Məşhur Azərbaycanlı aktrisa fırıldaqla üzləşdi

Məşhur Azərbaycanlı aktrisa fırıldaqla üzləşdiMəleykə Əsədovanın adından açılmış saxta profildə hansı teleaparıcı təhqir olundu?

Milli.Az xəbər verir ki, Facebook sosial şəbəkəsində Azərbaycanın xalq artisti Məleykə Əsədovanın adından açılmış saxta profildə teleaparıcı Zabir Əliyev, sözün əsl mənasında, təhqir olunub. Saxta sözünü ona görə əminliklə yazırıq ki, Məleykə xanım hər dəfə internetdən istifadə edib-etməməsi ilə bağlı ünvanlanan sualların cavabında birmənalı olaraq "yox" cavabı verir.

Elə Milli.Az-ın əməkdaşı ilə telefon söhbəti zamanı da bunun bir daha şahidi olduq: "İnanın, xəbəri sizdən eşidən anda şoka düşdüm. Çünki mənim, nəinki, Zabirlə, bütün sənət dostlarımla münasibətim normaldır. Və onlardan da qarşılıqlı hörmət görməkdəyəm. Kimisə təhqir etməyə gəldikdə isə bu, ümumiyyətlə, sahib olduğum əxlaqa zidd olan bir şeydir. Mən axı nə üçün Zabir və ya başqasının haqqında danışmalıyam? Yaxından tanıyanlara məlumdur ki, söz danışan insan deyiləm.

Ancaq öz işlərimlə məşğul oluram. Adımdan istifadə edib Facebook-da profil yaradan həmin şəxləri qınayıram. Allah-Təalaya tapşırıram onları. Bir neçə dəfə müsahibə verib xahiş etmişəm ki, Facebook və başqa sosial şəbəkələrdə mənim adımdan istifadə etməsinlər. Bu kimi hallar ancaq mənim statusuma zərbə vurur. Bilmirəm belələri ilə necə mübarizə aparım? Əgər, bu müraciətim də effekt verməsə, yeganə çıxış yolum qalır, o da polis və hüquq-mühafizə orqanlarına müraciət etmək", - deyən xalq artisti danışdıqca əsəblərinə hakim kəsilə bilmədi.

Milli.Az-a açıqlama verən Zabir də xanım Əsədova ilə uzun illərdən bəri dostluq münasibətlərində olduğunu diqqətə yetirdi: "Təxmini bilirəm bu daş haradan atılır. Sadəcə, həmin şəxslərə demək istəyirəm ki, hərdən güzgü qarşısına keçib, özlərinə baxsınlar. Özlərinə yaraşan təhqirləri, başqalarına yaraşdırmağa tələsməsinlər. Həyatı boyu inanmaram ki, Məleykə xanım haqqımda təhqir söyləsin.

Mən də bilirəm ki, Məleykə xanım Facebook-da yoxdur və bu sözləri yazan Məleykə xanım deyil. Ona görə də söhbəti ciddiyə almıram. Başqasının adından saxta profil yaradıb düşmənçilik aparanlar qoy bu kimi əməllərindən əl çəkib vicdanlarını sızıldatsınlar", - teleaparıcı fikirlərini belə tamamladı.

Qeyd edək ki, səs-küyə səbəb olan status yerli saytların birində qalmaqallı xəbər kimi də yayımlanıb.

mənbə: xəzərxəbər.com


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 3674   Tarix: 08 iyul 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Aygün Kazımovanın qızı İlqarə gözəlliyi ilə GÖZ OXŞADI - FOTO

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova sosial mediada paylaşım edib. xəbər verir ki, müğənni "instagram" hesabında yeni fotolarını yayımlayıb. Fotoda İlqarə görünüşü ilə izləyicilərin diqqətini çəkib. Fotolara xoş sözlər yazıblar. Sözügedən fotoları təqdim edirik:

19:27 1737
.

Mərdanla Nəzrinin toyuna kimlər gəldi? - Fotolar

Xəbər verdiyimiz kimi, Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrinin müğənni Mərdan Kazımovla toyu olub. Axşam.az-ın məlumatına görə, şəhər restoranlarından birində keçirilən məclisə sənət aləminin tanınmış simaları qatılıblar. Gecədə yer alanlar arasında Xalq artistləri Alim Qasımov, Mənsum İbrahimov

23.04.2024 1332
.

Mədəsində yenidən şiş aşkarlanıb

Xəbər verdiyimiz kimi, aparıcı İlqar Mikayıloğlunun vəkil xanımı Zülfiyyə Bayramovanın xəstəxanadan görüntülər yayılıb. Axşam.az xəbər verir ki, aparıcı Elgiz Əkbər proqramında onun əməliyyat olunduğunu aşkarlayıb. "Elə-belə müayinə üçün Türkiyəyə gedib. Mədəsində yenidən balaca şiş aşkarlanıb v

23.04.2024 1395
.

"Qaraca qız": "Ən çox qonorarı mən aldım"

"Qaraca qız" filmində "Tutu" obrazını iki uşaq oynayıb. Biri Sevildir, digəri isə başqa bir qız. Filmi diqqətlə izləsəniz, ilk 5 dəqiqəyə qədər olan bir neçə epizodda "Tutu" obrazının körpəliyini görmək mümkündür. Mən o qızı çəkilişlərdə də görmüşəm. Bir neçə il bundan önc

18:40 324
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24.04.2024 848
.

"Heç biri onunla vidalaşmağa gəlmədi"

"Dünən bir daha şahidi oldum ki, çalış ölmə. Öldünsə, vəsalam. Axşam.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial media hesabında yazıb. O, mərhum sənətçilər, Xalq artisti Rafiq Hüseynov və Əməkdart artist Cavanşir Məmmədovla fotosunu paylaşaraq aparıcılara iradın

21.04.2024 1285
.

"Xəstəxanada olarkən halallaşmışdıq" - Elgiz ağladı

"Biz Cavanşir Məmmədovla eynik vaxtda koronavirusa yoluxmuşduq. Pandemiyanın ən kritik vaxtında xəstələnmişdik, ikimiz də xəstəxanaya düşdük. Həmin ərəfədə xəstəxanalarda yer də yox idi. Cavanşir müəllim Fatmayı tərəfdə xətəxanada idi, çox uzağa düşmüşdü. Mən isə Musa Nağıyeva adına xəstəxanad

21.04.2024 1314
.

"Evlənmərəm" deyib böyük danışıram" - Simge

Mənim kimi öz ayaqları üstündə dura bilən qadınlar sadəcə bəyəndiyi və seçdiyi kişilərlə münasibət qurur. xəbər verir ki, bu sözləri türkiyəli müğənni simge deyib. O qeyd edib ki, evliliyi istisna etmir:. "Evlənmərəm" deyib böyük danışıram. Amma hər şeyə açığam. Surprizləri sevirəm"

25.04.2024 597
.

"Sibel Canın verilişi kimi layihə edəcəyəm"

Müğənni Aygün Şükürova yenidən aparıcılıq edəcəyini deyib. OLAY yazır ki, ifaçı ötən il apardığı verilişdən bəhs edərkən, həyata keçirmək istədiyi yeni layihəsindən söz açıb. O, bu barədə "Xəzər axşamı" proqramında danışıb. "Nuşi can" verilişi idi. 9 ay apardıq. 5 gün canlı efir idi

24.04.2024 781