Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMASon günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?

Məsələ ilə bağlı Sonxeber.az-a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmdə effekti olmadığını qeyd edib:

"Ölkəmizdə tətbiq olunan vaksinlər içində inaktiv, vektor və mRNA vaksinləri var. Bu texnologiyalar içində ən zəif immunitet yaradanı inaktiv vaksinlərdir. Halbuki bizdə ən geniş tətbiq olunan da məhz bu növdən olan "Coronavac" vaksinidir.

"Coronavac" koronavirusun əvvəlki variantlarında olduqca effektiv idi. Lakin, "Delta" variantının yaratdığı 4-cü dalğada biz onun effektivliyinin çox zəiflədiyini, daha doğru ifadə ilə desək, virusun virulentliyinin artdığını gördük.

Bu və digər səbəblərdəndir ki, uzun müddət dünyada mRNA ("Pfizer", "Moderna"), vektor ("Sputnik-V", "AstraZeneca", "Janssen") vaksinlərinə üstünlük verilir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2127   Tarix: 16 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş