"Heç kim bilmədi ki, o, mənim qızımdır"

"Heç kim bilmədi ki, o, mənim qızımdır""Qızımla fəxr edirəm. Məktəbi bitirdi, xarici dillərdə oxudu, heç kim bilmədi ki, o, mənim qızımdır. Diplomunu da gedib özü aldı".

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov "10-da görüşək" proqramında deyib. Müğənni övladlarını efirdən gizlətməsindən danışıb:

"Oğlum da eyni. Bir dəfə efirdə oxuduğu universitetin adını çəkdim, onda bildilər ki, oğlumdur. Gəldi dedi ki, ata, harda demisən? Deyirəm, normal haldır, ata övladla fəxr edər. Övlad atasına güvənər. Amma bəzi şeylər olur. Bizim ailədə başqa cürdür.

Ailəsini, övladlarını göstərənlər də yaxşı edir. Ona deyə bilmərəm belə etmə. Adam istəyir göstərir, istəmir göstərmir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 10170   Tarix: 16 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş