Bakıda vəzifəli şəxsə cinayət işi açıldı
Xidməti vəzifələrinin icrası ilə əlaqədar korrupsiya hüquqpozmalarına yol verən vəzifəli şəxslərin aşkar olunaraq cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində prokurorluq orqanlarının həyata keçirdiyi məqsədyönlü və ardıcıl tədbirləri davam etdirilir.
Baş Prokurorluqdan verilən məlumata görə, Nəsimi rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 14 saylı mənzil istismar sahəsinin rəisi vəzifəsində işləyən Elçin Dinayev və digərlərinin qanunsuz əməlləri barədə daxil olan vətəndaş müraciəti əsasında həyata keçirilən təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 (mənimsəmə və ya israf etmə təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
Aparılan istintaq-əməliyyat tədbirləri ilə Elçin Dinayevin 2018-2021-ci illər ərzində rəhbərlik etdiyi qurumda müxtəlif əməkdaşların işə gəlmədikləri halda sonuncuların maaş kartlarındakı məbləğləri Nəsimi rayonu ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə ona etibar edilib ümumilikdə 23 min 449 manat pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.
Bundan başqa, istintaq zamanı sözügedən qurumda müvafiq olaraq mühəndis və mühasib vəzifələrində çalışmış Naidə Əhmədova və Firəngiz Zeynalovanın 2019-cu ilin fevral-mart aylarından etibarən Elçin Dinayevin razılığı ilə faktiki olaraq işə gəlməyən 2 nəfər işçinin adına olan əmək haqqı kartlarını Bakı şəhəri ərazisində yerləşən müxtəlif bankomatlardan məxaric edərək nağdlaşdırılması yolu ilə cəmi 10 min 873 manat məbləğində pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən digər halların, cinayətlərin törədilməsində hər hansı formada iştirak etmiş digər şəxslərin müəyyənləşdirilməsi və məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
BiG.Az
Telegramda izləyin
Xəbərlər Baxılıb: 632 Tarix: 16 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası imiş (YENİLƏNİB)
Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey atası olub. BİG.AZ APA-ya istinadən xəbər verir ki, saxlanılan ögey ata ikinci ailəsindən olan qızına toy edən zaman polis əməkdaşları tərəfindən qarşısı alınıb. Hazırda araşdırma aparılır. 09:04. Tovuzda 14 yaşlı qızın toy mərasiminin qarşısı alınıb. Bu barəd
10:11 198 Petteri Orpo: Avropa üçün alternativ yoxdur
Finlandiyanın Baş naziri Petteri Orpo The Financial Times qəzetinə verdiyi açıqlamada Avropanın Ukrayna müharibəsindən bərpasında Rusiya aktivlərini təhvil verməkdən başqa seçim olmadığını bildirib. xarici mediaya istinadən xəbər verir ki, Orpo deyib:"Bu barədə çox düşünmək istəmirəm, çünki başq
12:00 94 Süni intellekt təhsil sahəsində tətbiq oluna bilərmi? - TƏHSİL EKSPERTİ AÇIQLADI
Hazırda dünyada süni intellekt sürətlə inkişaf edir. Yəni inkişaf etmiş ölkələrdə demək olar ki, bütün sahələrdə süni intellektdən geniş şəkildə istifadə edilir. İnkişaf etmiş ölkələrdə süni intellektin tətbiq olunduğu sahələrdən biridə təhsil sahəsidir. Dünyanın əksər ölkələrində şagirdlərə süni intellektl
12:34 89 ABŞ Suriyada hücuma cavab olaraq iki F-16 təyyarəsi göndərdi
ABŞ Suriyada Amerika qoşunlarına edilən hücumdan sonra iki qırıcı təyyarəni havaya qaldırıb. xarici mediaya istinadən xəbər verir ki, bu barədə Wall Street Journal məlumat yayıb. Bildirilib ki, ABŞ Palmira üzərində iki F-16 qırıcı təyyarəsi göndərib. Pentaqon sözçüsü Şon Parnell daha əvvəl açıqlayı
15.12.2025 218 Bəylər Eyyubovun general qardaşı oğlu işdən çıxarıldı
Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Həsən Eyyubov vəzifəsindən azad edilib. BİG.AZ "Unikal"a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov əmr imzalayıb. Əmr
15.12.2025 473 Merkeldən etiraf: Hökumətdə gender bərabərsizliyi var
Almaniya siyasətində gender bərabərsizliyinin mövcud olduğu, ölkənin siyasi həyatında kişilərin dominant mövqedə və sayca üstün olduğu bildirilir. türk mediasına istinadən xəbər verir ki, Almaniyanın keçmiş kansleri Angela Merkel bu barədə Frankfurter Allgemeine Zeitung qəzetinə verdiyi müsahibədə danışıb
15.12.2025 162 İllərdir qəbul olunan, lakin işləməyən qanunlar... - HÜQUQŞÜNASDAN AÇIQLAMA
Qanunvericilikdə elə qanunlar varki, illərdir qəbul olunsada kağız üzərindədir. Yəni faktiki olaraq işləmir. Məsələn, qanunvericilikdə illərdir qəbul olunan qanuna görə, küçəyə zibil atamağa görə vətəndaş cərimələnməlidir. Ancaq illərdir qanun qəbul olunsada, faktiki olaraq işləmir. Yəni bu gün küçəy
12:13 113 Mağazada gecələmək faciə ilə nəticələndi
ABŞ-ın Florida ştatında yerləşən Dollar Tree mağazasının anbarındakı dondurucuda kişi meyiti tapılıb. xarici mediaya istinadən xəbər verir ki, 32 yaşlı Helen Massiell Garay Sanchezin cəsədi səhər növbəsində işləyən əməkdaş tərəfindən aşkar edilib. İlkin məlumata görə, Sanchez mağaza bağlanmazdan əvvə
11:29 120 Almaniyada təyyarə qəzası: Pilot ağır xəsarət aldı
Almaniyanın Mannheim şəhərində pilotun ağır yaralanması səbəbindən təyyarə təcili eniş edib. xarici mediaya istinadən xəbər verir ki, hadisə şəhərin əsas yanğınsöndürmə məntəqəsinin yaxınlığında baş verib. Təyyarənin qapısı açılmadığından xilasedicilər göyərtədəki üç nəfəri çıxarmağa məcbur olublar
15.12.2025 168