Hər bölgənin öz xəstəliyi: Xərçəng xəstələri ən çox Bakıda yaşayır - EKSPERT

Hər bölgənin öz xəstəliyi: Xərçəng xəstələri ən çox Bakıda yaşayır - EKSPERTAdətən hər hansı xəstəliklə bağlı Həkimə müraciət etdikdə onun ilk sualı "hansı bölgədənsən?" olur. Xəstəliklərimizlə yaşadığımız bölgəyə uyğunlaşır, birlikdə inkişaf edirik. Bəzi hallarda xəstəliyin bizi məhkum etdiyi bölgədə yaşamağa məcbur oluruq. Ümumiyyətlə, bölgələrin spesifik xəstəlikləri hansılardır? Hansı bölgə xəstəliyi ilə məşhurdur?

Mövzuyla bağlı "Kaspi" qəzetinin araşdırmasını təqdim edirik.

Bakı Dövlət Universitetinin Genetika kafedrasının müəllimi Könül Hacıyeva deyir ki, Azərbaycanda ən çox yayılan xəstəlik talassemiyadır:

"Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göycay, Şamaxı, Ağdaş, Ucar, Saatlı, Sabirabad, Salyanda beta-talassemiyanın geninin heteroziqot daşıyıcılığı praktiki sağlam olan insanlarda daha çoxdur".

Genetikin sözlərinə görə, Azərbaycan talassemiyanın yayılmasına görə dünyada 4-5-ci yerləri tutur:

"Ölkədə əhalinin təxminən 8 faizi talassemiya xəstəliyinin heteroziqot daşıyıcısıdır. Həmin insanlar praktiki sağlamdırlar. Praktiki sağlam olan iki heteroziqot şəxs ailə qurarsa, belə ailədə talassemiyalı xəstə uşağın doğulması riski hər növbəti hamiləlik üçün 25 faizə bərabər olacaq".

Həkim deyir ki, Azərbaycanda qohum nikahlarının çoxluğu talassemiyanı inkişaf etdirən ən böyük faktordur:

"Xəstəlik nəsildən nəslə ötürülüb. Söhbət yaxın qohumdan getmir. Bu, uzaq qohum da ola bilər. Artıq daşıyıcıdırlarsa, növbəti nəsildə üzə çıxa bilir. Bölgələrdə elə kəndlər var ki, əsrlərdir onlar kənar kəndlərdən olan şəxslərlə ailə qurmurlar".

Lənkəran-Astarada yaşayan əhali arasında anemiyaya gətirib çıxaran Q6FD fermentinin çatmazlığı yüksək tezlikdə (9-36,2%) təsadüf edilir. Abşeron rayonunun Qobu kəndində Elers-Danlos adlı birləşdirici toxumanın xəstəliyi yüksək sıxlıqda təsadüf edilir. Belə xəstələrdə dəri həddindən artıq elastik olur. Həmin kənddə bu irsi xəstəliyin 80-dən yuxarı daşıyıcısı var. Abşeron rayonunun Buzovna qəsəbəsinin əhalisində hemofiliya, irsi qan xəstəliyi yüksək sıxlıqda təsadüf edilir. Quba, Qusar, Füzuli rayonlarında insanlarda dəmir çatışmazlığı çox olur ki, bu da qan azlığına gətirib çıxarır.

Mütəxəssisin sözlərinə görə, keçmiş SSRİ respublikaları arasında yalnız bizim respublikada rast gəlinən xəstəlik var:

"Azərbaycanda hemoqlobin xəstəliyi olan anormal hemoqlobinləri qeyd etmək olar. Anormal hemoqlobinlərdən ən çox təsadüf ediləni oraqvari anemiyadır. Respublikada, əsasən Qəbələ, Şəki, İsmayıllı, Şamaxı, Ağdaş rayonlarında, Xaçmaz rayonunun isə yalnız Nərəcan kəndində bu xəstəliyə təsadüf edilir. Bunun da səbəbi odur ki, keçən əsrin əvvəllərində Qəbələ rayonunun Mıxlıqovaq kəndinin sakinləri - bir neçə ailə Nərəcan kəndinə köçmüş və oraqvari anemiyanın genini özlərilə gətirmişlər. Oraqvari anemiyanın klinikası böyük talassemiyanın klinikasına çox bənzəyir. Keçmiş SSRİ respublikaları arasında yalnız bizim respublikada rast gəlinir".

Ən çox rast gəlinən xromosom xəstəliyi isə Daun sindromudur. Hazırda hər 800-1000 doğuşdan birində Daun sindromu aşkarlanır. Bütün ağıl kəmliyi olan uşaqlar arasında Daun sindromu 10-12 faiz təşkil edir. Bu xəstəliyə qız və oğlanlar eyni cür tutulur. Bu problem, daha çox Biləsuvar və Qax rayonlarında geniş yayılıb.

Ən geniş yayılan multifaktorial xəstəliklərə gəlincə, həkim deyir ki, bu sırada şəkərli diabet və astma problemlərini demək olar. Onların genetik meyillilik və ətraf mühit amilinin təsiri altında yarandığı müəyyən olunub. Bu xəstəliklər Azərbaycanın bir çox rayon və şəhərlərində geniş yayılıb.

Oftalmoloq Fidan Abdullayeva deyir ki, göz xəstəliyi keratakonus Naxçıvan bölgəsində yayılıb:

"Naxçıvanda keratakonus xəstələri digər şəhərlərə nisbətən çoxdur. Havası tozlu, günəşli, quru olan şəhərlərdə keratakonus daha çox yayılır. Özəlliyi odur ki, heç bir ağrı vermədən görməni get-gedə azaldır. Korluğa doğru gedir və ən yaxşı halda donor köçürülməlidir".

Statistikaya görə, xərçəng xəstələri ən çox Bakıda yaşayır. Bunun da əsas səbəbi paytaxtda əhalinin sıxlığı və ekoloji durumun pis olmasıdır. Xərçəngin yayılmasında mühüm amil radiasiyadır. Bu xəstəliyin ən çox yayıldığı ikinci ərazi Azərbaycanın cənub bölgəsidir. Burada çox yayılmasının səbəbi isə əhalinin məşğuliyyətidir. Çünki bu bölgənin əhalisi daha çox tərəvəzçiliklə məşğuldur və ilin bütün fəsilləri gübrənin, kimyəvi maddələrin içindədirlər.

Xəstəliklərin yayılma səbəblərinə gəldikdə isə mütəxəssis deyir ki, iqlim faktoru, əhalinin əsas məşğuliyyəti önəm daşıyır. Bir çox hallarda təbiət, daimi hava şəraiti, hətta təbii fəlakətlərin də rolu olur.


BiG.Az
Telegramda izləyin
Xəbərlər   Baxılıb: 1207   Tarix: 02 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ərdoğanın Zəfər Günündə Qarabağa səfərinin siyasi və mənəvi əhəmiyyəti

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycana, o cümlədən Qarabağa səfəri, ilk növbədə, iki qardaş ölkə arasında mövcud olan tarixi dostluğun, strateji müttəfiqliyin və sarsılmaz həmrəyliyin növbəti təzahürü kimi qiymətləndirilməlidir. Bu səfərin ən mühü

11.11.2026 263
.

Tikinti şirkəti vətəndaşın pulunu alıb mənzili vaxtında təhvil vermirsə, bunun məsuliyyətini kim daşımalıdır?

Burada çox mühüm bir prinsip var: vətəndaşın pulunu almaq sahibkarlıq hüququ, həmin vəsaitin müqabilində üzərinə götürülmüş öhdəliyi yerinə yetirmək isə sahibkarlıq borcudur. Əgər tikinti şirkəti vətəndaşla müqavilə bağlayır, onun vəsaitini qəbul edir və müəyyən edilmiş tarixdə mənzili təhvil verməy

11.11.2026 279
.

Şuşadan düşmən və qarayaxanlara ünvanlanan mesajlar

8 Noyabr 2026-cı il - Şanlı Zəfərimizin altıncı ildönümü günündə Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə dost və qardaş Azərbaycana səfərə gələrək xalqımızın əziz gününü Şuşada Prezident İlham Əliyevlə birgə qeyd etmişdir. Azərbaycana səfəri və Şuşada görüşü iki qardaş dövləti

11.11.2026 269
.

İspaniyada kirayə və mənzil böhranı

İspaniyada kirayə və mənzil böhranı səbəbindən 14 ildən sonra ilk dəfə ümumi tətil başlayıb. bunu Türkiyə mediasına istinadən bildirib. İşçilər artan kirayə qiymətlərinə, mənzil çatışmazlığına və evlərdən məcburi çıxarılmalara etiraz edirlər. Minlərlə işçi fəaliyyətini dayandırıb. Tətilin ilk saatlarınd

11.11.2026 249
.

Öskürək keçmir, halsızlıq bitmir: Bakıda xəstələrin sayı artır

Son vaxtlar Bakıda bir çox insan uzun müddət keçməyən öskürək, bəlğəm, halsızlıq və yorğunluqdan şikayətlənir. Bəzi hallarda xəstəlik adi soyuqdəymə kimi başlayır, lakin simptomlar həftələrlə davam edir. Xüsusilə gecələr güclənən öskürək, boğazda qıcıqlanma, sinədə ağırlıq hissi və bəlğəmin uzun müddə

11.11.2026 229
.

Xankəndidə səslənən tarixi mesajlar

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərək çoxəsrlik tarixinin ən şanlı səhifələrindən birini yazıb. Şuşadan başlayan Böyük Qələbə salnaməsi 2023-cü ilin sentyabrında keçirilən uğurlu lokal antiterror tədbirlər

11.11.2026 317
.

Azərbaycan - Türkiyə dostluğu sarsılmazdır

8 Noyabr - Zəfər Günü elə nadir bayramlardandır ki, həmin gün yaşanan hissləri tam dolğunluğu ilə ifadə etmək üçün bəzən ən mükəmməl söz belə yetərli görünmür. Burada qürur və ləyaqət, haqq və ədalət, inam və birlik, güc və fədakarlıq, milli-mənəvi dəyərlər və Vətən sevgisi kimi hisslər onların hər bir

11.11.2026 422
.

Rusiya və Ukrayna razılığa gəldi: Yaxın zamanda elan ediləcək

"Əbu-Dabidə keçirilən danışıqlar zamanı Rusiya və Ukrayna genişmiqyaslı əsir mübadiləsi barədə razılığa gəliblər. Prosesin detalları tezliklə açıqlanacaq". TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və danışıqlardakı nümayəndə heyətinin rəhbəri Vladimir Medinski jurnalistlər

11.11.2026 193
.

Messidən yeni rekord: dünyanın ən yaxşı futbolçularının simvolik komandası AÇIQLANDI

Beynəlxalq Peşəkar Futbolçular Assosiasiyaları Federasiyası (FIFPro) 2026-cı il üçün ulduzlar komandasını açıqlayıb. -ın xəbərinə görə, komandaya Lionel Messi də daxildir. Rəsmi FIFPro saytında bildirildiyi kimi, səsvermənin nəticələri noyabrın 9-da açıqlanıb. Ənənəvi olaraq, World 11 komandası yalnı

11.11.2026 195
.