqlayıb. xəbər verir ki, müğənni bu barədə ATV-də yayımlanan verilişlərdən birində deyib. O, həyatındakı xanımla hər şeyin yolunda getdiyini, onunla xoşbəxt olduğunu deyib. "Həyatımda olan xanımla aramızda 15 yaş fərq var

26.04.2024 1395
.

Britni Spirs atomobilinin şüşəsini sındırdı

Adını River Red olaraq dəyişdirən müğənni Britni Spirs məhkəmənin qərarına əsəbiləşərək atomobilinin şüşəsini sındırıb. Axşam.az xəbər verir ki, məhkəmə ifaçının atası Ceymi Spirsin 2 milyon dollarlıq borclarını ödəməsi barədə hökm çıxarıb. Qərara əsəbiləşən Britni dabanı ilə maşının ön şüşəsini sındırı

15:00 0